07 Mart 2024 08:25
2071
SİYASƏT
A- A+
Azərbaycanın kifayət qədər enerji ehtiyatları var

Azərbaycanın kifayət qədər enerji ehtiyatları var

 

Avropa ölkələri bu reallığı nəzərə almalıdırlar 

 

"Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti yürütməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ötən illər ərzində ölkəmiz Avropa bazarında mühüm neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilib". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, Azərbaycan regionda ən nəhəng qaz marşrutlarının yaradılmasına nail olub. TANAP və TAP kəmərlərinin qısa müddət ərzində başa çatdırılması böyük iradənin nəticəsi idi. 2020-ci ilin sonundan etibarən ölkəmiz Avropa İttifaqına qaz ixracını təmin etməkdədir və hər il qaz ixracı artır. Ötən il Azərbaycan Aİ ölkələrinə 12 milyard kubmetr qaz nəql edib ki, bu da kifayət qədər böyük göstəricidir, ixracın yarısı deməkdir. 
Aydın Hüseynov qeyd edib ki, Azərbaycan hazırda Avropa bazarına enerji ixracının çoxşaxəliliyini təmin etmək üçün müzakirələr aparır. İxracın yaxın illərdə 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Azərbaycanın qaz ehtiyatları zəngindir. Ölkəmizdə kifayət qədər dayanıqlı enerji mənbələri mövcuddur. Bunu nəzərə alan Aİ Azərbaycandan daha çox qaz almaq istəyir. "Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 il kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi ilə bağlı işlər davam etdirilir. Bu, xarici şirkətlərin və Avropa ölkələrinin də marağının artmasına səbəb olmaqdadır. Avropa ölkələri mövcud perspektiv qaz mənbələrini nəzərə alaraq Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışırlar. "Şahdəniz" yatağı ilə yanaşı, "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Şəfəq-Asiman" perspektiv strukturlarında böyük ehtiyatlar var", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, proqnozlara əsasən, 2025-2030-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrə çatacaq. Gələcəkdə qaz təchizatı coğrafiyasının Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirilməsi nəzərdə tutulur.
Aydın Hüseynov Azərbaycanın Aİ ilə enerjinin digər sahələrində, o cümlədən alternativ və bərpaolunan enerji layihələrində yaxından əməkdaşlıq planlarının da gerçəkləşməsi üçün səmərəli müzakirələrin aparıldığını bildirib: "Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir". 
Deputat qeyd edib ki, bu baxımdan Aİ bu həcmdə resursların istehsalı və nəqlində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!