23 Avqust 2025 15:35
429
CƏMİYYƏT
A- A+
Bakıda II Beynəlxalq Multikulturalizm Gənclər Forumu işə başlayıb  

Bakıda II Beynəlxalq Multikulturalizm Gənclər Forumu işə başlayıb  

Avqustun 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ICESCO ilə birgə təşkil etdiyi "Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi" mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, forumu açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin, dillərin və dinlərin qovuşduğu məkan olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasəti bu gün ölkəmizi dünyada mədəniyyətlərarası dialoqun, tolerantlığın və birgəyaşayış ənənələrinin nümunəsinə çevirib.

İcraçı direktor diqqətə çatdırıb ki, forumun "Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi" mövzusuna həsr olunması təsadüfi deyil. Çünki bu gün dünyada sülhün, dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsində gənclərin rolu həlledici əhəmiyyət daşıyır. Gənclər yalnız gələcəyin deyil, həm də bu günün aparıcı qüvvəsidir. Onların yaratdığı ünsiyyət körpüləri xalqlar arasında etimadın və əməkdaşlığın əsasını qoyur. "Əminəm ki, forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadilələri və birgə fəaliyyət planları həm Azərbaycan, həm də iştirakçı ölkələrin gəncləri üçün yeni imkanlar açacaq. Burada formalaşan dostluqlar və əməkdaşlıqlar gələcəkdə beynəlxalq miqyasda sülh və multikultural dəyərlərin təbliğinə mühüm töhfə verəcək. Bu forumda əldə etdiyiniz təcrübə və dostluqlar sizin gələcək həyatınızda parlaq izlər qoyacaq", - deyə Rəvan Həsənov vurğulayıb. 

ICESCO-nun Sosial və Humanitar Elmlər Sektorunun direktoru adından çıxış edən Dinara Quliyeva vurğulayıb ki, bu forum ICESCO ilə Azərbaycan Respublikası arasında səmərəli tərəfdaşlıqda növbəti mərhələdir. Ortaq dəyərlərə və baxışa əsaslanan bu əməkdaşlıq gəncləri sülh quruculuğunun öncüsü kimi qəbul edir və multikulturalizmi dinc birgəyaşayışın və dayanıqlı inkişafın əsas amili kimi dəyərləndirir.

ICESCO-nun Sosial və Humanitar Elmlər Sektorunun İnsan İnkişafı Şöbəsinin müdiri Dinara Quliyeva deyib: "Biz ICESCO olaraq inanırıq ki, gənclər bu prosesin hərəkətverici qüvvəsidir. Onlar təhsil, mədəniyyət, elm və yaradıcılıq vasitəsilə yeni körpülər qurur, xalqlar və mədəniyyətlər arasında etimad mühitini möhkəmləndirirlər. Bu baxımdan, multikultural dəyərləri qoruyub təşviq edən Azərbaycanda belə bir forumun keçirilməsi xüsusi əhəmiyyət daşıyır".

Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzinin direktoru Namira Neqim, Şimali Avropa Münaqişə Transformasiyası Mərkəzinin direktoru Noufal Abboud və digər çıxış edənlər forumun gənclərin beynəlxalq əməkdaşlığı üçün mühüm bir platforma olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, burada aparılan müzakirələr gənclərin sülh quruculuğunda və mədəniyyətlərarası dialoqun təşviqində iştirakını dəstəkləyəcək yeni ideya və təşəbbüslərə yol açacaq, beləliklə də qlobal miqyasda dinc birgəyaşayış mədəniyyətinin möhkəmlənməsinə töhfə verəcək.

Açılış mərasimindən sonra ICESCO və onun Bakıda Regional Ofisinin rəhbərliyi, Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzinin və Şimali Avropa Münaqişə Transformasiyası Mərkəzinin tərəfdaşlığı ilə "Müxtəlifliyin gücü: Gənclər sülh və anlaşmanın hərəkətverici qüvvəsi kimi " mövzusunda seminar keçirilib. Seminarda mədəni və identiklik müxtəlifliyinin sülh quruculuğu proseslərində rolu müzakirə olunub və bu istiqamətdə gənclərin hərəkətverici qüvvə kimi iştirakının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Gənclər Forumu müxtəlif millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan gəncləri bir araya gətirən, multikultural dəyərlərin təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədi daşıyan ictimai platformadır. Forumun əsas məqsədi gənclər arasında multikultural dəyərlərə hörmətin artırılması, etnik və dini müxtəlifliyin sülh və həmrəylik mənbəyi kimi tanıdılması, eləcə də bu sahədə bilik və təcrübə mübadiləsinin təmin olunmasıdır. Forum çərçivəsində keçirilən panel müzakirələr, interaktiv sessiyalar, seminarlar və təqdimatlar vasitəsilə iştirakçılar müxtəlif multikultural təcrübələrlə tanış olur, birgə layihələr üçün təşəbbüslər irəli sürür və sosial həmrəylik ruhunda yeni əməkdaşlıqlar qururlar.

I Beynəlxalq Multikulturalizm Gənclər Forumu 2019-cu ildə "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru" adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi çərçivəsində təşkil olunub.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!