Azərbaycan ipəyinin dünyanı yenidən fəth etməsinə çox qalmayıb
Kümçülər hər il qəbul məntəqələrinə daha çox məhsul verirlər
Azərbaycanda ipəkçilik qədim tarixə malikdir. Bizim ipəklər hələ keçmiş zamanlardan Avropa bazarlarında satılırdı. Alıcılar bu məhsulları həm keyfiyyətinə, həm də milli naxışlarına görə yüksək qiymətləndirirdi. Tarixi İpək yolunun Azərbaycandan keçməsi də təbii ki, bu baxımdan təsadüf deyil.
Ötən əsrin 70-ci illərində də Azərbaycanda baramaçılıq və ipəkçilik sürətlə inkişaf etmişdi. 3 mart 1971-ci il tarixli “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” qərardan sonra görülən işlər sayəsində bu sahənin maddi-texniki bazası, sənaye potensialı gücləndirilmiş, barama istehsalı və tədarükü xeyli artmışdı. Həmçinin baramaçılığın yem bazasını artırmaq üçün müvafiq torpaq sahələri ayrılmış, o cümlədən yol kənarlarında tut tingləri əkilmişdi.
Təəssüf ki, müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi, baramaçılıqda da ciddi geriləmə baş vermişdi. Yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5 min, 1985-ci ildə 5,5 min ton olduğu halda, 1992-ci ildən kəskin şəkildə azalmağa başlayaraq 2015-ci ildə 236 kiloqrama düşmüşdü.
Bu isə o demək idi ki, Azərbaycanda ipəkçiliyin bərpası üçün dövlət dəstəyinə ciddi ehtiyac yaranmışdı. Elə Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 15-də imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” sərəncam da bu ehtiyacdan irəli gəlirdi. Sərəncamın icrası ölkədə ənənəvi kənd təsərrüfatı sahələrindən olan baramaçılığın inkişafı ilə yanaşı, əhalinin məşğulluğuna və sosial rifahının yüksəlməsinə də müsbət təsir etdi. Amma bu da hələ hamısı deyil. 2017-ci il noyabrın 27-də dövlət başçısı tərəfindən imzalanan sərəncamla “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olundu. Yeri gəlmişkən qeyd edək ki, hazırda dünya bazarında ipəyə olan tələbat yüksək, qiymət isə bahadır. Məsələn, indi 1 ton xam ipəyin qiyməti təqribən 20 ton pambıq mahlıcının qiymətinə bərabərdir. Bu baxımdan Prezidentin imzaladığı hər iki sənədin əhəmiyyətini dəyərləndirməmək mümkün deyil.
İndi ölkəmizdə baramanın yığılması və tədarükü mövsümüdur. Şəkidə yaş barama istehsalının ötən illə müqayisədə 17 tonadək artırılaraq 50 tona çatdırılacağı proqnozlaşdırılır. Barama yetişdirmək üçün 325 kümçü ilə müqavilə bağlanıb və onlara Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 1250 qutu, yəni 23 kiloqram 750 qram ipəkqurdu paylanıb. Ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi uğurla gedir.
Xocavənd kümçüləri isə 2 tondan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar. Keçən il baramaçılıqdan yaxşı gəlir əldə edən Xocavənd kümçüləri bu il daha çox məhsul təhvil verməyi hədəfləyiblər.
Cari il barama yetişdirilməsi üçün onlara 50 qutu (950 qram) ipəkqurdu toxumu paylanıb. Hazırda 15 kümçü tərəfindən ipəkqurdlarının bəslənməsi davam edir. Bu il də məhsulun yaxşı olacağı gözlənilir. Onu da qeyd edək ki, bu rayonun kümçüləri üçün son beş ildə yerli və Çindən gətirilmiş 43 min tut tingi əkilib.
Ağsu kümçüləri yetişdirdikləri məhsulu yeni işə düşən barama emalı məntəqəsinə təhvil verirlər. Baramaçılıq bu rayonda da ənənəvi təsərrüfat sahələrindəndir. Cari il rayonda 62 kümçü tərəfindən 120 qutu ipəkqurdu toxumu bəslənilib və bol məhsul yetişdirilib. Yetişdirilən məhsul “Azəripək” MMC tərəfindən qəbul olunur. Mütəxəssislər cari mövsüm rayonda 5 ton barama yetişdiriləcəyini proqnozlaşdırırlar.
İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il bəzi çətinliklərə baxmayaraq, rayon üzrə 7 ton 728 kiloqram məhsul tədarük olunmuşdu. Cari ildə isə hədəf 10 tondur. Son 5 ildə Çindən gətirilərək əkilmiş və artıq böyümüş tut tingləri regionda baramaçılığın inkişafına müsbət təsir göstərir. Belə ki, ümumilikdə rayonun müxtəlif ərazilərində 67 min tut tingi əkilmişdir. İndi artıq onlardan yem üçün istifadə edilir.
Tərtər rayonunda da barama tədarükünə başlanıb. Bu il rayon kümçülərinə 350 qutu ipəkqurdu toxumu paylanıb. Kümçülər ipəkqurdlarının bəslənməsində çətinlik çəkməyiblər. Yemləmə zamanı həm mövcud, həm də yeni əkilən tut ağacları kümçülərin karına gəlib. Bu il rayon üzrə 15 tondan çox barama istehsalı proqnozlaşdırılır.
Ağcabədi rayonunda da barama tədarükü həmçinin mütəşəkkil davam edir. Artıq kümçülərin yetişdirdikləri 26 min tondan çox məhsul rayonda “Azəripək” MMC tərəfindən qəbul olunub. Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədili kümçülər bu il də yüksək məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.
Bütün bunlar aqrar sahədə aparılan islahatların bəhrə verdiyini, bir çox digər kənd təsərrüfatı sahələri ilə yanaşı, baramaçılığın da bərpa olunduğunu və uğurlu nəticələr qazanıldığını göstərir.
Rüstəm KAMAL,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!