27 Sentyabr 2025 18:51
487
CƏMİYYƏT
A- A+
Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar  

Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar  


Azərbaycanın gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, bəyanatda 2020-ci ildə qazanılmış tarixi Zəfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndiyi, əsrlərə yazılacaq qəhrəmanlıq səhifəsi yaradıldığı vurğulanır. Diqqətə çatdırılır ki, bu Qələbə dövlətimizin başçısının dəmir iradəsi, şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində mümkün olub. Azərbaycan gəncliyi şəhidlərimizin xatirəsi qarşısında baş əyir və onların qəhrəmanlığını gələcək nəsillərə ötürməyi özünün ali vəzifəsi hesab edir.

Bəyanatda, həmçinin müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtərə qarşı həyata keçirdiyi raket və artilleriya hücumları qətiyyətlə pislənib. Mülki əhalinin - uşaqların, qadınların və yaşlıların hədəfə alınması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, insanlığa qarşı cinayət kimi qiymətləndirilib: “Beş il əvvəl dünya Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər kimi şəhərlərimizi düşünülmüş şəkildə artilleriya və raket atəşinə tutmasının şahidi oldu. Bunlar hərbi hədəflər deyil, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla mülki insanların yaşadığı evlər idi. Bu hücumlarda kasetli sursatlardan istifadə edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi və qurbanlara böyük iztirab və itkilər yaşatdı. Gəncə, Bərdə və Tərtərdən olan dağıntıların görüntüləri və məhv olmuş ailələrin xatirələri bizim kollektiv yaddaşımızda dərin bir yara olaraq qalır. Biz bu cür faciələrin heç vaxt unudulmaması və təkrarlanmaması üçün qətiyyətimizi bir daha bəyan edirik”.

Vətən müharibəsindən sonra başlayan Böyük Qayıdış və azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan gəncliyi tərəfindən böyük həvəs, fədakarlıq və Vətən sevgisi ilə dəstəklənir, gənclərin azad edilmiş torpaqlara yeni həyat və ümid gətirən nəsil kimi ön sırada olduğu bəyanatda xüsusilə vurğulanır. Eyni zamanda, Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşəbbüskarı olduğu qeyd edilir. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sülh gündəliyinin banisi kimi çıxış edib, Cənubi Qafqazda sabitlik və firavanlıq naminə qətiyyətli addımlar atıb. Bu səylərin məntiqi nəticəsi olaraq, cari il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişi paraflanıb.

“Biz, Azərbaycan gəncləri, bu sülh gündəliyini tam dəstəkləyir, lakin eyni zamanda, onilliklər boyu davam edən münaqişədə həlak olmuş bütün günahsız insanların xatirəsini ehtiramla anır və müharibə cinayətkarlarının ədalət mühakiməsinə cəlb edilərək, cəzasızlığa birdəfəlik son qoyulacağına inanırıq”, – deyə bəyanatda vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!