18 Aprel 2024 14:22
947
Elm və texnika
A- A+

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb  

 

Türkiyənin təhsil işçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bakı şəhəri 18 nömrəli tam orta məktəb ilə Türkiyənin İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyi arasında “Qardaş məktəblərin əməkdaşlığı müqaviləsi” imzalanıb.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanı, Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi və mədəni-tarixi məkanlarda olublar.

Qonaqlar, həmçinin 18 nömrəli tam orta məktəblə tanış olub, dərslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi mövzusunda müzakirələr aparıblar. Bundan əlavə, qardaş ölkələrin məktəbliləri arasında dostluq münasibətlərinin inkişafına xidmət edən birgə intellektual-əyləncəli proqramlar təşkil edilir.

Qonaqların şərəfinə Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası” üzvlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Konserti Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyinin direktoru Eyüp Dağ, liseyin müəllim və şagirdləri, məktəb direktorları izləyiblər.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Məktəbin direktoru Leyla Fətiyeva bildirib ki, ortaq tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələri təhsil sahəsində də inkişaf edir. L.Fətiyeva məktəbin qonağı olan liseyin direktoru, 6 müəllim və 11 şagirddən ibarət heyətin iştirakı ilə təşkil olunan tədbirlərin qardaşlıq münasibətlərinə nümunələrdən biri olduğunu diqqətə çatdırıb.

Qardaş ölkənin təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video