"Azərlotereya" ASC ilə UNEC arasında memorandum imzalandı
Yanvarın 25-də Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
UNEC-də təşkil olunan tədbirdə rektor professor Ədalət Muradov, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu, universitetin müvafiq struktur rəhbərləri və "Azərlotereya"nın nümayəndələri iştirak ediblər.
UNEC-in rektoru professor Ədalət Muradov qeyri-neft sektoru üzrə ölkə iqtisadiyyatı üçün önəmli yer tutan "Azərlotereya" ilə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağından, bu əməkdaşlığın ölkəyə, eyni zamanda türk dünyasına mühüm töhfələr qazandıracağından əminliyini ifadə edib. UNEC-in real sektorla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran rektor tələbələrin real iş dünyası ilə daha yaxından tanış olması, karyera imkanlarının artırılması, eləcə də müəllimlərin praktiki bacarıqlarının təkmilləşdirilməsi baxımından əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.
"Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında birgə fəaliyyətin ölkəmizdə biznes mühitinin inkişaf etdirilməsində həlledici rol oynayan ixtisaslı kadrların hazırlanması və uğurlu idarəetmə metodologiyalarının elmi və praktiki əsaslarının araşdırılması üçün əlverişli imkanlar yaratması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb: "Azərlotereya" olaraq korporativ sosial məsuliyyət layihələrimizdə təhsil istiqamətinə xüsusi yer ayırırıq. Bu baxımdan UNEC ilə əməkdaşlığımızın bizim üçün önəmi böyükdür. Biz "Azərlotereya" olaraq öz "know how" yanaşmamızın və idarəetmə metodologiyamızın elmi-metodiki əsaslarının araşdırılması və "case study"lərin formalaşması üçün bütün qaynaqlarımızı, platformalarımızı iqtisad universitetinin müəllim və tələbə heyətinə açacağıq. Bu əməkdaşlığın vacib nəticələrindən biri praktiki biznes həlli yollarının elmi yanaşmalarla birləşməsi olacaqdır".
Z.Reisoğlu "Azərlotereya"nın yüksəkixtisaslı işçi heyəti, eləcə də Avropanın və dünyanın öndə gələn şans oyunları tədarükçüsü olan partnyoru "Scientific Games" şirkətinin ekspertlərinin şans oyunları və rəqəmsal texnologiyalar bazarının qiymətli məlumatları və imkanlarından təcrübə mübadiləsi çərçivəsində UNEC-in müəllim və tələbə heyətinin də yararlana biləcəyini qeyd edib.
Çıxışlardan sonra "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu ilə UNEC-in rektoru professor Ədalət Muradov əməkdaşlıq memorandumunu imzalayıblar.
Sənədə əsasən, tərəflər arasında birgə layihələrin reallaşdırılması, tələbələrə təcrübə keçmək imkanının yaradılması, "Azərlotereya"nın əməkdaşları üçün peşə hazırlığı, müəllimlərin praktiki biliklərinin artırılması məqsədilə təlimlərin təşkili və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.
Səbuhi BAYRAMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərb...
08 May
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
08 May
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
08 May
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq ed...
08 May
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" ...
08 May
"Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərb...
08 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə t...
08 May
Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
07 May
Luis Suares yeni rekorda imza atıb
07 May
Vladimir Putinin andiçmə mərasimi keçirilib
07 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!