11 İyul 2026 08:57
135
İQTİSADİYYAT
A- A+
Azərbaycanın "yaşıl enerji" strategiyası - gələcəyə hesablanan inkişaf modeli

Azərbaycanın "yaşıl enerji" strategiyası - gələcəyə hesablanan inkişaf modeli


Bu gün inkişaf etmiş dövlətlərin strateji gündəliyində bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, "yaşıl iqtisadiyyat"a keçid və dayanıqlı inkişaf modeli əsas yer tutur. Belə mürəkkəb geosiyasi və iqtisadi şəraitdə Azərbaycan da inkişaf strategiyasını zamanın tələblərinə uyğun formalaşdırır. 

Enerji siyasətində qazandığı uğurları qorumaqla yanaşı, ölkəmiz "yaşıl enerji"yə inamla keçir. Bu strategiya yalnız alternativ enerji mənbələrinin payının artırılmasını deyil, milli iqtisadiyyatın şaxələndirilməsini, ekoloji təhlükəsizliyin möhkəmləndirilməsini, regionların davamlı inkişafını, yeni istehsal sahələrinin yaradılmasını və gələcək nəsillər üçün sağlam həyat mühitinin formalaşdırılmasını təmin edir. Məhz buna görə Azərbaycanın "yaşıl enerji" strategiyası iqtisadi, sosial, ekoloji və geosiyasi maraqları vahid inkişaf konsepsiyasında birləşdirən mühüm dövlət siyasətidir.

Prezident İlham Əliyev bu istiqamətdə dövlət siyasətinin mahiyyətini belə ifadə edib: "Yaşıl enerji" növlərinin yaradılması və onların dünya bazarlarına çıxarılması Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biridir". Bu fikir təsadüfi deyil. Azərbaycan karbohidrogen ehtiyatlarının ixracatçısı olmaqla yanaşı, həm də bərpaolunan enerji istehsalçısı və gələcəkdə "yaşıl enerji" ixrac edən ölkə kimi mövqeyini möhkəmləndirir. "Yaşıl enerji" anlayışı isə yalnız günəş panelləri və külək turbinləri ilə məhdudlaşmır. O, özlüyündə təbiətlə iqtisadi inkişaf arasında tarazlığın qorunmasını, enerji istehsalında ekoloji məsuliyyəti, resurslardan səmərəli istifadəni və aşağıkarbonlu iqtisadiyyatın qurulmasını ifadə edir. Bu sahədə Azərbaycanın üstünlüyü ondadır ki, enerji keçidinə sıfırdan başlamır. Etibarlı enerji tərəfdaşı kimi tanınan ölkəmiz zəngin neft-qaz infrastrukturu, güclü mühəndislik məktəbi, beynəlxalq tərəfdaşlıq təcrübəsi və əlverişli coğrafi mövqeyi sayəsində alternativ enerji sahəsində də iddialı hədəflər müəyyənləşdirib. Həyata keçirilən layihələr göstərir ki, ölkəmiz ənənəvi və bərpaolunan enerjini qarşı-qarşıya qoymur, onları vahid enerji strategiyasının bir-birini tamamlayan istiqamətləri kimi inkişaf etdirir. Bu baxımdan "Azərbaycan neftdən imtina edir" fikri reallığı əks etdirmir. Əksinə, ölkəmiz neft və qaz sektorundan əldə etdiyi iqtisadi gücü "yaşıl iqtisadiyyat"ın qurulmasına yönəldərək enerji keçidini risk yox, yeni inkişaf imkanları kimi dəyərləndirir.

Strategiyanın mühüm üstünlüklərindən biri də regionların tarazlı inkişafına verdiyi töhfədir. Günəş və külək, kiçik su-elektrik stansiyalarının, enerji saxlanc sistemlərinin və müasir ötürücü infrastrukturun yaradılması yalnız elektrik istehsalını artırmır, həmçinin yeni investisiyaların cəlb olunmasına, minlərlə iş yerinin açılmasına, müasir texnologiyaların tətbiqinə, yerli istehsalın və sahibkarlığın inkişafına geniş imkan yaradır. Eyni zamanda iri günəş və külək-elektrik stansiyalarının əsasən kənd təsərrüfatı üçün yararsız və uzun illər istifadəsiz qalmış torpaq sahələrində yerləşdirilməsi həm məhsuldar torpaq fondunun qorunmasına, həm də istifadəsiz ərazilərin iqtisadi dövriyyəyə cəlb olunmasına xidmət edir. 

Azərbaycanın "yaşıl enerji" strategiyasının uğurlu tətbiq olunduğu məkan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurdur. Dövlətimizin başçısının bu əraziləri "Yaşıl enerji zonası" elan etməsi dağıdılmış torpaqların müasir texnologiyalar əsasında yenidən qurulmasına, ekoloji cəhətdən təmiz və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Müharibənin dağıntıları üzərində "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin qurulması və bərpaolunan enerji layihələrinin həyata keçirilməsi bu bölgəni Azərbaycanın gələcək enerji strategiyasının əsas mərkəzlərindən birinə çevirir.

