03 Sentyabr 2025 19:03
496
CƏMİYYƏT
A- A+
Azərbaycan Türkiyənin təşəbbüsü olan Himayədar Ailə ilə bağlı Nazirlər Bəyannaməsinə qoşulub  

Azərbaycan Türkiyənin təşəbbüsü olan Himayədar Ailə ilə bağlı Nazirlər Bəyannaməsinə qoşulub  


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşla görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri ilə ölkələrimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi, əlaqələrimizin sosial xidmətlər sahəsində də daim inkişaf edərək genişləndiyi vurğulanıb, bu sahədə uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olunub.

Anar Əliyev Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən hazırlanmış Himayədar Ailə ilə bağlı Nazirlər Bəyannaməsinin uşaqların ailə mühitində böyüməsinin təşviqinə mühüm dəstək olduğunu bildirib. Bəyannamənin himayədar ailə sisteminin inkişafı üçün beynəlxalq əməkdaşlıq platforması rolunu oynayacağını qeyd edib, bu təşəbbüsə görə təşəkkürünü bildirib.

Mahinur Özdemir Göktaş sosial xidmətlər, himayədar ailə modelinin tətbiqi ilə bağlı məqsədyönlü əməkdaşlığın həyata keçirildiyini, aparılan ardıcıl təcrübə mübadilələrinin əhəmiyyətini qeyd edib.

Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Anar Əliyev Himayədar Ailə ilə bağlı Nazirlər Bəyannaməsini imzalayıb. Sənəddə himayədar ailə xidmətlərinin gücləndirilməsi və təşviqi üçün ölkələr arasında ən yaxşı təcrübələrin mübadiləsi mexanizmlərinin yaradılması, himayədar ailə xidmətləri üzrə ictimai maarifləndirmənin artırılması üçün iyunun 30-nun beynəlxalq səviyyədə “Himayədar Ailə Günü” kimi müəyyən edilməsi əksini tapır.

Bəyannamə, həmçinin himayədar ailə xidmətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif ölkələrin nümayəndələrindən ibarət “Himayədar ailə üzrə İşçi Qrupu”nun təsis edilməsini, Türkiyənin himayədar ailələrin sayının artırılmasına xidmət edən “Dünyanın Könüllü Elçiləri Layihəsi” nümunə kimi götürülməklə himayədar ailə təcrübəsinin qlobal miqyasda genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!