13 İyul 2026 10:58
464
İQTİSADİYYAT
A- A+
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 17 faizədək artıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 17 faizədək artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz artaraq 1,8 milyard dollar təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin iyul sayına dair ilkin göstəricilərinə istinadla xəbər verir ki, cari ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq 381,9 milyon dollar olub. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 19,4 faiz artaraq 175,3 milyon dollara, qeyri-yeyinti məhsullarının ixracı (qeyri-monetar qızıl istisna olmaqla) isə 17,3 faiz artaraq 206,5 milyon dollara bərabər olub.

Məlumata əsasən, bu ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 3,4 dəfə, pambıq iplik 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 50 faiz, alüminium və ondan hazırlanan məmulatlar 40,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 30,1 faiz, pambıq lifi 26,3 faiz, meyvə-tərəvəz 18,9 faiz, çay 19,4 faiz, spirtli və spirtsiz içkilər isə 2,9 faiz artıb.

Cari ilin yanvar-iyun aylarında aqrar məhsullar üzrə ixrac 23,9 faiz artaraq 563,9 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 35,3 faiz artaraq 195,9 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,6 faiz artaraq 759,8 milyon dollar təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

12:33
17 Avqust

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

12:31
17 Avqust

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

11:33
17 Avqust

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

11:32
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

11:27
17 Avqust

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

11:24
17 Avqust

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

11:15
17 Avqust

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

11:01
17 Avqust

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

10:59
17 Avqust

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

10:53
17 Avqust

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

10:47
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

10:42
17 Avqust

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

10:36
17 Avqust

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb

10:33
17 Avqust

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

10:24
17 Avqust

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib

10:13
17 Avqust

Qızıl və gümüş bahalaşıb

10:09
17 Avqust

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:03
17 Avqust

 Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir

09:41
17 Avqust

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

09:27
17 Avqust

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər?

09:23
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!