Bakıda «Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur» mövzusunda beynəlxalq konfrans işə başlamışdır
Oktyabrın 18-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə "Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planının müvafiq bəndinə əsasən təşkil edilmiş konfransda Azərbaycanın və Rusiya Federasiyasının kitabxana mütəxəssislərinin məruzələri dinlənilib müzakirə olunacaqdır.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbir iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik edərək demişdir ki, ötən illər ərzində bütün sahələr kimi ölkəmizin kitabxana sistemi də dövrün tələblərinə uyğun olaraq müasirləşdirilmişdir.
Vaqif Əliyev bildirmişdir ki, bu gün ənənəvi nəşrlərin elektron formata çevrilməsi, rəqəmsal irsin yaradılması kitabxanaların qarşısında duran aktual problemlərdəndir. Artıq ölkəmizdə fəaliyyət göstərən bir çox kitabxanalarda bu istiqamətdə mühüm işlər görülmüşdür. Lakin biz klassik kitabxana sisteminin də milli-mənəvi sərvətlərimizin qorunması, təbliği istiqamətində gördüyü əvəzsiz xidməti unuda bilmərik.
Nazir müavini qeyd etmişdir ki, belə konfranslar qarşılıqlı əməkdaşlıq, həmçinin birgə layihələrin reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrdən söz açmışdır. Bildirmişdir ki, bugünkü konfrans qarşılıqlı əməkdaşlığın bütün sahələrdə uğurla davam etdirildiyini bir daha sübut edir.
Kitabxana sahəsində əməkdaşlığı yüksək qiymətləndirən səfir konfransın işinə uğurlar arzulamışdır.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının məsul katibi Günay Əfəndiyeva 18 oktyabr tarixinin Azərbaycan dövləti üçün çox önəmli olduğunu xatırlatmış və konfransın belə əlamətdar günə təsadüf etməsini xüsusi vurğulamışdır.
G.Əfəndiyeva konfrans iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat vermiş və münaqişə nəticəsində Ermənistanın hərbi təcavüzünə məruz qalmış çoxsaylı kitabxanalarımızdan və bu kitabxanalarda məhv edilmiş nadir nüsxələrdən söz açmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nümayəndəsi Tatyana Kuznetsova və başqaları tədbirin əhəmiyyətindən danışmış və konfransın işinə uğurlar arzulamışlar.
İkigünlük konfrans çərçivəsində bir sıra maraqlı məruzələr dinləniləcək və ustad dərsləri keçiriləcəkdir. Konfrans çərçivəsində Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin təqdimatı keçiriləcək, onların fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdiriləcəkdir.
Konfrans işini oktyabrın 19-da tamamlayacaqdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!