27 Noyabr 2025 12:14
214
İQTİSADİYYAT
A- A+
Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilib  

Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilib  


Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyanın IV iclasının iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında və Zəfər Parkında olub, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad ediblər.

Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah arasında iclasdan əvvəl keçirilən görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, Hökumətlərarası Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən S.Babayev Azərbaycan ilə İordaniya arasında 30 ildən artıq dövr ərzində formalaşmış münasibətlərin və Prezident İlham Əliyev ilə Kral II Abdullah arasında yüksək səviyyəli siyasi dialoqun iki ölkə arasındakı əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Nazir ikitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib və qeyd edib ki, komissiyanın bu gün keçirilən IV iclası əvvəlki təşəbbüsləri irəli aparmaq, eyni zamanda, yeni əməkdaşlıq sahələrini genişləndirmək üçün mühüm mərhələ olacaq.

Bildirilib ki, iki ölkə arasında indiyədək imzalanmış 40-dan çox sənəd əməkdaşlığın inkişafı üçün güclü hüquqi baza formalaşdırır və yeni təşəbbüslərin reallaşdırılması üçün əlverişli imkanlar yaradır.

Nazir çıxışında regional transformasiyadan bəhs edib və bildirib ki, hazırda dünyada müşahidə olunan geosiyasi dəyişikliklər Cənubi Qafqaz regionunu yeni inkişaf mərhələsinə çıxarır və Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində Vaşinqtonda imzalanmış Bəyannamə bölgə üçün tarixi dönüş nöqtəsidir. O qeyd edib ki, sənəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edir və Zəngəzur dəhlizinin açılmasına şərait yaradır. Bu yeni nəqliyyat arteriyası təkcə Cənubi Qafqaz deyil, eyni zamanda, Mərkəzi Asiya və Yaxın Şərq üçün də ticarət, logistika, enerji tranziti və regional inteqrasiya sahələrində geniş imkanlar açır və regionda investisiya, turizm, tranzit, logistika üçün sabit, proqnozlaşdırıla bilən və əlverişli mühit formalaşdırır. Nazir bu yeni reallıqlar fonunda İordaniyanı regionda genişlənən ticarət və nəqliyyat əməkdaşlığında fəal iştiraka dəvət edib.

S.Babayev bildirib ki, Azərbaycan və İordaniya arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və tərəflər arasında daha böyük potensial mövcuddur. Qeyd olunub ki, Hökumətlərarası Komissiyanın nəticələri də iki ölkənin ticarət, investisiya, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm, mədəniyyət, turizm, qida təhlükəsizliyi, səhiyyə, gömrük və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından məhsuldar olacaq.

İkitərəfli ticarətin artmaqda davam etməsi, Azərbaycanın kənd təsərrüfatı, qida və digər məhsullar üzrə İordaniya bazarında rəqabət imkanlarını genişləndirməsi, İordaniyanın isə dərman və digər sənaye məhsullarının ixracında fəallıq nümayiş etdirməsi və investisiya dialoqunun dərinləşdirilməsi komissiyanın iclasında mühüm irəliləyişlər kimi qiymətləndirilib. Qeyd olunub ki, nəqliyyat əlaqələrinin təkmilləşməsi, o cümlədən hava marşrutlarının genişləndirilməsi, humanitar və mədəni layihələr, təhsil sahəsində tələbə mübadiləsi və universitetlərarası əməkdaşlığın gücləndirilməsi qarşılıqlı əlaqələrin daha da inkişafına şərait yaradır.

Komissiyanın həmsədri, İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah çıxışında iki ölkə arasında münasibətlərin iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb. O, İordaniyanın Azərbaycanla ticarət, investisiya, sənaye, enerji, turizm və logistika sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. Nazir bildirib ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşıdakı illərdə birgə layihələrin artmasına, biznes dairələri arasında birbaşa əlaqələrin genişlənməsinə töhfə verəcək.

Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 23 noyabr 2007-ci il tarixində yaradılıb və Birgə Komissiyanın bundan əvvəl üç iclası keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!