Azərbaycan qısa müddətdə çox sürətli inkişaf yolu keçmişdir
Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti İvo Yosipoviç martın 12-də Milli Məclisə gəlmişdir.
Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.
Prezident İvo Yosipoviç əvvəlcə Azərbaycan parlamentinin iclas zalı ilə tanış olmuş, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraiti, burada tətbiq edilən müasir texnologiya ilə maraqlanmışdır. Ali qonaq parlamentdəki Heydər Əliyev xatirə zalına da baxmışdır.
Xorvatiya Prezidentinə Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndər Heydər Əliyevin xidmətləri, Milli Məclisin qəbul etdiyi mühüm hüquqi sənədlər barədə məlumat verilmişdir.
Qonaq Xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra Xorvatiya Prezidenti İvo Yosipoviç Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avratlantik məkana inteqrasiyadır. Bu baxımdan Azərbaycan Xorvatiya ilə əlaqələrin inkişafında maraqlıdır.
Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulayan Milli Məclisin Sədri demişdir ki, prezidentlərin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər münasibətlərimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. İnanırıq ki, Sizin bu səfəriniz əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaqdır.
O.Əsədov qanunverici orqanların fəaliyyətindən də danışmış və demişdir ki, parlamentlərarası dostluq qruplarının əlaqələrinin genişləndirilməsi deputatlarımızın beynəlxalq qurumlarda səmərəli əməkdaşlığına dəstək olacaqdır.
Milli Məclisin Sədri Azərbaycanın bölgədə həyata keçirdiyi iri layihələrdən, Avropanın enerji təhlükəsizliyindəki mühüm rolundan danışmış, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri qərar və qətnamələrə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini bu gün də davam etdirməsi Avropada təhlükəsizliyə ciddi təhdiddir.
O.Əsədov problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacağına və Xorvatiyanın münaqişənin ədalətli həllində bundan sonra da dəstəyini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirmişdir.
Prezident kimi Bakıya ilk dəfə gəldiyini v
urğulayan İvo Yosipoviç demişdir: "Mən əvvəllər də Azərbaycanda olmuşam. Ötən qısa müddət ərzində Azərbaycan çox sürətli inkişaf yolu keçmişdir. Mən müxtəlif sahələrdə qazandığınız böyük uğurlara görə sizi təbrik edirəm".
Xorvatiya Prezidenti ölkələrimiz arasındakı mövcud dostluq münasibətlərini yüksək qiymətləndirmiş, bunun böyük nailiyyət olduğunu, iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığın inkişafına yaxşı zəmin yaratdığını qeyd etmişdir.
Dağlıq Qarabağ münaqişəsindən danışan İvo Yosipoviç demişdir ki, Xorvatiya bu məsələdə Azərbaycanın mövqeyini və səylərini dəstəkləyir. Rəsmi Bakının bütün səyləri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına yönəlmişdir. Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq.
AzərTAc
Foto F.BAĞIROVUNDUR
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!