04 Noyabr 2025 14:53
352
CƏMİYYƏT
A- A+
Azərbaycandakı dini konfessiyalar Zəfər Günü ilə bağlı bəyanat qəbul edib  

Azərbaycandakı dini konfessiyalar Zəfər Günü ilə bağlı bəyanat qəbul edib  


Noyabrın 4-də Azərbaycandakı dini konfessiyalar Zəfər Günü ilə bağlı bəyanat qəbul edib.

AZƏRTAC xəbər verir ki, bəyanat Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə keçirilən və Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirilib.

Bəyanatı təqdim edirik.

"Biz - Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan xalqının yaddaşına, dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunan möhtəşəm gün - Vətən müharibəsində Zəfərin beşinci ildönümü ərəfəsində dünya ictimaiyyətinə müraciət etməkdən şərəf duyuruq. Dünya miqyasında haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirən Vətən müharibəsindəki tarixi Zəfərin doğurduğu qürur və əzəmət olduqca böyükdür. Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə “Qarabağ Azərbaycandır” ideyası ətrafında səfərbər olan Azərbaycan xalqı ən ülvi arzularını gerçəkləşdirdi. Azərbaycan dövləti müdrik siyasi idarəçilik, liderinin qətiyyəti, Ali Baş Komandanın yenilməz sərkərdəliyi, qəhrəman zabit və əsgərlərdən ibarət şanlı Ordusunun rəşadəti sayəsində bu uğura imza ata, beynəlxalq hüququn ona verdiyi haqqı öz qüvvəsi hesabına reallaşdıra bildi. Azərbaycanın Dövlət Bayrağı azad Qarabağda dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Haqq mübarizəsinin qalibiyyət dastanı kimi dünya tarixi səhifələrinə daxil olmuş möhtəşəm Zəfər Günü bayramının sevinc və şərəfini daşımağa Azərbaycan xalqının tam haqqı vardır.

Azərbaycan öz ərazilərinin 30 il davam etmiş işğalına son qoymaqla təkcə ərazi bütövlüyünü bərpa etmədi, xalq-dövlət birliyinin yüksək nümunəsini, daxili monolitlik, milli-mənəvi vəhdət örnəyi göstərdi. Vətən müharibəsində Qələbəmizin qüvvətverici amilləri - dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyət daxilində milli vəhdət, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma və Vətənin mənafeləri naminə birlik idi. Azərbaycan xalqı Zəfəri böyük qurbanlar bahasına əldə etmişdir. Qazandığımız Zəfərdə hər bir azərbaycanlının payı vardır. Allah-taala bu mübarizədə canından keçmiş minlərlə şəhidlərimizə rəhmət eləsin! Uca Allah sağlamlığını itirmiş qəhrəman qazilərimizə şəfa bəxş etsin! Vətən müharibəsində bütün xalqımız, bütün etnik qrupların, bütün dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirib zəfərə yetişdilər. Azərbaycandakı bütün dini konfessiyaların nümayəndələri Azərbaycanın haqq işi uğrunda bizimlə çiyin-çiyinə cəbhədə vuruşdular, dünyaya bizimlə birgə haqq səsimizi ucaltdılar. Şəhid övladlarımızı birlikdə Vətən torpağına tapşırdıq. Bu, Azərbaycan reallığı, bizim yaşam tərzimiz, multikultural dəyərlərimizin təntənəsidir.

Qarabağ Zəfəri dünya tarixində epoxal əhəmiyyətli qələbələr silsiləsindəndir. Bu Zəfər beynəlxalq hüququn xalqın iradəsi ilə həyata keçirilməsinin təzahürü, güclü, müdrik liderin qalibiyyət manifesti oldu. Bu manifest bu gün də davam edir – Azərbaycanın səsi Vaşinqton Sülh Sammitindən, Yaxın Şərq Sülh Zirvəsindən gəlir. Azərbaycan Prezidenti qlobal siyasi-diplomatik müstəvidə yeni uğurlara imza atır, dünyanın sülh gündəliyində ön sıralardadır. Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri hər zaman fəxarət duyuruq ki, Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləri, yüksək səviyyəli dövlət-din münasibətləri sayəsində, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın dünya miqyasında multikultural dəyərlərin təşviqi sahəsində unikal fəaliyyəti ilə Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir olunur. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri bununla fəxr edir, Uca Yaradana xoş gedən sülh və ədalət prinsiplərinin bərqərar olması, müqəddəs dəyər olan insan həyatının xilası naminə bütün fəaliyyətlərə rəvac arzulayır, Azərbaycan Prezidentinin bu yolda bütün səy və əməllərinə xeyir-dualar diləyirik.

Məhz Prezident İlham Əliyev rəhbərliyi ilə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan monoetnik, vandalizm təzahürlərinə haqq qazandıran Ermənistana qalib gəldi. İşğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələrinin aradan qaldırılması istiqamətində dövlətin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, Allah evlərinin, məbəd və ibadət məkanlarının bərpası, məhv edilmiş mədəni-mənəvi irs abidələrimizin yenidən inşası bizi hədsiz sevindirir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqları öz yeni, nəfis görkəmi, möhtəşəm infrastruktur layihələri, abad şəhər və kəndləri, beynəlxalq hava limanları ilə hər birimizi qürurlandırır. Biz, Azərbaycan dindarları Uca Yaradanın lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Azərbaycan Prezidentinin ölkəmizdə və bölgədə davamlı sülh, əmin-amanlıq və tərəqqini təmin edən müdrik siyasi dəst-xətini hər zaman dəstəkləyir, Uca Yaradandan xeyir-dualar diləyirik.

Qoy bu Zəfər bayramı, böyük Qələbəmizin 5-ci ildönümü dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! Uca Yaradanımız Öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!

Bakı şəhəri, 4 noyabr 2025-ci il.

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından:


Sədr:

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri


Üzvlər:

Milix Yevdayev

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri


Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Yepiskopu


Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti


Aleksandr Şarovski

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri


Robert Mobili

Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!