Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində paytaxt Bakının şəhərsalma landşaftının müasir səviyyədə qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi daim diqqət mərkəzində olub və bu gündə ön planda dayanır.
AZƏRTAC xəbər verir ki, ötən illər ərzində sovet dövründə inşa edilmiş və istismar müddəti başa çatmış, ekspotensialı tükənmiş, eyni zamanda, şəhərin görkəminə xələl gətirən tikililər sökülərək yerində milli memarlığımızın zəngin ənənələrinə və müasir şəhərsalma üslubuna uyğun yeni binalar, xidmət və sosial obyektləri inşa edilir, gözəl parklar və xiyabanlar, istirahət mərkəzləri salınır.
Hazırda beynəlxalq nəqliyyat-logistika marşrutlarının mərkəzlərindən birinə çevrilən ölkəmizin dəniz limanı, avtomobil, hava və dəmir yolu şəbəkələrinin paytaxtla ayrılmaz vahid qovşaqda birləşməsi Bakının iqtisadi-tranzit və geosiyasi əhəmiyyətini daha da yüksəldir.
Bununla yanaşı, qeyd edək ki, paytaxtda bir sıra köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri şəhər təsərrüfatında ciddi çətinliklər yaradır. Habelə vaxtilə dar və plansız şəkildə tikilmiş yollar və küçələr yanğın hadisəsi və digər fövqəladə hallar zamanı kritik hadisələrin qarşısını almağa mane olur.
Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, şəhərətrafı Bakı kənd və qəsəbələrinə gedən dəmiryol şəbəkəsinin bərpası ilə əlaqədar olaraq paytaxtda mühəndis-kommunikasiya qurğularının yenilənməsini, nəqliyyat və sosial infrastrukturların, kommunal sistemlərin əsaslı şəkildə bərpasını, “yaşıl və təmiz şəhər” prinsiplərindən irəli gələn ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması və sair tədbirlərinin həyata keçirilməsini zəruri edir.
Bu tələbatlar nəzərə alınmaqla Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.
Aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır. Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.
Bakının yeni Baş Planına uyğun olaraq köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq, həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verən abadlıq işləri həyata keçiriləcək. Bu işlərə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər də cəlb ediləcək.
Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
Ekspert: Azərbaycan-Suriya əlaqələrinin bərpası əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır
Ümumi Əmək Konfederasiyası “qara həftə” çağırışı edib
Füzuli və Cəbrayılın bir qrup sakininə özünüməşğulluq proqramı üzrə avadanlıqlar verilib
Azərbaycanın müdafiə naziri Hulusi Akarla görüşüb
Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejimində çalışır
Anaklaudia Rosbax: UN-Habitat Azərbaycanla tərəfdaşlığı genişləndirməyə səy göstərir
Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
Azərbaycanla Qazaxıstan arasında media sahəsində mütəxəssislərin hazırlanması istiqamətində müzakirələr aparılıb
Azərbaycan və Gürcüstan prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub
Media: Hindistan silah ixracını artırmağa hazırlaşır
Şamaxıda güclü külək və yağışın törətdiyi fəsadlar aradan qaldırılır
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Mərkəzi Asiya ölkələrinin ortaq telekanalı və vahid media platforması yaradılacaq
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2
Astanada II Mərkəzi Asiya Media Forumu keçirilir
Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib
Ağsuda sel ekskavatoru aşırıb - 1 nəfər ölüb, 3 nəfər yaralanıb
ÜST pandemiya ilə mübarizə sazişinin yekun variantını hazırlayıb
Meksika ilə sərhəddə patrul xidməti zamanı iki amerikalı əsgər həlak olub
Sabahın hava proqnozu açıqlanıb
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!