03 Oktyabr 2025 18:29
507
CƏMİYYƏT
A- A+
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Davamlı Karyera Sərgisi keçirilib – YENİLƏNİB VİDEO  

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Davamlı Karyera Sərgisi keçirilib – YENİLƏNİB VİDEO  


Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində Davamlı Karyera Sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi tələbələri davamlılıq sahəsində mövcud real karyera imkanları ilə tanış etmək, müxtəlif sektorların yaşıl iqtisadiyyata töhfəsini göstərmək və gəncləri bu istiqamətdə peşəkar inkişaf yoluna təşviq etməkdir.

Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai sərginin açılış mərasimində Bakı İqlim Fəaliyyəti Həftəsi ərzində keçirilən silsilə tədbirlərdə kənd təsərrüfatı, su qıtlığı, qadın və uşaq problemləri ilə bağlı əsas mövzuların geniş tərkibdə müzakirə olunduğunu deyib. O, çıxışında gənclərin mövcud reallıqlara uyğunlaşması üçün yeni bacarıqlara ehtiyaclarının olduğunu vurğulayıb: “İqlim dəyişikliyi gələcəkdə bütün sahələrə təsir edəcək. Bu səbəbdən gənclər daha çevik olmalıdırlar. Çünki iqlim dəyişikliyi reallıqdır və bəzi bölgələrə təsiri daha güclüdür. Gənclərə mesajım odur ki, onlar daha məsuliyyətli olmalıdırlar”.

COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsində müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər bir araya gəlib. Bu müddət ərzində, həmçinin çoxtərkibli tədbirlər təşkil olunub. O deyib ki, bu sərgi gənclərin, o cümlədən tələbələrin davamlılıq problemlərinin öyrənilməsi istiqamətində olduqca uğurlu platformadır. “Düşünürəm ki, hər kəs bu karyera sərgisində öz hekayələrini paylaşaraq faydalanacaq”, - deyə L.Həsənova vurğulayıb.

COP29-un könüllülərlə iş üzrə rəhbəri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva isə vurğulayıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Davamlı Karyera Sərgisi olduqca qürurvericidir: “Burada iştirak edənlərin çoxu məhz COP29 könüllüləridir. Siz COP29 zamanı davamlılıq haqqında dəyərli biliklər qazandınız, qlobal müzakirələrin bir hissəsində oldunuz və Azərbaycanın gələcəyi üçün çox vacib təcrübə topladınız. Bu gün həmin gənclər öz bilik və təcrübələrini daha da dərinləşdirmək, onları peşəkar karyera yoluna daşımaq üçün buradadırlar. Davamlılıq yalnız bir ideya deyil, o, gələcəyin, iş dünyasının, iqtisadiyyatın və cəmiyyətin əsasını təşkil edən dəyərdir. Bizim üçün isə ən önəmlisi sizin fikirlərinizi eşitməkdir. Ümid edirəm ki, bu gün burada qurduğunuz əlaqələr və müzakirələr sizə yeni istiqamətlər göstərəcək, ilham verəcək və davamlılıq yolunda daha böyük addımlar atmağınıza kömək edəcək”.

Daha sonra “Pasha Property Management” şirkətinin İnsan resursları direktoru, Alman Ticarət Palatasının İnsan Resursları və Təhsil-Təlim İşçi Qrupunun sədri Nigar Hüseynzadənin moderatorluğu ilə keçirilən paneldə bu günün sektor tələbləri müzakirə olunub.

“Holcim Azərbaycan” şirkətinin kommunikasiya və davamlı inkişaf meneceri, Holcim Qrupunun nümayəndəsi, Azərbaycan-Amerika Ticarət Palatasının Davamlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədri Rana Tahirova yaxın gələcəkdə əhalinin 70 faizinin şəhərlərdə yaşayacağını vurğulayıb: “Bu böyük bir çağırış deməkdir, çünki həmin artımı qarşılamaq üçün yeni və davamlı infrastruktur qurulmalıdır. Bizim şirkət də məhz bu sahəyə fokuslanaraq, şəhərlərin dayanıqlı və yaşana bilən məkana çevrilməsi üçün çalışır”.

“Deloitte” şirkətində strategiya, risk və əməliyyatlar meneceri, Azərbaycan-Fransa Ticarət Palatasının ESG Komitəsinin sədri Mədinə Məmmədova on il əvvəl davamlılıq məsələlərini müzakirə etməyin o qədər də populyar olmadığına diqqət çəkib. Eyni zamanda vurğulayıb ki, indi artıq bütün dairələr - istər dövlət, istərsə də biznes sektoru öz işini davamlılıq prinsipləri üzərində tənzimləyir. “Bu, sadəcə trend deyil, gələcəyin zəruri şərtidir”, - deyə o diqqətə çatdırıb.

AZAL-da Davamlılıq üzrə potensialın gücləndirilməsi şöbəsinin rəhbəri Elnarə Quliyeva nəqliyyat sektorunda müştərilərin və investorların artıq davamlılığa xüsusi diqqət yetirdiyini deyib: “Biz də bu istiqamətdə yeniliklər tətbiq edirik, sistemimizi modernləşdiririk. Məsələn, onlayn check-in xidməti və baqajların canlı izlənməsi kimi həllər bunun bariz nümunəsidir”.

Sonda “Azerconnect Group” şirkətində İşçi Transformasiya Proqramlarının rəhbəri Elnarə Məcidova davamlılığın yalnız ətraf mühitin qorunması ilə məhdudlaşmadığını bildirib. Onun sözlərinə görə, bu, həm də yeni iş modelləri, texnoloji transformasiya və gənclərin inkişaf imkanları deməkdir. “Biz inanırıq ki, innovasiya və insan kapitalına yatırım, Azərbaycanın davamlı gələcəyinin əsasını təşkil edəcək”, - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!