18 Noyabr 2025 13:00
279
İQTİSADİYYAT
A- A+
“AzerGold” QSC-nin təşəbbüsü ilə Göygöldə interaktiv kitab köşkü istifadəyə verilib  

“AzerGold” QSC-nin təşəbbüsü ilə Göygöldə interaktiv kitab köşkü istifadəyə verilib  


“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı ilə Göygöl rayonunda mütaliə imkanlarının genişləndirilməsi məqsədilə müasir formatda interaktiv kitab köşkü quraşdırılıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Göygöl şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılan yeni kitab köşkü sakinlərə istənilən vaxt asan, pulsuz və sərbəst şəkildə kitab əldə etmək imkanı yaradır. Layihənin əsas üstünlüklərindən biri mütaliəni rəqəmsal texnologiyalarla birləşdirən sadə və əlçatan qeydiyyat mexanizmidir. Belə ki, istifadəçi köşkdə yerləşdirilmiş QR kodu smartfonla oxudaraq, elektron qeydiyyatdan keçir və daha sonra geniş seçim imkanı yaradan siyahıdan istədiyi kitabı əldə edə bilir.

Sistem kitab dövriyyəsinin səmərəli idarə edilməsini təmin etmək üçün avtomatik xatırlatma funksiyasına malikdir. Kitab götürüldükdən 15 gün sonra istifadəçiyə SMS bildirişi göndərilir və oxu prosesi başa çatdıqdan sonra kitabın köşkə qaytarılması xahiş olunur. Bundan əlavə, elektron sistem ən çox kitab mütaliə etmiş oxucunu və kitabları vaxtında geri qaytaran istifadəçiləri müəyyənləşdirərək onların reytinqini formalaşdırır.

Bu yanaşma kitabların davamlı istifadəsini təmin edir, daha çox insanın onlardan yararlanmasına şərait yaradır, həmçinin real vaxt rejimində oxucu statistikasının təhlilinə imkan verir. Rüb ərzində ən çox kitab mütaliə etmiş oxuculara QSC tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.

Kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri, uşaqlar və yeniyetmələr üçün, eləcə də biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibatla çap edilmiş 400-dək yeni kitab təqdim olunur.

“AzerGold” QSC bu layihə ilə icmaların intellektual inkişafına töhfə verməyi, xüsusən regionlarda oxu mədəniyyətini təşviq etməyi hədəfləyir. Xatırladaq ki, analoji təşəbbüsün ilk nümunəsi ötən il Daşkəsən rayonunun ucqar Quşçu kəndində reallaşdırılıb. “Kitab köşkü” layihəsi dövlət şirkətinin hasilat fəaliyyəti göstərilən bölgələrdə bu günə qədər icra etdiyi “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!