11 Sentyabr 2024 16:52
645
CƏMİYYƏT
A- A+
Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

 

Sentyabrın 11-də Tailandın Xarici İşlər Nazirliyinin və aidiyyəti qurumlarının nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

BBMM-dən "Azərbaycan" qəzetinə bildiriblər ki, mərkəzin icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycandakı multikulturalizm siyasəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə multikultural dəyərlər əsrlərdən bəridir son dərəcə önəmli yer tutur, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşayırlar. İcraçı direktor vurğulayıb ki, multikulturalizm Azərbaycanda tarixən formalaşsa da, onun siyasi əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəlib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

BBMM-in fəaliyyətindən danışan R.Həsənov 2014-cü ildə yaradılan mərkəzin beynəlxalq statusa malik olduğunu, azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirdiyini qeyd edib. Deyib ki, dünyanın nüfuzlu universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamı olaraq xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün qış və yay məktəbləri təşkil edilir.

Mərkəzin, həmçinin mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə beynəlxalq konfransların təşkili üçün platforma rolunu oynadığı da diqqətə çatdırılıb.

Qonaqlara Zəfərimizlə başa çatan Vətən müharibəsi barədə də məlumat verilib.

Tailand nümayəndə heyətinin üzvləri, həmçinin Azərbaycan multikulturalizmindən bəhs edən film izləyiblər.

Görüşdə multikulturalizm sahəsində təcrübə mübadiləsi aparmaq istiqamətində qarşılıqlı əməkdaşlıq məsələsi müzakirə olunub, qonaqların sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!