21 İyun 2025 08:35
759
SİYASƏT
A- A+
Azərbaycan-Türkiyə həmrəyliyinin yeni səhifəsi

Azərbaycan-Türkiyə həmrəyliyinin yeni səhifəsi


Birliyimiz 90 milyondan çox azərbaycanlı və türkün gücüdür


"Dost çətin gündə tanınar. Yaxşı günlərdə özünü dost və qardaş kimi göstərən ölkələr bəzən biri bir az çətinliyə düşəndə kənara çəkildiyini görmüşük. Amma bundan fərqli olaraq Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixin sınaqlarından çıxıb, özünü təsdiq edib. Bu, yüz illər əvvəl də belə olub. Hazırda dövlət başçılarımızın şəxsi dostluq və qardaşlıq münasibətləri üzərində belə davam etməkdədir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, yüz il əvvəl baş vermiş müharibədə Azərbaycan Türkiyənin yanında olub, Türkiyə də 107 il əvvəl ölkəmizə qardaşlıq dəstəyini göstərib. Mustafa Kamal Atatürkün "Azərbaycanın acısı acımız, sevinci sevincimizdir" müdrik kəlamı dillər əzbəri olub. Bu münasibətlərimizi  yaşadığımız tarix daha da möhkəmləndirdi. İkinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın çətin günündə Türkiyə yenə də yanında oldu. 28 may 1992-ci ildə Azərbaycan və Türkiyənin sərhədində Araz çayı üzərində Ümummilli Lider Heydər Əliyev və Türkiyənin keçmiş baş naziri Süleyman Dəmirəlin açılış etdiyi "Ümid körpüsü" çətin dövrünü yaşayan naxıçıvanlıların ümid yerinə çevrildi. "Ümid körpüsu"nün açılışını gerçəkləşdirmək üçün Naxçıvana gələn Süleyman Dəmirəl bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək dedi: "Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik". 

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı həyatda təsdiqləndi. Yenicə müstəqilliyə qovuşmuş Azərbaycanın karbohidrogen resurslarının dünya bazarlarına çıxarılmasında dostluq və qardaşlığımız yenə özünü göstərdi. Bakı-Tiblisi-Ceyhan neft və Bakı-Tiblisi-Ərzurum qaz kəmərləri Azərbaycanın müstəqilliyini möhkəmlətməklə yanaşı, Türkiyəyə də böyük gəlirlər gətirməyə başladı. 

"27 sentyabr 2020-ci ildə başladığımız Vətən müharibəsində Türkiyənin ölkəmizin yanında olduğunu bəyan etməsi respublikamıza zillənən mənfur qüvvələrin müdaxiləsindən bizi qorudu. Türkiyə ölkəmizə mənəvi və siyasi dəstək verdi. Bu, haqq işimizi qısa zamanda görməyimizdə, Şuşada üçrəngli dövlət bayrağımızı dalğalandırmağımızda müəyyən rol oynadı. Qələbəmizi Bakıda qeyd edəndə sevincimizə şərik olan Türkiyə Prezidenti qələbə paradındakı çıxışında Bəxtiyar Vahabzadənin şeirini səsləndirərək Azərbaycan və Türkiyənin bir bədənin iki qolu olduğunu bəyan etdi", - deyə deputat bildirib. 

A.Badamov xatırladıb ki, Qarabağda erməni separatçılarının yuvası hələ də qalmaqda davam etdiyi vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etdi və iki ölkə arasında müttəfiqlik haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı. Dövlət başçıları bu bəyannaməni imzalamaqla Azərbaycanla Türkiyənin hərtərəfli müttəfiq olduğunu dünyaya rəsmən bəyan etmiş oldu. Bu da Qarbağda separatçıların yuvasını darmadağın etməyimizdə bizə böyük mənəvi güc verdi. 

 Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən dərhal  sonra yenidənqurma və bərpa işlərinə başladığını xatırladan deputat vurğulayıb ki, təbii ki, bu işlərin görülməsi üçün böyük maliyyə,  güc və texniki imkanlar vacib idi: "Hətta maliyyə gücü olsa belə texniki imkanlara malik olmadan böyükhəcmli  işləri görmək çox çətin idi. Türkiyə işğaldan azad olunmuş ərazilərin yenidən qurulub bərpası prosesində də yanımızda oildu.  8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi və bu limanın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Sonradan Zəngilan və Laçın hava limanlarının açılışlarını da dövlət başçıları bir yerdə etdilər. Bu il 28 May Müstəqillik Günümüzdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə bir yerdə Laçında keçirilən tədbirlərdə iştirak edən Prezident Ərdoğan çıxışında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirərək "Ayrılarmı könül candan, Azərbaycan-Türkiyə" deməklə bir daha dünyaya yeni bir mesaj səsləndirdi". 

