19 Aprel 2024 08:30
210
SİYASƏT
A- A+

Azərbaycan tarixinin ən qürurlu dövrünü yaşayır

 

"Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması iki ölkə arasında normal münasibətlərdən xəbər verir. 2020-ci ilin noyabrında sülhməramlıların ölkəmizin ərazisində yerləşdirilməsi zərurətdən doğurdusa, bu gün onların Azərbaycan torpaqlarında qalmasına heç bir lüzum yoxdur. Sülhməramlıların çıxarılması həmçinin Rusiya və Azərbaycan prezidentləri arasında yüksək etimadın göstəricisidir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat bildirib ki, Azərbaycan xalqı tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır: "Orta əsrlərdən bəri millətimizə və regionumuza qarşı yürüdülən siyasəti, təxminən 300 il əvvəl qurulan planları darmadağın edən Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın və dövlətimizin həyatında yeni mərhələ başlayıb. Dünya hər zaman Prezident İlham Əliyevin qətiyyətliliyinin və prinsipiallığının şahidi olub. Torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Nəzərə almaq lazımdır ki, bu vaxta qədər dövlət müstəqilliyimiz bərpa edilsə də, Azərbaycan heç bir zaman dövlət sərhədlərinə nəzarəti həyata keçirə bilməmişdi. 2023-cü il aprelin 23-də bütün dövlət sərhədlərimiz üzərində nəzarətin qurulması tariximizdə bir ilk idi".
Deputat əlavə edib ki, ötən il həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı rejim diz çökdü, ağ bayraq qaldırdı. Bu, Prezidentin hər şeyi dəqiq ölçüb-biçdiyini, əvvəlcədən planlaşdırdığını və dəqiqliklə həyata keçirdiyini göstərdi. Azərbaycan ərazisində separatçılığın kökü tamamilə kəsildi. Bu, Prezident İlham Əliyevin millət və dövlət qarşısında tarixi xidmətidir. 
Musa Qasımlı bildirib ki, sülhməramlıların ölkəmizdən çıxarılması da Azərbaycan Prezidentinin xüsusi bacarığının nəticəsidir: "Unutmaq olmaz ki, 10 noyabr üçtərəfli Bəyanatında sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi məhz Prezident İlham Əliyevin israrı hesabına yer almışdı. Sülhməramlıların Azərbaycandan getməsi, həm də vaxtından əvvəl tərk etməsi də qarşılıqlı etibar və etimadı göstərir. Elə bunu da dövlətimizin mehriban qonşuluq siyasətinin nəticəsi hesab etmək olar". Deputatın fikrincə, xüsusilə son 4 ilə yaxın müddətdə baş verən hadisələr Prezident İlham Əliyevin liderliyi altında dövlətimizin və millətimizin çox gözəl gələcəyinin olacağını təsdiq edir. 
 Müsahibimiz onu da vurğulayıb ki, Azərbaycan real siyasət yürüdür: "Bəzilərinin Vətən müharibəsində qazanılan qələbəyə, Xankəndidə bayrağımızın ucaldılmasına və ölkəmizin ərazisində separatizmin kökünün kəsilməsinə laqeyd yanaşmaları təəssüf doğurur. Bu, tamamilə anti-milli mövqedir. Hesab edirəm ki, millətin və dövlətin maraqlarını təmin edən, xəyallarını gerçəkləşdirən Prezident İlham Əliyevin səyləri yüksək qiymətləndirilməlidir".

N.QABİLQIZI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video