17 Sentyabr 2025 09:00
465
İDMAN
A- A+
Azərbaycan Qran-prisinin marşalları

Azərbaycan Qran-prisinin marşalları


"Formula-1" aləmində könüllüləri "yarış rəsmiləri" də adlandırırlar


"Formula-1" Azərbaycan Qran-prisi həyəcanına iki gün qalıb. Sürət həvəskarlarının səbirsizliklə gözlədikləri cari mövsümün 17-ci mərhələsinə də hazırlıq işlərinin ən yüksək səviyyədə görüldüyü diqqət mərkəzindədir. 

Planetin bir nömrəli avtomobil yarışının təşkilində və keçirilməsində bir sıra adamlar  xüsusi rol oynayırlar. Onların arasında marşallar (könüllülər) da var. Onları "Formula-1" aləmində "yarış rəsmiləri" də adlandırırlar.

Ümumiyyətlə, dünyada marşallıq sevimli məşğuliyyət kimi qəbul olunur. İnsanlar müxtəlif yarışlarda marşallıq edərək həm maraqlı vaxt keçirir, həm də yarışı yaxından izləmək şansı qazanırlar. Altı il əvvəl  Bakı Şəhər Halqası əməliyyat şirkəti tərəfindən təsis edilmiş "Baku Marshals Club" marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda beynəlxalq marşal klubları ilə sıx əməkdaşlıq qurur. Marşallar yerinə yetirdikləri vəzifələrə görə aşağıdakı növlərə bölünürlər:

Sektor marşalları trek xəyali olaraq sektorlara bölünür və hər bir sektora nəzarət bir sektor marşalına və onun bir, yaxud iki müavininə tapşırılır. Onlar trek üzrə təyin olunduqları sahədə əsas səlahiyyətli nümayəndə hesab olunur və burada baş verən bütün hadisələrə görə məsuliyyət daşıyırlar.

Trek marşalları halqa boyunca nəzarət postlarında yer alan əsas simalardır. Onların bir çox vəzifələri var. Trek marşalları rəsmilər arasında ən çox məsuliyyət daşıyan şəxslərdir. Onların vəzifələrinə trekə daxil olub onu qalıqlardan təmizləmək, təhlükədə olan avtomobilləri itələmək və qəzadan sonra ərazini təmizləmək daxildir. Bu işi görə bilmək üçün zirəklik, komandada işləmək qabiliyyəti, dözümlülük və təcrübə tələb olunur.

Bayraq marşalları trek boyunca marşal məntəqələrində yarış iştirakçılarını bayraq vasitəsilə məlumatlandıran məsul şəxslərdir. Onların başlıca vəzifələri sürücülərlə bayraqlar vasitəsilə əlaqə qurub pilotları qarşıda olan təhlükə barədə məlumatlandırmaq, qəza anında mövqeyində qalaraq yolda baş vermiş təhlükə barədə xəbərdar etməkdir.

Rəqəmsal bayraq marşalları halqa boyunca müvafiq mövqelərdə yerləşdirilib digər bayraq marşallarının üzərinə düşən işi görürlər. Yeganə fərqləri bayraq əvəzinə displeydən istifadə etmələridir.

Start və finiş marşalları yarışı başlamaq və bitirmək üçün damalı bayraqlardan, elektron vaxt tablolarından və digər vasitələrdən istifadə edirlər. Onlar start və finiş xəttində müxtəlif bayraqları (qara bayraq, mexaniki bayraq və s.) göstərməyə görə cavabdehlik daşıyırlar. Yanğınsöndürmə və xilasetmə marşalları yanğınsöndürmə üzrə geniş təcrübə əldə ediblər. Onlar tədbir zamanı bütün yanğın və xilasetmə işlərinə görə cavabdehlik daşıyırlar.

Tibbi marşalların xidmətinə həkim heyəti (həkimlər, orta təhsilli tibb işçiləri, tibb bacıları və s.), avadanlıq və nəqliyyat vasitələri, trekdə təxirəsalınmaz kömək, yaralıların daşınması, tibbi mərkəz, kommunikasiya sistemi, əvvəldən təyin olunmuş xüsusi xəstəxanalar daxildir.

Texniki təftiş marşalları gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış avtomobilləri təftiş edərək onların təhlükəsizlik və uyğunluq tələblərinə cavab verdiyini müəyyən edirlər.

Pit və sıra düzülüşü marşalları hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini və insanları yönləndirməkdir. Bərpa üzrə marşallar sırasına evakuator avtomobillərinin heyəti və onların köməkçiləri daxildir. Onların vəzifəsi tədbir zamanı və tədbirdən sonra sıradan çıxmış və hərəkətsiz qalmış avtomobilləri trekdən uzaqlaşdırmaqdır.

Kommunikasiya üzrə marşallar rabitəçi və ya müşahidəçilər kimi tanınırlar. Onlar hər bir marşal postuna təyin edilir, baş verənləri müşahidə edir, yarışa nəzarət otağına xüsusi audio rabitə kanalları vasitəsilə məlumat ötürürlər.

Hüdudlar üzrə marşallar isə halqa boyu çətin vəziyyətdə qalmış sürücülərə kömək etmək və onları yubanmadan pitlərə aparmaqdır.

Logistika və marşalların təchizatı  könüllülərinin vəzifəsi digər marşalları tədbirdən əvvəl və tədbir zamanı yemək, su, avadanlıq, dəftərxana ləvazimatı, radio qurğuları və geyimlə təmin etməkdir.


Elçin CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!