Deputat qeyd etdi ki, Türkiyədə faciəvi zəlzələ baş verəndə Azərbaycan "qardaş qardaşdan soruşmadan çətin gündə yanında olmalıdır", - deyib ilk yardım göstərən ölkə oldu. Xalqımız zəlzələdən əziyyət çəkənlərə yardım göndərilməsi üçün gücünü səfərbər etdi. Hətta bir kişi öz köhnə avtomobilinə evindəki yorğan-döşəyi yükləyərək yardım göstərməyə tələsdi. Bu məsələni Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışında çıxış edən Prezident Ərdoğan bir daha dilə gətirdi. Zəlzələ dönəmində Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Türkiyəyə yardım edilməsi üçün dərhal hərəkətə keçdi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntıların altından 53 nəfəri sağ çıxartdı, həkimlərimiz səhra hospitallarında 3200 insana tibbi yardım göstərdi. Azərbaycan bu faciəni öz acısı kimi qəbul edərək xilasetmə və bərpa işlərində yaxından iştirak etdi.   

A.Badamov bildirib ki, Azərbaycan qarşısında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması kimi vacib bir vəzifə dayanmasına baxmayaraq, Türkiyədə zəlzələ nəticəsində dağılmış Kahramanmaraş şəhərinin yenidən qurulmasında da yaxından iştirak etməyi özünə borc bildi. "İyunun 19-da Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan zəlzələ nəticəsində dağılmış şəhərlərin açılışı mərasimində iştirak etdilər. O cümlədən "Azərbaycan" məhəlləsində tikilmiş mənzillərin açarları da sakinlərə təqdim olundu. Azərbaycan qısa zaman kəsiyində Kahramanmaraşda 1200-dən çox türkiyəli bacı-qardaşlarımızın yaşaması üçün müasir binalardan ibarət məhəllə saldı. Bu məhəllədə bütün sosial infrastruktur yaradıldı ki, bu da zəlzələdən əziyyət çəkmiş insanların firavan yaşamaları üçün qardaş yardımımız oldu", - deyə deputat əlavə edib.  

 Onun sözlərinə görə, 19 iyun Azərbaycan-Türkiyə qardaşlığının yeni bir səhifəsidir: "Biz bir daha dünyaya sübut etdik ki, "Bir millət, iki dövlət" olaraq kədərli və sevincli günlərdə bir yerdəyik. Gücümüz 90 milyondan çox azərbaycanlı və türkün gücüdür. Gücümüz Türkiyənin və Azərbaycanın siyasi,  iqtisadi və hərbi gücüdür. Biz bir yumruq olaraq gələcəkdə də haqqı müdafiə etməyə, regionda sabitlik və əməkdaşlığın yaradılmasına və daha çox məsələləri həll etməyə qadirik. Dövlət başçılarının davam etdirdiyi bu yol gələcək nəsillər üçün bir örnəkdir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş dövlət baytarlıq müfəttişi qurban kəsimi ilə bağlı vətəndaşlara müraciət edib

13:42
25 May

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı

13:27
25 May

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

13:13
25 May

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

13:07
25 May

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

12:56
25 May

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

12:13
25 May

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

12:11
25 May

Media: WUF13 urbanizasiya sahəsində memarlıq, planlaşdırma və dövlət siyasətinin rolunu vurğulayıb

12:08
25 May

Əl-Cəzirə: ABŞ İranla qarşılıqlı razılaşmalardan geri çəkilir

12:07
25 May

Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin 1-ci Forumu aktiv müzakirələrlə yadda qalıb

12:01
25 May

Ötən həftə 78 mina və 416 digər partlayıcı sursat zərərsizləşdirilib

11:55
25 May

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

11:53
25 May

Ağdamın dağıdılması urbisid kontekstində beynəlxalq elmi araşdırmada təhlil edilib

11:49
25 May

Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

11:45
25 May

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

11:43
25 May

Beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə gətirilir

11:37
25 May

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:32
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!