22 İyul 2026 10:53
484
SİYASƏT
A- A+
Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır

Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır


Azərbaycan mətbuatının tarixi xalqımızın milli oyanış, maariflənmə və ictimai-siyasi düşüncəsinin formalaşması ilə sıx bağlıdır. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin böyük fədakarlıq və milli məfkurə ilə nəşr etdirdiyi “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoydu. Qəzetin təsisçisi olan Həsən bəy Zərdabi həm də xalqın milli özünüdərkinin güclənməsi, cəmiyyətin tərəqqisi üçün ömrünü həsr etmiş görkəmli ziyalı idi.

“Əkinçi”dən başlayan bu şərəfli yol sonrakı dövrlərdə Azərbaycan jurnalistikasının zəngin və çoxşaxəli ənənələrinin təməlini təşkil edir.  Qəzetin ideyaları sonrakı nəslin tanınmış maarifçiləri tərəfindən uğurla davam etdirilmişdir. XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov və digər milli düşüncənin aparıcı nümayəndələri mətbuatın milli ideya əsaslarının möhkəmləndirilməsi uğrunda əzmlə fəaliyyət göstərirdilər. 

XX əsrin 90-cı illərindən başlayaraq müstəqil Azərbaycanın milli mətbuatının bugünkü inkişaf səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etməliyik. Ulu Öndərin media ilə açıq ünsiyyət ənənəsi, bu sahəyə verdiyi dəyər ölkədə peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə, eləcə də bu gün ölkəmizdə tanınan və nüfuz qazanan jurnalistlərin böyük bir nəslinin yetişməsinə güclü təsir göstərmişdir.

30 il ərzində Qarabağ münaqişəsi və işğal dövründə Azərbaycan jurnalistikasının üzərinə böyük məsuliyyət düşürdü. İşğal olunmuş ərazilərimizdə törədilən cinayətlərin, dağıntıların, tarixi və mədəni irsimizə qarşı həyata keçirilən vandalizmin, yüz minlərlə insanın doğma yurdlarından məcburi köçkün düşməsinin dünya ictimaiyyətinə çatdırılması ciddi bir informasiya mübarizəsi idi. 

44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, mediamız, xalqımız, hər bir vətəndaşımız vahid məqsəd ətrafında birləşdi, tarixi gerçəklərin qlobal miqyasda yayılmasında həmrəylik nümayiş etdirdi.

II Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidentinin qətiyyətli çıxışları, müsahibələri, dillər əzbərinə çevrilən, səsləndirdiyi unudulmaz ifadələri informasiya cəbhəsində Qələbənin ən güclü nümunələrindən biri kimi  tarixə yazıldı. Dövlət başçısı həm Azərbaycanın milli maraqlarını böyük əminliklə, prinsipiallıqla, dönməz iradə ilə qoruyur, həm də münaqişənin mahiyyətini, çoxəsrlik həqiqətlərimizi beynəlxalq auditoriyaya dolğun və əsaslandırılmış şəkildə nümayiş etdirirdi.

Bu gün də Qarabağın tarixi reallıqlarının, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük Qayıdış prosesinin beynəlxalq media mühitində geniş şəkildə yayımlanması bizim jurnalistikamız qarşısında mühüm vəzifələrdəndir. 

Bu gün Azərbaycan Prezidentinin həm yerli, həm də dünyanın aparıcı media qurumlarına mütəmadi müsahibələri vasitəsilə Azərbaycanın milli mövqeyi, regionda baş verən proseslər, ölkəmizin inkişaf strategiyası ilə bağlı məsələlər birbaşa geniş ictimaiyyətə təqdim olunur. Bu, həm də müasir diplomatiyada və informasiya məkanında açıq, çevik və təsirli kommunikasiya siyasətinin mühüm nümunəsidir.  

Müasir dövrdə informasiya platforması həm də dövlətlərin beynəlxalq nüfuzuna, ictimai rəyə və siyasi proseslərə təsir edən önəmli strateji amildir.  Bu baxımdan peşəkar, məsuliyyətli və obyektiv jurnalistikanın əhəmiyyəti daha da artır. Dezinformasiyanın, saxta xəbərlərin və informasiya manipulyasiyalarının geniş yayıldığı bir dövrdə jurnalistin peşə etikası, dəqiqliyi, məsuliyyəti və vətənpərvər mövqeyi olduqca ciddi mahiyyət daşıyır.

Bu gün Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır - Milli mətbuatımızın 150 ildən artıq ənənələrini yaşatmaq, inkişaf etdirmək. Milli jurnalistikamızın tərəqqisi, ölkəmizin informasiya təhlükəsizliyinə, milli maraqlarımızın qorunmasına xidmət edir. 

22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, fotojurnalistləri, operatorları və bu sahədə çalışan hər kəsi səmimi-qəlbdən təbrik edirəm.


Günay Əfəndiyeva,

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Əbədi dostluq” – Bakı və Daşkənd Avrasiyanın yeni geosiyasi xəttini qurur  

10:53
24 Avqust

Azərbaycan–Özbəkistan münasibətləri yeni regional əməkdaşlıq modelinin əsasını formalaşdırır

10:41
24 Avqust

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək

10:26
24 Avqust

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:25
24 Avqust

Neft qiymətləri ucuzlaşır

10:24
24 Avqust

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

10:22
24 Avqust

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

09:57
24 Avqust

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

09:43
24 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

01:47
24 Avqust

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!