31 Oktyabr 2025 21:04
582
CƏMİYYƏT
A- A+
Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində yeni əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb  

Azərbaycan və Ukrayna arasında səhiyyə sahəsində yeni əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb  


Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə işgüzar səfərdə olan Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Gəray Gəraybəyli Azərbaycan və Ukrayna arasında dövlət səviyyəsində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkə arasında səhiyyə və tibb təhsili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Rektor görüş iştirakçılarını ATU-nun fəaliyyəti, beynəlxalq standartlara uyğun tədris sistemi, həyata keçirilən islahatlar, müasir elmi-tədqiqat istiqamətləri və universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində görülən işlərlə tanış edib.

Gəray Gəraybəyli, həmçinin ATU ilə Ukraynanın Bogomolets adına Milli Tibb Universiteti, Xarkov Milli Tibb Universiteti və digər nüfuzlu elmi-tədris müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumları barədə məlumat verib.

O, görüş zamanı Azərbaycanın hərbi həkimlərinin İkinci Qarabağ müharibəsi dövründə göstərdikləri fədakarlıq və peşəkarlıqdan söz açaraq Ukrayna xalqına tezliklə sülh və rifaha qovuşmağı arzulayıb.

Öz növbəsində Ukraynanın səhiyyə naziri Viktor Lyaşko səmimi qəbula görə təşəkkürünü bildirərək səfərin əhəmiyyətindən bəhs edib. Nazir Azərbaycan Tibb Universiteti əməkdaşlarının fəaliyyətini və tibb elminin inkişafına verdikləri töhfələri yüksək qiymətləndirib.

Viktor Lyaşko vurğulayıb ki, Ukrayna və Azərbaycan arasında dostluq münasibətləri qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanır. O, səhiyyə, tibb təhsili və elmi-tədqiqat istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını, bu istiqamətdə birgə təşəbbüslərin dəstəklənəcəyini qeyd edib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov Ukrayna Səhiyyə Nazirliyi ilə xüsusilə tibb təhsilin təkmilləşdirilməsi üzrə birgə icra edilən uğurlu layihələr haqqında məlumat verib. O, həmçinin ötən illər ərzində nazirliyin gördüyü mühüm işlərdən və tibb sahəsindəki islahatlardan söhbət açıb.

Görüş qarşılıqlı maraq doğuran birgə layihələrin həyata keçirilməsi, yeni əməkdaşlıq imkanlarının və gələcək tərəfdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!