Azərbaycanı dünya çempionatında təmsil edəcək gimnastlar
Azərbaycan Gimnastika Federasiyasının saytı bədii gimnastika üzrə 37-ci dünya çempionatı ərəfəsində idmansevərləri Azərbaycan təmsilçiləri ilə tanış edir. Dünya çempionatının qrup hərəkətləri proqramında Azərbaycanı Aliyə Paşayeva, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətova və Diana Əhmədbəylidən ibarət komanda təmsil edəcək.
AZƏRTACAzərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, hazırda Azərbaycan gimnastlarının bütün fikirləri, səyləri və vaxtı dünya çempionatına hazırlığa yönəlsə də, məşqlərinin necə keçməsi, bədii gimnastikanın onlar üçün nə demək olması və idmanın bu növünə necə gəlmələri barədə danışmaq üçün öz gərgin cədvəllərində vaxt tapa biliblər.
-İdmana necə gəldiniz və nə üçün məhz bədii gimnastikanı seçdiniz?
Aliyə Paşayeva:Bədii gimnastika ilə 2005-ci ildən məşğul oluram. Məni idmanın bu növünə valideynlərim veriblər. İstəyiblər ki, düzgün və gözəl qamətim olsun. Valideynlərin çoxu uşaqlarını gimnastikaya sağlamlıq baxımından verirlər, mənim valideynlərim peşəkar gimnast olacağımı heç vaxt düşünməyiblər. Belə demək olar ki, idmanın bu növünü özüm seçmişəm. Bədii gimnastikaya ilk dəfə televizorda baxmışam. O qədər xoşuma gəlib ki, özüm məşğul olmaq istəmişəm. Gimnastların gözəlliyi, alətlərlə icra etdikləri elementlər xoşuma gəlib. Çıxışlara tamaşa etmək çox maraqlı idi.
Diana Əhmədbəyli:Mənim valideynlərim də məni ümumi fiziki hazırlıq üçün gimnastikaya veriblər. Onda beş yaşım vardı. Əvvəlcə xoşuma gəlmədi. Mən bir qədər məşğul oldum və dayandırdım. Müəyyən vaxt keçəndən sonra başa düşdüm ki, yenə də məşğul olmaq istəyirəm. Odur ki, qayıtdım.
Darya Sorokina:Bədii gimnastikaya məni anam gətirdi. Uşaqlıqda kök idim, məşqçilər məni götürmək istəmirdilər. Mən çalışır - qaçır, mayallaq aşır, hərəkətlər icra edirdim. Arıqlayandan sonra məşqçilər dedilər ki, səndən gimnast çıxar. Beləcə, idmanda qaldım, bədii gimnastika ilə məşğul olmağa davam etdim.
Ayşən Bayramova:Məni məşğələlərə yeddi yaşında gətirdilər. Anam idmanı çox sevir, onun özü gimnast olmaq istəyib, lakin valideynləri onu idmana verməyiblər. Mən bacımla birlikdə məşq etməyə başladım, amma o, idmanı buraxdı. Mən isə davam etdirdim.
Zeynəb Hümmətova:Məni də gimnastikaya valideynlərim gətiriblər. O vaxtlar altı yaşım vardı. Çox qıvraq uşaq idim. Məşqçilərim deyirdilər ki, məndən gimnast çıxacaq. Məşq etmək özümün də xoşuna gəlirdi. Buna görə də qalmağı qərara aldım.
-Yəqin ki, hər biriniz üçün çıxışlarını izlədiyiniz və bənzəmək istədiyiniz bir kumir olub?
Aliyə Paşayeva:Kumirlərim olduğunu deyə bilmərəm, lakin bəzi gimnastların müəyyən cəhətləri xoşuma gəlir. Kimdəsə məqsədyönlülük görürəm, kiminsə zahiri gözəlliyi xoşuma gəlir. Məsələn, Anna Rizatdinova, Dayra Kondakova, habelə Alina Kabayevanın artistizmi xoşuma gəlir.
Zeynəb Hümmətova:Mən Anna Rizatdinovanın, Anna Bessonovanın və Alina Kabayevanın kompozisiyalarına baxmağı sevirdim.
Diana Əhmədbəyli:Gimnastikanın 2012-ci il Olimpiadasına hazırlıq siklinin olduğu dövrü sevirəm. Onda Darya Kondakova, Darya Dmitriyeva və Yevgeniya Kanayeva çox xoşuma gəlirdi, onlar mənim üçün idealdır. Anna Bessonova və Anna Rizatdinovanın çıxışları da xoşuma gəlirdi.
