18 Sentyabr 2026 20:22
276
CƏMİYYƏT
A- A+
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

Macarıstanın Budapeşt şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya, həmçinin Yaxın Şərq və Şimali Afrika üzrə Regional ofislərinin birgə təşkilatçılığı ilə “Aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə inteqrasiya olunmuş siyasət yanaşması” mövzusunda regionlararası siyasət dialoqu keçirilib.

Tədbirdə kənd təsərrüfatı, su ehtiyatları, iqlim dəyişmələri və ətraf mühit üzrə siyasətlərin əlaqələndirilməsi, yaşıl kənd təsərrüfatına keçid və dayanıqlı aqrar-ərzaq sistemlərinin formalaşdırılması məsələləri müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli və Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov tədbirdə iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Aparat rəhbəri Azad Cəfərli çıxışında Azərbaycanda aqrar-ərzaq sistemlərinin inkişafı, yaşıl kənd təsərrüfatına keçid, yaşıl maliyyələşdirmə və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. O, həmçinin aqrar sığorta çərçivəsində yaşıl maliyyələşdirmə imkanlarının tətbiqi məsələlərinə toxunub.

Azad Cəfərli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş əsas istiqamətlər və hədəflər barədə məlumat verib. Bildirilib ki, sənəddə kənd təsərrüfatında məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılması ilə yanaşı, su və torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadə, iqlim dəyişmələrinə davamlılığın gücləndirilməsi, rəqəmsallaşma və innovativ həllərin tətbiqi, eləcə də aqrar sahənin maliyyə imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycanda yaşıl kənd təsərrüfatı yanaşmalarının tətbiqi, təsərrüfatlarda müasir suvarma sistemlərindən və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi barədə də məlumat verilib. Regenerativ kənd təsərrüfatı və təbiətin mühafizəsinə əsaslanan yanaşmaların ölkədə həm ənənəvi təcrübələr, həm də müasir texnologiyalar çərçivəsində tətbiq olunduğu diqqətə çatdırılıb.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının “Ağıllı kənd”, “Yaşıl kənd” və “Yaşıl maliyyələşdirmə” konsepsiyaları, müasir suvarma sistemləri, bərpaolunan enerji və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də kooperativləşmə modeli əsasında inkişaf etdirilməsi barədə məlumat verilib. Tədbirdə Azərbaycanın aqrar sektoru üzrə təqdimat keçirilib.

İkigünlük dialoq çərçivəsində iştirakçılar yaşıl kənd təsərrüfatına keçid, siyasətlərin əlaqələndirilməsi, innovativ həllərin tətbiqi, monitorinq və qiymətləndirmə, maliyyələşmə və regional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində Macarıstanın Kozárd şəhərinə sahə səfəri təşkil olunub. Səfər zamanı iştirakçılar çoxfunksiyalı landşaftların və regenerativ sosial-ekoloji sistemlərin tətbiqi üzrə praktiki nümunələrlə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub

23:53
18 Sentyabr

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

21:57
18 Sentyabr

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

20:49
18 Sentyabr

Qaradağ rayonunda “Əsrin müqaviləsi: milli enerji strategiyasindan güclü iqtisadiyyata və suveren dövlətə” mövzusunda tədbir keçirilib

20:49
18 Sentyabr

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

20:47
18 Sentyabr

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası

20:45
18 Sentyabr

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

20:43
18 Sentyabr

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

20:34
18 Sentyabr

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

20:32
18 Sentyabr

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

20:28
18 Sentyabr

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

20:27
18 Sentyabr

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

20:25
18 Sentyabr

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

20:22
18 Sentyabr

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

20:01
18 Sentyabr

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

19:54
18 Sentyabr

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib1

19:53
18 Sentyabr

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

19:44
18 Sentyabr

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

19:39
18 Sentyabr

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

19:30
18 Sentyabr

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

19:23
18 Sentyabr

PAŞA Bank səhmdarlarına 107 milyon manatdan çox dividend ödəyəcək  

17:54
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!