06 Dekabr 2025 15:53
508
CƏMİYYƏT
A- A+
D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 


Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, dekabrın 6-da Dialoqun rəsmi açılış mərasimi keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və qısa videoçarxın nümayişi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edib və ölkə rəhbərliyinin gənclərə göstərdiyi daimi dəstəyindən danışıb. Nazir dialoqun üzv dövlətlərin gəncləri arasında əlaqələri inkişaf etdirəcəyini və birgə təşəbbüslərin reallaşmasına töhfə verəcəyini qeyd edib.

2025-ci il Gənclər Paytaxtı Sumqayıtda keçirilən tədbirlərin gənclər üçün faydalı olacağını qeyd edən nazir iştirakçıları dialoqlarda aktiv iştirak etməyə dəvət edib.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam dialoqun D-8 ölkələrinin gəncləri arasında korporativ əlaqələrin gücləndirilməsində əhəmiyyətli olacağını deyib. Baş katib çıxışında layiqli ev sahibliyi üçün Azərbaycana təşəkkür edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəhərsalma və davamlı inkişaf istiqamətləri ilə bağlı çıxış edib. Gənclərin sosial inkişafın, innovasiyanın, dayanıqlılığın aparıcı qüvvəsi olduğunu vurğulayan sədr gələcək nəsillər üçün birgə əməkdaşlığın vacib olduğunu qeyd edib. Anar Quliyev 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumunda gənclərin innovativ təşəbbüslərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qlobal iqlim gündəliyində gənclərin roluna toxunub. Nazir müavini D-8 Gənclər Dialoqunun da gənclər arasında fikir mübadiləsi üçün mühüm platforma olacağını qeyd edib.

Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir tədbirdə xüsusi qonaq qismində iştirak edərək, dialoqda ölkələrarası birlik və təcrübə mübadiləsinin önəmini vurğulayıb.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, İordaniya Kosmik Tədqiqatlar Təşəbbüsü (JSRI) Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.

Açılış sessiyası iştirakçı ölkələrdən gələn nümayəndələrlə birgə fikir mübadiləsi ilə davam edib.

Dialoq çərçivəsində növbəti günlərdə gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bakı-Xankəndi” beynəlxalq velosiped yarışının sonuncu mərhələsi başlayıb

09:39
14 May

Kiyevə kütləvi hava zərbələri endirilir, ölən və xəsarət alanlar var

09:33
14 May

Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi il olacağına ümid edir

09:31
14 May

Tramp: ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq

09:30
14 May

İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb

09:28
14 May

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bir daha ifadə edib  

09:25
14 May

Dünyada ən çox insan ölümünə səbəb olan canlılar müəyyənləşib

09:12
14 May

O, qarmonu sevdiyi qədər sevdirməyi də bacarırdı

09:10
14 May

"Nə dünya məni unudacaq, nə insanlar"

09:05
14 May

Vens: Düşünürəm ki, İranla danışıqlarda irəliləyiş əldə edirik

09:01
14 May

Sağlam mal-qara sağlam qida deməkdir

09:00
14 May

Müasir aqrar yanaşmalar fermerlərdən nə tələb edir?

08:55
14 May

Lənkəran kümçülərinə 200 qutu ipəkqurdu toxumu paylanılıb

08:53
14 May

Cəlilabadda müasir idman zonası salınır

08:50
14 May

Qusarda sağlam ailə münasibətləri mövzusu gündəmdən düşmür

08:45
14 May

Biləsuvarda WUF13 çərçivəsində AMİU-nun müəllimləri ilə görüş keçirilib

08:40
14 May

Yeraltı nəqliyyatda yerüstü yenilik

08:35
14 May

Azərbaycan-BP tərəfdaşlığı bütün enerji sahələri üzrə davam edir

08:30
14 May

Paytaxtımız yaşıllıqlar və parklar şəhərinə çevrilir

08:25
14 May

Gələcəyin qurucusu

08:20
14 May

"Binokl diplomatiyası" sülhə xidmət etmir

08:15
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!