Ayşən Bayramova:Heç vaxt kumirim olmayıb. Hər bir gimnastı fərqləndirən cəhəti xoşuma gəlib: kiminin çevrilmələri yerinə yetirməsi, kiminin müvazinətini saxlaması, kiminin də artistizmi. Balaca olanda hamıdan çox Alina Kabayeva xoşuma gəlirdi, sonra artıq Anna Rizatdinova, Darya Dmitriyeva, Yevgeniya Kanayeva və Yana Kudryavtsevaya diqqət yetirdim.
Darya Sorokina:Əvvəllər israilli Neta Rivkindən xoşum gəlirdi. Səbəbini də deyə bilmirəm, lakin bu idmançının çıxışlarını maraqla izləyirdim. İndi Yekaterina Seleznyovadan xoşum gəlir.
– Əlbəttə, vaxtınızın çox hissəsini gimnastika alır, amma yəqin ki, başqa maraqlarınız, hobbiniz də var?
Aliyə Paşayeva:Etiraf edim ki, bundan o qədər də çox danışmıram. Sıxıldığıma görə yox, sadəcə, mənim iç dünyamla bağlıdır. Mən bəzən şeir yazıram. Mənəviyyatımı zənginləşdirməyi, mütaliə etməyi sevirəm.
Zeynəb Hümmətova:Mən də bəzən şeir yazıram, həm də əcnəbi dilləri öyrənməyi sevirəm.
Diana Əhmədbəyli:Əvvəllər musiqiyə maraq göstərirdim, gitara və fortepianoda çalmağı sevirdim. İndi vaxtımın çox hissəsi ev işlərinə gedir, həm də ingilis dilini öyrənirəm.
Ayşən Bayramova:Seriallara baxmağı sevirəm. Gəzmək, dostlarla görüşüb söhbət etmək xoşuma gəlir.
Darya Sorokina:Musiqi dinləmək və səyahət etmək mənim hobbimdir.
- Təhsiliniz barədə danışın, kim harada oxuyub, yaxud oxuyur?
Aliyə Paşayeva:Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Təhsilimi davam etdirmək planlarım var.
Zeynəb Hümmətova:Mən Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kursunda oxuyuram.
Diana Əhmədbəyli:Mən təhsilimi bitirmək üzrəyəm. Hazırda Akademiyanın üçüncü kursundayam.
Ayşən Bayramova:Mən də üçüncü kursa keçmişəm.
Darya Sorokina:11-ci sinfə keçmişəm. Komandanın ən kiçik üzvüyəm.
-Əlbəttə, indi sizin üçün əsas məsələ Bakıda dünya çempionatıdır. Yarışlara hazırlıq necə gedir?
Aliyə Paşayeva:Gəlin, hamının əvəzindən mən cavab verim. Düzünə qalsa, çox intensiv hazırlaşırıq. Tez-tez sınaq məşqləri olur. çünki adi dünya çempionatı deyil. Burada 2020-ci ilin Olimpiadasına lisenziyalar oynanılacaq. Bu da bizim üçün çox vacibdir. Odur ki, çempionata səylə hazırlaşırıq. Yarışlara çox az vaxt qalıb.
–Dünya çempionatındakı rəqiblər barədə nə deyə bilərsiniz?
Aliyə Paşayeva: ilk növbədə biz özümüz özümüzə rəqibik.
Diana Əhmədbəyli:Səliqəli çıxış edən komandalar yüksək qiymət alırlar. Buna görə də çox çalışmalıyıq ki, sabit çıxış edək.
–Özünüzü çıxışlara neçə kökləyirsiniz, həyəcanınızın öhdəsindən necə gəlirsiniz?
Aliyə Paşayeva:Çıxış zamanı həyəcanlanmamaq üçün ən azı məşqlərdə sabit çalışmaq lazımdır. Çıxışdan əvvəl həyəcan olur. Lakin başa düşməlisən ki, məşqlərdə bu proqramı azı yüz dəfə sabit yerinə yetirmisən. Deməli, yarışda lazımi səviyyədə çıxış etmək şansı daha yüksəkdir. Bu fikiri sakitləşdirir.
Ayşən Bayramova:Çıxışdan əvvəl yığışırıq, bir-birimizi dəstəkləyirik, stimullaşdırırıq. Şübhəsiz ki, məşqçimiz də bizi ruhlandırır.
-Sizcə, komanda üçün ən çox əhəmiyyət kəsb edən nədir?
Aliyə Paşayeva:Birlik, vahid komanda olmaq ən vacib məsələdir. Hamı bir nəfər, bir nəfər hamı üçün. Əgər heç olmazsa birimiz hamı üçün deyil, özü üçün olsa, onda çıxış alınmayacaq və bu da dərhal hiss olunacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!