Qarabağ və Şərqi Zəngəzur zəngin hidroenerji ehtiyatları, yüksək günəş radiasiyası, əlverişli külək rejimi və geniş istifadəsiz əraziləri ilə bərpaolunan enerji istehsalı üçün böyük potensiala malikdir. Son illər istifadəyə verilən su-elektrik stansiyaları regionun enerji təminatını gücləndirməklə yanaşı, təmiz enerji istehsalını da artırıb. Günəş və külək-elektrik stansiyalarının tikintisi, yeni yarımstansiyaların, ötürücü xətlərin və rəqəmsal infrastrukturun yaradılması isə bölgənin inkişafına əlavə dinamika verir. Bu layihələr regionda yeni iş yerlərinin açılmasına, mühəndislik və xidmət sahələrinin inkişafına, logistika imkanlarının genişlənməsinə, müasir texnologiyaların tətbiqinə və insanların dayanıqlı məşğulluğuna da şərait yaradır. 

Azərbaycanın "yaşıl enerji" strategiyasının uğurlarından biri də xarici investisiyaların artmasıdır. Dünyanın aparıcı enerji şirkətlərinin günəş və külək-elektrik stansiyalarının tikintisinə maraq göstərməsi ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Bu investisiyalar maliyyə vəsaitindən əlavə, həm də qabaqcıl texnologiyaların, müasir idarəetmə təcrübəsinin və yeni biliklərin ölkəyə gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Formalaşdırılan beynəlxalq "yaşıl enerji" dəhlizləri Azərbaycanın geoiqtisadi mövqeyini də gücləndirir. Xəzər hövzəsini Qara dəniz və Avropa enerji sistemi ilə birləşdirəcək layihələr ölkəmizin mövqeyini mühüm enerji tranzit mərkəzi kimi möhkəmləndirir. Bu təşəbbüslər Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunu da artırır. 

"Yaşıl enerji" strategiyasının mühüm istiqamətlərindən biri də enerji ixracının yeni mərhələyə keçididir. Azərbaycanın təşəbbüsü ilə formalaşdırılan beynəlxalq enerji dəhlizləri Cənubi Qafqazı, Xəzər hövzəsini və Mərkəzi Asiyanı Avropa ilə daha sıx əlaqələndirir. Bununla ölkəmiz Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat-logistika mərkəzi olmaqla yanaşı, etibarlı "yaşıl enerji" körpüsünə də çevrilir. Bu strategiyanın əsas üstünlüyü yalnız istehsal edilən elektrik enerjisi və ya cəlb olunan investisiyalarla ölçülmür. Onun əsl dəyəri ekoloji məsuliyyətdə, insan amilinə verilən önəmdə və gələcək nəsillərə hesablanmış dövlət siyasətində ifadə olunur. Daha təmiz ətraf mühit, təbii ehtiyatlardan daha səmərəli istifadə, müasir texnologiyalar əsasında inkişaf edən regionlar və yeni məşğulluq imkanları "yaşıl enerji" siyasətinin cəmiyyətə qazandırdığı başlıca üstünlüklərdir.

Bu gün Biləsuvarın geniş düzənliklərində, Neftçalanın günəşli ərazilərində, Abşeronun küləkli sahillərində, Qarabağın dağlarında və Şərqi Zəngəzurun gur çayları boyunca həyata keçirilən layihələr bir həqiqəti təsdiqləyir: vaxtilə ölkəmizin iqtisadi yüksəlişinin rəmzinə çevrilən neft buruqları kimi, bu gün quraşdırılan külək turbinləri və günəş panelləri də yeni inkişaf mərhələsinin simvoludur.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

Əməkdaşlığın yol xəritəsi

09:24
11 İyul

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

09:17
11 İyul

20 il fasiləsiz və təhlükəsiz neft nəqli

09:10
11 İyul

Uşaqların sosial şəbəkələrdən istifadəsi qanunla tənzimlənəcək

09:03
11 İyul

Azərbaycanın "yaşıl enerji" strategiyası - gələcəyə hesablanan inkişaf modeli

08:57
11 İyul

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetlərindən biridir

08:50
11 İyul

Bitki mühafizəsində süni intellekt: yeni reallıqla üz-üzə

08:42
11 İyul

Azərbaycanın Rəqəmsal İnkişaf Strategiyasında kibertəhlükəsizlik

08:35
11 İyul

Bakının dəyişməz tələbi 

08:28
11 İyul

Azərbaycanın hərb tarixinin qəhrəmanlıq nümunəsi

08:21
11 İyul

Paşinyan ali sənədə dəyişiklikdənsə yeni konstitusiya layihəsinə üstünlük verir

08:14
11 İyul

Qanunvericilik müasir çağırışlara uyğun olaraq təkmilləşdirilir

08:07
11 İyul

TOVUZ DÖYÜŞLƏRİ: qətiyyət və gücün nümayişi

08:00
11 İyul

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:15
11 İyul

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş"in təsdiq edilməsi haqqında

01:13
11 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:12
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!