27 Sentyabr 2026 12:09
819
SİYASƏT
A- A+
Azərbaycanın strateji məqsədinə nail olduğunu göstərən milli yaddaş günü  

Azərbaycanın strateji məqsədinə nail olduğunu göstərən milli yaddaş günü  


27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında yalnız Vətən müharibəsinin başladığı tarix kimi deyil, həm də milli iradənin, dövlətçilik əzminin və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi xüsusi yer tutur. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu gün Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, onların qəhrəmanlığı, şücaəti və fədakarlığı Azərbaycan xalqının qürur mənbəyinə çevrilib.

Qarabağ münaqişəsinin uzun illər ərzində həll olunmaması təsadüfi proses deyildi. Ermənistanın işğalçılıq siyasəti, davamlı hərbi təxribatları, danışıqlar prosesində destruktiv mövqeyi və beynəlxalq müstəvidə formalaşmış ikili standartlar münaqişənin uzanmasına səbəb olan əsas amillər idi. Azərbaycan isə uzun müddət məsələnin sülh və danışıqlar yolu ilə həllinə çalışaraq beynəlxalq hüququn norma və prinsiplərinə istinad edib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin qəbul edilməsinə baxmayaraq, onların icrasının təmin olunmaması faktiki olaraq problemin dondurulmasına gətirib çıxardı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumu münaqişənin həllində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın cavab tədbirləri nəticəsində 44 günlük Vətən müharibəsi başladı. Bu mərhələdə Azərbaycan Ordusunun hərbi potensialı, şəxsi heyətin döyüş hazırlığı və xalqın Ordu ətrafında sıx birliyi mühüm rol oynadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiyanın nəticəsində işğal altında olan ərazilərin əhəmiyyətli hissəsi - 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Vətən müharibəsinin nəticələri Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ formalaşdırdı. Şuşanın azad edilməsi ilə hərbi baxımdan mühüm nəticə əldə olundu, ardınca imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Sonrakı mərhələdə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə ərazilərin azad olunması prosesi davam etdirildi. Həmçinin, Vətən müharibəsində əldə edilmiş hərbi nəticələr siyasi müstəvidə də möhkəmləndirildi.

Bu Qələbənin əsas dayağı Azərbaycan əsgərinin və zabitinin qəhrəmanlığı ilə yanaşı, xalqın milli həmrəyliyi idi. Müharibə dövründə cəmiyyətin bütün təbəqələrinin vahid məqsəd ətrafında birləşməsi dövlət–xalq–ordu birliyinin nə qədər mühüm strateji resurs olduğunu nümayiş etdirdi. Şəhidlərimizin və qazilərimizin fədakarlığı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təmin olunması ilə yanaşı, dövlət suverenliyinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaratdı.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Anım Gününün təsis edilməsi də məhz bu tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hər il sentyabrın 27-si saat 12:00-da şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi milli yaddaşın və Vətən qarşısında fədakarlıq anlayışının gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yalnız anım mərasimləri ilə məhdudlaşmır. Vətən müharibəsinin iştirakçılarının orden və medallarla təltif edilməsi, Hərbi Qənimətlər Parkının yaradılması, Zəfər Parkı və Zəfər Muzeyinin istifadəyə verilməsi Qələbənin tarixi yaddaşda qorunmasının institusional ifadəsidir. Zəfər Muzeyində Vətən müharibəsinin gedişi, qəhrəmanların yolu, dövlət suverenliyinin bərpası və Qarabağın dirçəlişi ilə bağlı ekspozisiyaların yaradılması bu tarixin gələcək nəsillərə sistemli şəkildə çatdırılmasına xidmət edir.

Dövlətin şəhid ailələrinə və qazilərə münasibəti də Anım Gününün mahiyyətinin mühüm hissəsidir. Şəhid ailələrinin sosial müdafiəsi, qazilərin müalicəsi, reabilitasiyası və müasir protezlərlə təmin edilməsi, “YAŞAT” Fondu vasitəsilə həyata keçirilən dəstək tədbirləri bu istiqamətdə görülən işlərin əsas elementlərindəndir.

27 Sentyabrın əsas mesajı yalnız keçmişi xatırlamaq deyil. Bu tarix Azərbaycan xalqının öz dövlətinə, ordusuna və milli iradəsinə söykənərək qarşıya qoyduğu strateji məqsədə nail ola bildiyini göstərən mühüm yaddaş günüdür. Şəhidlərin xatirəsinə ehtiram, qazilərə qayğı və Zəfərin tarixi yaddaşda qorunması dövlətçilik ənənəsinin davamlılığını təmin edən mühüm amillərdir.

Anım Günü Azərbaycan xalqının şəhidlər qarşısında mənəvi borcunu ifadə etməklə yanaşı, gələcək nəsillərə mühüm bir mesaj verir: Vətən uğrunda göstərilən fədakarlıq heç vaxt unudulmur. Bu baxımdan 27 Sentyabr həm hüzn, həm qürur, həm də Azərbaycanın dövlətçilik tarixində əldə edilmiş Böyük Tarixi Zəfərin məsuliyyətini dərk etmək günüdür.


Vasif Qafarov,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.F.Ələsgərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:21
20 Oktyabr

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:20
20 Oktyabr

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

02:19
20 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqların valideynlərinin bacarıqlarının artırılması üçün Video Dərs Platformasının yaradılması", "Diqqət əskikliyi və hiperaktivlik sindromu olan uşaqların valideynlərinin bacarıqlarının artırılması üçün innovativ təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyi olan uşaqların koqnitiv bacarıqlarının inkişafına dəstək məqsədilə innovativ təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyi olan uşaqların özünəxidmət və özünəqulluq bacarıqlarının artırılmasında rəqəmsal təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyin erkən aşkarlanması və erkən müdaxilə istiqamətində valideynlərin bacarıqlarının artırılması üçün innovativ təşəbbüslərin həyata keçirilməsi" və "Uşaq sosial xidmət müəssisələrinin institusional bacarıqlarının artırılması" adlı müsabiqələr keçirir

02:06
20 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib  

22:56
19 Oktyabr

Fransada iğtişaşlardan sonra komendant saatı: Parisin bəzi ərazilərində hərəkət məhdudlaşdırılır  

22:49
19 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub  

22:39
19 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb  

22:09
19 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında yeni videoçarx paylaşılıb VİDEO  

21:34
19 Oktyabr

Ukraynada parka endirilən zərbə nəticəsində 3 nəfər həlak olub  

21:18
19 Oktyabr

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər  

19:25
19 Oktyabr

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb  

18:30
19 Oktyabr

Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub  

18:26
19 Oktyabr

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı: Tbilisidə dəyirmi masa  

18:26
19 Oktyabr

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlıq müzakirə olunub  

18:19
19 Oktyabr

İƏT Azərbaycanla bağlı dörd qətnaməni yenidən qəbul edib

18:13
19 Oktyabr

Leyla Əliyeva Türkmənistanda səfərdədir

18:01
19 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib 

17:43
19 Oktyabr

 Ultra-emal olunmuş qidalar beyin damarlarına zərər vurur

17:37
19 Oktyabr

Azərbaycan-BMT əməkdaşlığında ailə, qadın və uşaq hüquqları müzakirə olunub  

17:29
19 Oktyabr

İlon Mask ABŞ-dəki hər uşağa “SpaceX” səhmi hədiyyə edəcək  

17:19
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!