25 Sentyabr 2025 16:38
491
CƏMİYYƏT
A- A+
Azərbaycan ilə İordaniya arasında fövqəladə hallar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub

Azərbaycan ilə İordaniya arasında fövqəladə hallar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub


Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı İctimai Təhlükəsizlik Baş İdarəsinin Əməliyyatlar və Təlim üzrə Baş direktor müavini briqada generalı Məhəmməd Mahmud Əl-Ömərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə nazir K.Heydərov ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarəedilməsi və mülki müdafiə sahəsində əlaqələrin genişləndirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. Bu mənada cari ilin aprel ayında İordaniya Haşimilər Krallığına rəsmi səfərini xatırladan K.Heydərov səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Nazir ölkəmizdə fövqəladə hallarla mübarizə və mülki müdafiə sahəsində görülən işlərdən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub. Əminlik ifadə edilib ki, bu səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələr qurumlar arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafına əlavə təkan verəcək. Bu çərçivədə fövqəladə halların idarəedilməsi və mülki müdafiə sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris sahəsi üzrə FHN-in Akademiyası ilə İordaniya Haşimilər Krallığının müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın formalaşdırılması üçün yaxşı imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Məhəmməd Mahmud Əl-Öməri iki ölkənin fövqəladə hallarla mübarizə və mülki müdafiə sahəsində cavabdeh qurumları arasında münasibətlərin genişləndirilməsindən məmnunluq ifadə edib, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın dərinləşməsinin qarşılıqlı faydasını vurğulayıb. Qonaq ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərin və müzakirələrin məhsuldar olacağına, əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O, həmçinin Azərbaycan FHN-in nümayəndəsinin cari ilin iyul ayında keçirilmiş seçkilərdə yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin fəaliyyəti ilə yerində tanış olublar.

Qeyd edək ki, səfər çərçivəsində İordaniya nümayəndə heyəti FHN-in bir sıra digər qurumlarına səfər edəcək, onların fəaliyyətləri ilə yerində tanış olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!