27 Oktyabr 2025 21:09
647
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Çin Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcminin artırılması ilə bağlı əməkdaşlığı inkişaf etdirmək üçün razılaşıb  

Azərbaycan və Çin Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcminin artırılması ilə bağlı əməkdaşlığı inkişaf etdirmək üçün razılaşıb  


“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə səfərinin Azərbaycan–Çin əlaqələrinin inkişafında mühüm mərhələ olduğu vurğulanıb.

Qeyd olunub ki, səfər zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat, həmçinin beynəlxalq multimodal daşımalar və “Kəmər və Yol Təşəbbüsü”nün birgə təşviqi haqqında imzalanmış sazişlər nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradıb. Həmçinin Orta Dəhlizin inkişafı üzrə ADY və Çin nəqliyyat-logistika şirkətləri və limanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və dəhlizlə yük axınlarının artırılması məqsədilə ADY və Çinin Sian Limanı sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində iyulda ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və illik yükaşırma gücü 20 min TEU olan konteyner meydançası açılıb. Eyni zamanda, ADY nümayəndələri sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilib.

Qeyd edilib ki, ADY bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artım deməkdir. Analoji dövrdə ümumilikdə 103 min 134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən (86 min 413) təxminən 20 faiz çoxdur.

Görüş çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb.

ADY sədrinin müavini Arif Ağayev və “Xi’an International Port Group”un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəddə beynəlxalq yükdaşımalar üzrə əlverişli mühitin yaradılması, rəqəmsallaşma sayəsində xidmət keyfiyyətinin artırılması və “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində Orta Dəhliz boyunca multimodal nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirlər nəzərdə tutulur. Tərəflər Anlaşma Memorandumunu imzalamaqla konteyner qatarlarının təşkili və istismar qaydalarının optimallaşdırılması, yüklərin daşınma müddətinin təkmilləşdirilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının artırılması, dəhliz boyu dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi, o cümlədən Xəzər dənizində yüklərin daşınması mexanizminin təkmilləşdirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin funksionallığının genişləndirilməsi, bu xəttin Türkiyə və Avropanın dəmir yolu şəbəkələri ilə əlaqəsinin daha səmərəli təşkili, Orta Dəhliz boyunca nəqliyyatın dayanıqlı inkişaf planının hazırlanması, daha çox tranzit yüklərin cəlbi və daşımaların həcminin artırılması istiqamətlərində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. Həmçinin yükdaşımaların real vaxt rejimində monitorinqi məqsədilə elektron məlumat mübadiləsi sisteminin hazırlanması və tətbiqi barədə razılıq əldə olunub.

ADY və Sian Limanının rəhbərliyi logistika infrastrukturuna birgə investisiya, birgə tikinti layihələrinin icrası və infrastrukturdan birgə istifadə modellərini fəal şəkildə araşdıracaqlarını bəyan ediblər.

Bundan başqa, tərəflər Orta Dəhliz boyunca yerləşən ölkələrdə müştərilərə yüksək səmərəli yükdaşıma xidmətləri göstərmək üçün Çin və ya Azərbaycanda sadələşdirilmiş biznes modeli əsasında şirkətin yaradılmasında maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, Çinin mərkəzində yerləşən Sian Limanı quru ərazidə olsa da, beynəlxalq ticarətə qapı funksiyası daşıyır, daxili bölgələr üçün dəniz limanlarına çıxış nöqtəsi rolunu oynayır. Sian Limanı Çinin qərb və mərkəzi bölgələrini Mərkəzi Asiya, Avropa və Yaxın Şərqlə birləşdirən dəmir yolu marşrutlarının əsas qovşağıdır. Bu liman vasitəsilə Çinin daxili bölgələrindən Avropaya, əsasən, elektronika, tekstil və kənd təsərrüfatı məhsulları ixrac olunur, eyni zamanda, Avropadan və Mərkəzi Asiyadan enerji resursları, kimyəvi məhsullar və sənaye avadanlıqları idxal edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!