01 Noyabr 2025 16:07
814
İQTİSADİYYAT
A- A+
Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilib YENİLƏNİB

Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilib YENİLƏNİB


Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forum Türkiyənin Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçirilib.

Tədbirdən əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ardınca “Gənc MÜSİAD”ın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Forumun açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda gənclər siyasətinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazir qeyd edib ki, Azərbaycanda innovasiya və sahibkarlığın inkişafı ilə bağlı müxtəlif forumlar keçirilir: “KOBİA tərəfindən bu günə qədər gənclər üçün 4 forum keçirilib. Azərbaycanda müxtəlif beynəlxalq forumlar təşkil olunur. Bu cür forumlar gənc sahibkarların dünyaya tanıdılmasında mühüm rol oynayır”, - deyə nazir vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır və buna dəstək verir: “KOBİA gənc sahibkarlarla bir sıra sahələrdə çalışır və onlara dəstək göstərir. Gənclərin dəyişiklik yaratmaq potensialına inanırıq. Çünki hər bir təşəbbüs ölkəmizin sabahına qoyulan bir investisiyadır. Gənclər ideyalarına inanırsa, artıq qalib hesab olunurlar. Bu forumun ən başlıca məqsədi əlaqələr qurmaq deyil, bir ruh, gələcəyə doğru istiqamət yaratmaqdır. Bu dürüstlük əməksevərlik və halal qazanc ruhudur. İstiqamət isə Avrasiyada dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur”.

Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu çıxışında təmsil etdiyi ölkədə 600-ə yaxın gənclik mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib: “Türkiyənin 90 minə yaxın gənc əhalisi var. Bu forumda 50-yə yaxın ölkədən gənclər iştirak edirlər. Forumun Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Gənclərin innovativ fəaliyyətlərini yaxından izləyirik”.

Nazir müavini xatırladıb ki, Azərbaycan ilə Türkiyə son 10 il ərzində bir çox platformada mühüm əməkdaşlıq edir: “İki qardaş ölkə arasındakı münasibətlər son illərdə ən yüksək zirvəyə yüksəlib. Azərbaycanın Türkiyə ilə yaxın dostluq münasibətləri, hər iki ölkənin dövlət başçılarının ortaya qoyduğu iradə fəaliyyətimizi daha da dərinləşdirir”.

“MÜSİAD Azərbaycan” İctimai Birliyinin sədri Rəşad Cabirli bu forumun gənc ideyaların zirvəsi olduğunu deyib. Qeyd edib ki, Türk dünyasının və Avrasiyanın gələcəyi əmin əllərdədir: “Dünya dəyişsə də, sahibkarlığın mahiyyəti eyni qalır. Gənc odur ki, yenilik gətirir, dəyər yaradır. Azərbaycan və Türkiyə bu coğrafiyanın iki qardaş dayağıdır. Bu gün hər bir sahibkar iş adamı deyil, dəyər adamıdır. Birlikdə fikirdən dəyərə, dəyərdən gələcəyə doğru addımlamalıyıq”.

“Gənc MÜSİAD”ın sədri Mağsun Usta isə çıxışında Avrasiya Gənc İş Adamları Forumunun gənc investorlar, sahibkarlar və iş dünyası üçün mühüm platforma olduğunu vurğulayıb: “Bu gün burada toplaşmağımız sadəcə bir forumun açılışı deyil, Avrasiya Gənclərinin ortaq baxışını yenidən müəyyənləşdirmək niyyətidir. Dünyanın iqtisadi tarazlığı yenidən formalaşdıqca, biz bu bölgənin gəncləri olaraq, artıq sadəcə tamaşaçı deyil, yeni dövrün qurucuları olmaq istəyirik. Qlobal iqtisadiyyat artıq mərkəzləşməyib. Kapital, istehsal, innovasiya və ticarət axınları Şərqə, Cənub-Şərqə və bütün Avrasiyaya yönəlib. Bu gün Avrasiya xəritələrdə yalnız birləşdirici xətt deyil, dünyanın yeni istehsal və dəyər kəməridir. Avrasiya bölgəsi təbii sərvətləri ilə yanaşı, insan resursları, xüsusən də gənc sahibkarları ilə yüksəlişdədir: “Bu forum onların potensialının əsl göstəricisidir. Burada irəli sürülən hər bir fikir, əməkdaşlıq hər bir bölgənin gələcəyində öz izini qoyacaq. Bu gün sərmayə, sadəcə pul deyil, həm də bilik, texnologiya, çeviklik və etibardır. Bir ölkənin və ya sahibkarın gücü artıq onların sahib olduğu aktivlərdə deyil, yarada biləcəkləri tərəfdaşlıqlardadır. Müxtəlif mədəniyyətlərin və fərqli istehsal üsullarının kəsişdiyi bir məkan olaraq əməkdaşlıq artıq seçim deyil, zərurətdir”.

Onun sözlərinə görə, sahibkarlıq bir peşə, sivilizasiya formasıdır: “İstehsal etmək, paylaşmaq və çatdırmaq mədəniyyətimizin təkcə iqtisadi deyil, həm də mənəvi təzahürləridir. Bizi həqiqətən birləşdirən coğrafiya deyil, ortaq bir inam və gələcək hissidir. Bu hiss ticarətlə yanaşı, həm də sülhün, həmrəyliyin və qarşılıqlı etimadın təcəssümüdür.

Forum öz işini panel iclaslarla davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!