02 Sentyabr 2025 21:38
608
CƏMİYYƏT
A- A+
Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib


İclasın yekunlarına dair sənəd imzalanıb


Ankarada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İclasdan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın görüşü olub. Görüşdə sosial sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətinə, növbəti iclasın gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Birgə Daimi Komissiyanın iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə qardaş ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyi və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Ötən dövrdə bu sahələrdə imzalanmış əməkdaşlıq sənədlərinin, Birgə Daimi Komissiyanın fəaliyyətinin əlaqələrin genişlənməsində önəmi diqqətə çatdırılıb.

İclasda gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub. Həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması, əməyin mühafizəsi, peşə hazırlığı, pensiya təminatı, rəqəmsal xidmətlərin tətbiqi və s. sahələrdə qarşılıqlı təcrübə və məlumat mübadilələrinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Eləcə də sosial müdafiə sahəsində əməkdaşlığa dair ötən dövrlərdə imzalanmış Sazişin hər iki ölkədə əmək və sosial müdafiə sahələrində son illər aparılan islahatlar, rəqəmsal xidmətlərin inkişafı fonunda müasir tələblərə uyğun şəkildə yenilənməsinin məqsədəuyğun olduğu bildirilib.

Anar Əliyev və Vedat İşıkhan keçirdikləri brifinqdə Komissiyanın iclasının yekunları barədə məlumat verib, ortaq maraq doğuran sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini diqqətə çatdırıblar.

Sonra nazirlər Birgə Daimi Komissiyanın 12-ci iclasının Protokolunu imzalayıblar. Sənədə əlavə olunan 2026-2027-ci illər üzrə Tədbirlər Planında iki nazirlik arasında qeyd edilən dövrdə aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, əlilliyi olan şəxslərin və digər həssas qrupların məşğulluğunun artırılması, əmək miqrasiyası, əməyin mühafizəsinin təkmilləşdirilməsi və təlim infrastrukturunun inkişafı, qeyri-formal məşğulluğun qarşısının alınması, pensiya təminatı, sosial sığorta, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətləri, məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə də tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!