09 Sentyabr 2025 15:09
370
CƏMİYYƏT
A- A+
Bakıda “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir  

Bakıda “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir  


Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi keçirilir. Sentyabrın 9-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin təntənəli açılış mərasimində iştirak edib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edib.

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub.


Hərbi orkestrin müşayiəti ilə iştirakçı ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.


Tədbirdə qeyd olunub ki, zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi “Sonsuz qardaşlıq-IV” çoxmillətli birgə təlimində 6 ölkənin xüsusi təyinatlı hərbi qulluqçuları iştirak edirlər.


Birgə təlimin əsas məqsədinin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsi olduğu diqqətə çatdırılıb.


General-polkovnik Z. Həsənov açılış mərasimində çıxış edərək təlim iştirakçılarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib və onları salamlayıb. Nazir qeyd edib ki, artıq dördüncü dəfədir keçirilən və ənənəvi xarakter almış "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi iştirakçı ölkələr arasında hərbi əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin canlı nümunəsidir. Müdafiə naziri bildirib ki, bu kimi təlimlər yalnız hərbi təcrübə mübadiləsi və praktiki bacarıqların artırılması baxımından deyil, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malikdir. Qardaş və dost ölkələrin xüsusi təyinatlı qüvvələrinin birgə fəaliyyətləri, qarşıya qoyulan tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi həmrəylik və əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Müasir döyüş şəraitində xüsusi təyinatlı qüvvələrin rolunun getdikcə daha da artdığını vurğulayan nazir birgə təlimin hər bir iştirakçı üçün faydalı olacağını, şəxsi heyətin peşəkarlığının daha da yüksələcəyini və təcrübə mübadiləsi vasitəsilə hər bir ölkənin hərbi qüvvələri üçün yeni imkanların açılacağını əminliklə vurğulayıb. İştirakçılara uğurlar arzulayan general-polkovnik Z.Həsənov təlimin yüksək səviyyədə təşkili və keçirilməsi, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi barədə müvafiq göstəriş və tövsiyələr verib.

Sonda müdafiə naziri təlim iştirakçıları üçün yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimində xüsusi təyinatlı bölmələr döyüş taktikaları üzrə atəş, paraşüt, snayper, eləcə də, yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!