01 Oktyabr 2025 18:09
6311
COP29
A- A+
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində dayanıqlı və sağlam şəhərlər müzakirə olundu  

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində dayanıqlı və sağlam şəhərlər müzakirə olundu  


Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində bu gün “Azərbaycanın gələcəyini formalaşdırmaq: iqlimə davamlı və sağlam şəhərlər və icma” panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada şəhərsalma və ağıllı şəhər innovasiyalarının iqlim risklərinə davamlılığı gücləndirməkdə, emissiyaları azaltmaq və sağlam həyat tərzini təşviq etməkdə rolu müzakirə olunub. Azərbaycanda tətbiq edilə bilən ağıllı şəhər infrastrukturuna dair nümunələr paylaşılıb.

Sessiyanın moderatoru UN-Habitat Azərbaycanın nümayəndəsi Anna Soave olub.

Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin Kommunikasiya Departamentinin müdiri Turxan Əhmədov bildirib ki, Azər¬baycanın işğaldan azad olunmuş ərazilərindəki dəmir yolu xətləri alternativ cərəyan dartı sistemi ilə fəaliyyət göstərir və Avropa standartlarına uyğundur. O qeyd edib: “ADY iqlimə uyğun transformasiyaya addım-addım yanaşır. Bu, sistemimizin bir neçə təbəqəsində – infrastruktur, əməliyyatlar və rəqəmsal platformalarda həyata keçirilir. İnfrastruktur tərəfdən sistemlər müasir sistemə çevrilir. Bu texniki dəyişiklik həm enerji sərfiyyatını azaldır, həm də yük və sərnişin xidmətlərində qalıq yanacaqlardan asılılığı minimuma endirir”.

Xarici İşlər Nazirliyi İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Elmar Məmmədov bildirib ki, Azərbaycanın dayanıqlı şəhər təşəbbüsünə 60-dan çox ölkə qoşulub: “Çoxsektorlu fəaliyyətlər, dayanıqlı və sağlam şəhərlərə aparan yollar COP29 Sədrliyinin uğurlu təşəbbüslərindən biridir. Bu günə qədər 200-dən çox tərəfdaş, o cümlədən təxminən 60 ölkə və 100-dən çox şəhər bu təşəbbüsə qoşulub və dəstəkləyib. Təşəbbüs əvvəlki qlobal təşəbbüslərdə nəzərə alınmamış sahələri – sağlam şəhərlər, iqlim-şəhər maliyyəsi və qlobal koordinasiyanı əhatə edir”.

E.Məmmədov əlavə edib ki, Azərbaycan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl şəhər” layihələri üzrə mühüm təşəbbüslər həyata keçirir. Onun sözlərinə görə, Bakıda “Ağ Şəhər” layihəsi çirklənmiş ərazinin yaşıl şəhərə çevrilməsinin uğurlu nümunələrindən biridir.

“GRIMSHAW” şirkətinin dayanıqlılıq üzrə rəhbəri Paul Toyne Azərbaycanı iqlim fəaliyyətində liderlik göstərdiyini vurğulayaraq, bu prosesdə cəmiyyətin bütün hissələrinin yüksək səviyyədə iştirakını qeyd edib. “Bu, Azərbaycanın böyük nailiyyətidir. Hökumət, özəl sektor və cəmiyyətin digər üzvləri fəal şəkildə iştirak edir. Azərbaycanı bu uğur münasibətilə təbrik edirəm”, - deyə o bildirib.

Paul Toyne karbon emissiyalarının azaldılmasının və iqlim dəyişikliyi nəticələrinin – isti hava, istilik dalğaları və daşqınlar kimi halların öhdəsindən gəlməyin vacibliyini vurğulayıb. “Enerjidən daha səmərəli istifadə etməliyik və onu israf etməməliyik”, - deyə o davamlı və effektiv enerji idarəçiliyinin əhəmiyyətini qeyd edib.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) koordinatoru Abdinnasir Şel Saqar bildirib ki, dünyada şəhərlərin infrastrukturu miqrasiya proseslərinin yaratdığı problemlərə görə ciddi təzyiq altındadır.

Onun sözlərinə görə, əgər müəyyən bir şəhərdə 1 milyon insanın məskunlaşması nəzərdə tutulursa, lakin əvəzində ora 2 milyon insan köç edirsə, şəhərlərin yerləşdirmə və məskunlaşma imkanları məhdudlaşır: “Təəssüf ki, hələ də dünyada insanların rahat məskunlaşma imkanları kifayət qədər deyil. Mənzil və digər vacib infrastruktur hər kəs üçün əlçatan olmalıdır”.

Koordinator əlavə edib ki, müasir dövrdə şəhərlərin inkişafı yalnız yeni binaların tikintisi və əhalinin yerləşdirilməsi ilə məhdudlaşmır: “Sürətli urbanizasiya, iqlim dəyişikliyi, demoqrafik artım və miqrasiya prosesləri şəhərləri yeni çağırışlarla üz-üzə qoyur. Bu səbəbdən “şəhərlərin mobilizasiyası” anlayışı xüsusi aktuallıq kəsb edir. Bu, mövcud resursların, infrastrukturun, idarəetmə potensialının və insan kapitalının səfərbər olunaraq daha dayanıqlı, çevik və yaşana bilən mühitin yaradılması deməkdir”.

Sessiyada, həmçinin şəhərlərin iqlim davamlılığı, sağlamlıq və icma daxilolması, siyasət və planlaşdırma, maliyyələşdirmə, beynəlxalq əməkdaşlıq və ağıllı şəhərlərdə idarəetmə və vətəndaşların iştirakı mövzuları ətraflı müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!