Azərbaycan Vaşinqtonda keçirilmiş türk mədəniyyəti festivalında uğurla iştirak etmişdir
Azərbaycan ABŞ paytaxtında keçirilən 9-cu illik türk mədəniyyəti festivalında uğurla təmsil olunmuşdur. Mədəniyyətimizi əks etdirən iki guşə - ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) və Qarabağ Fondunun guşələri festivala gələn yüzlərlə tamaşaçını cəlb edərək onlara ölkəmizin zəngin tarixi və mədəni irsi, qədim Qarabağ torpağının adət-ənənələri, Birləşmiş Ştatlardakı Azərbaycan icması, eləcə də ölkəmizin ABŞ ilə münasibətləri barədə məlumat təqdim etmişdir. "Qardələn" türk rəqs ansamblı və Amerikada təhsil alan azərbaycanlı tələbələrin ifasında Azərbaycan rəqsləri isə festivalın əyləncə proqramını bəzəyərək tamaşaçıların alqışlarını qazanmışdır.
USAN-in icraçı direktoru Adil Bağırovun AzərTAc-a bildirdiyinə görə, təşkilat təsis olunduğu 2007-ci ildən başlayaraq Amerikanın müxtəlif ştatlarında, o cümlədən Vaşinqton, Hyüston, Mayami və digər bölgələrdə keçirilən ənənəvi türk festivallarında Azərbaycanı təmsil edir. O demişdir: "Biz festivala gələnlərlə Vətənimiz barədə çoxsaylı mədəni, tarixi, coğrafi, həmçinin siyasi və iqtisadi məlumatları bölüşürük. Bu, həm kitab, dərgi, müxtəlif nəşrlər, həm də şifahi söhbətlər şəklində olur. Bu il bir daha onun şahidi olduq ki, Azərbaycan haqqında təkcə amerikalılarda deyil, eləcə də dünyanın hər yerindən ABŞ paytaxtına gələn qonaqlar arasında məlumat çoxalmışdır. Məsələn, gün ərzində biz Peru, Tayvan, Çin, Bosniya və Herseqovina, Əfqanıstan kimi ölkələrdən gəlmiş insanlarla rastlaşdıq. Onların hamısı Azərbaycan ilə yaxından maraqlanırdılar".
ABŞ-ın Qarabağ Fondu isə Vaşinqtonda keçirilən türk mədəniyyəti festivalında artıq ikinci ildir təmsil olunur. Təşkilatın guşəsində Azərbaycanın Qarabağ bölgəsinin xəritəsi, Qarabağ xalçaları, muğam musiqisi barədə kitabçalar, Qarabağın ən gözəl guşələrini əks etdirən təqvimlər nümayiş etdirilmişdir. Fondun əməkdaşları festivala gələnləri Azərbaycanın Qarabağ bölgəsi ilə daha yaxından tanış olmağa, təşkilatın gələcək mədəni tədbirlərində iştiraka dəvət etmişlər.
2002-ci ildən başlayaraq ABŞ paytaxtında keçirilən ənənəvi türk mədəniyyəti festivalı hər il iyirmi mindən çox Vaşinqton sakinlərini və qonaqlarını cəlb edərək Amerikada türk mədəniyyətini tərənnüm və təmsil edən əsas mədəni platformaya çevrilmişdir.
Amerikanın Türk Assosiasiyaları Assambleyasının təşkil etdiyi festival bu il daha bir mühüm hadisə ilə yadda qalmışdır. Festival zamanı Vaşinqtonun meri Vinsent Qrey və Ankara şəhərinin meri Melih Gökçek ABŞ və Türkiyə paytaxtları arasında qardaşlaşmış şəhərlər münasibətlərinin təsis edilməsini elan etmişlər. Bu münasibətlə 9-cu türk mədəniyyəti festivalının konsert proqramına Ankaradan gələn incəsənət ustaları, o cümlədən tanınmış müğənni Fərhat Göçər də qoşulmuşdur.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!