Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun keçirdiyi Yaz Toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (istixana effekti yaradan qazların azaldılması üzrə dünya ölkələri tərəfindən götürülmüş öhdəliklər) həyata keçirilməsi üçün tələb olunan maliyyələşmə ehtiyacları və bu ehtiyacların təmin edilməsinin səmərəli təşkilinə həsr edilib. İclasda koalisiyaya üzv ölkələrin maliyyə nazirləri ilə yanaşı BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva və Dünya Bankının prezidenti Acay Banqa da iştirak edib.
Cari ilin aprel ayında koalisiyaya müşahidəçi qismində qoşulmuş Azərbaycanı sözügedən iclasda maliyyə naziri Samir Şərifov və ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev təmsil edib. M.Babayev iclasda çıxış edərək iqlim məqsədlərinin həyata keçirilməsində aktiv iştirakına görə koalisiyaya təşəkkür edib və koalisiya üzvlərini iddialı və ədalətli iqlim maliyyəsi məqsədini təmin edən uğurlu COP29-un həyata keçirilməsində əməkdaşlığa çağırıb.
Hazırda 92 ölkəni üzv kimi birləşdirən İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası iqlim dəyişikliyi ilə bağlı tədbirlərin sürətləndirilməsi üçün maliyyə resurslarının səfərbər edilməsi məqsədilə 2018-ci ildə İndoneziyada keçirilmiş BVF və Dünya Bankının İllik Toplantısı zamanı yaradılıb. Koalisiyanın katibliyi Dünya Bankının Vaşinqtondakı mənzil qərargahında yerləşir və Dünya Bankı və BVF tərəfindən birgə idarə olunur. Koalisiyanın fəaliyyəti BVF, Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Afrika İnkişaf Bankı Qrupu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı da daxil olmaqla 26 institusional tərəfdaş tərəfindən dəstəklənir.
Koalisiyanın həmsədrləri olan Niderland Krallığı və İndoneziyanın maliyyə nazirlikləri tərəfindən Azərbaycanın da koalisiyaya qoşulması ilə bağlı dəvət məktubu göndərilib. COP29-a ev sahibliyi edən Azərbaycan koalisiya ilə fəal əməkdaşlıq etmək niyyətindədir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub
01 May
Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətən...
01 May
Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub
01 May
Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır...
01 May
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb
01 May
Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb
01 May
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...
01 May
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
01 May
Bakıda havada tozun miqdarı normadan artıqdır
01 May
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!