26 Aprel 2022 00:57
1753
İDMAN
A- A+
Azərbaycan “Formula-1”ə hazırlaşır

Azərbaycan “Formula-1”ə hazırlaşır

 

Azərbaycan növbəti "Formula-1" yarışlarına hazırlaşır. Pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, sonrakı il isə tamaşaçısız keçirilən bu möhtəşəm yarışın Bakı mərhələsi iyunda keçiriləcək.

“Formula-1” yarışlarının builki şüarı "F1 qayıdır: trekə və tribunaya!" olaraq müəyyənləşdirilib. 23 Qran-pridən ibarət mövsümə martın 20-də Bəhreyndə start verilib. Səudiyyə Ərəbistanı, Avstraliya və İtaliyada yarışlar mart-aprel aylarında keçirilib. Digər mərhələlər isə Amerika Birləşmiş Ştatları, İspaniya, Monako, Azərbaycan, Kanada, Böyük Britaniya, Avstriya, Fransa, Macarıstan, Belçika, Niderland, Sinqapur, Yaponiya, Meksika və Braziliyada olacaq. Çempionat noyabrın 20-də Əbu-Dabi Qran-prisi ilə yekunlaşacaq. Azərbaycanda yarışlar 10-12 iyun tarixlərdə baş tutacaq.

"Bakı Şəhər Halqası “Formula-1” Azərbaycan Qran-prisi" mövsümün ən parlaq vizuallarını təqdim edib. Bu, ilk dəfə dövlət bayrağımızın rəngləri ilə, daha vətənpərvər ruhda simvolizə edilib.

Artıq neçə gündür Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinə başlanılıb. Yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsziliyini təmin etmək üçün istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçirilir. Hazırlıq işləri Xəqani küçəsi ilə Bülbül prospektinin kəsişməsindən başlayaraq bütün yarış yolunu əhatə edir. Keçən ildəkindən fərqli olaraq, budəfəki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq bulvar boyu da tribunaların quraşdırılmasına başlanılıb. Tikinti-quraşdırma işləri 6 iyunadək yekunlaşdırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, bütün hazırlıqlar vaxtında başa çatdırılacaq. "Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək. Sevindirici xəbər ondan ibarətdir ki, tribunalara və trekə qayıtmışıq. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik", - deyə o, qeyd edib.

Yerli azarkeşlərin də böyük maraq göstərdiyi bu yarışa tamaşaçı qismində xeyli sayda turist gözlənilir. Ən çox bilet ABŞ, Böyük Britaniya və Niderlandda satılıb.

“Formula-1” Azərbaycan Qran-prisinin mətbuat katibi Turab Teymurov bildirib ki, azarkeşlər digər “Formula-1” yarışları ilə yanaşı, Azərbaycan Qran-prisini də dünyanın bir sıra qabaqcıl idman televiziya kanalları vasitəsilə izləmək imkanı olacaq. Qeyd edək ki, “Formula-1” yarışlarının tamaşaçı auditoriyası 1,5 milyarda yaxındır. Maraqlı fakt isə budur ki, son iki mövsümdə Bakıda keçirilən bu həyəcanlı qarşılaşma ABŞ-da izlənilən ən populyar yarış olub.

Xatırladaq ki, Azərbaycanda “Formula-1” avtomobil yarışları ilk dəfə 2016-cı ildə keçirilib. Dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Deməli, bu cür mötəbər yarışa gec qoşulsaq da, ciddi tamaşaçı auditoriyası toplaya, başqa sözlə, milyonlarla insanın diqqətini ölkəmizə cəlb edə bilmişik. Azərbaycan Qran-prisi də ümumilikdə “Formula-1” yarışlarının və respublikamızın idman həyatına əlamətdar hadisə kimi həkk olunacaq.

 

Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!