28 Noyabr 2023 22:27
572
CƏMİYYƏT
A- A+
“Azərbaycan dövlətçilik tarixində görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin xidmətləri” adlı kitabın təqdimatı olub  

“Azərbaycan dövlətçilik tarixində görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin xidmətləri” adlı kitabın təqdimatı olub  

 

Azərbaycan Tibb Universitetində respublikamızda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərbaycan dövlətçilik tarixində görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin xidmətləri” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan videoçarx nümayiş etdirilib.

Universitetin İctimai fənlər kafedrasının tarix elmləri üzrə fəlsəfə doktoru dosent Leyla Talışınskinin yazdığı dərs vəsaiti Azərbaycan dövlətçilik tarixində görkəmli xidmətləri olmuş Əziz Əliyevin ictimai-siyasi və elmi fəaliyyətinə həsr edilib.

Tədbirdə təqdimat zamanı ATU-nun tərbiyə işləri üzrə prorektoru Zülfüqar Musabəyov, İctimai fənlər kafedrasının müdiri professor Qoşqar Əliyev, Daxili xəstəliklər kafedrasının professoru Tamfira Əliyeva, AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov və digərləri çıxış edərək XX əsrin 1920-1930-cu illərində Azərbaycan SSRİ-də Əməkdar həkim, tibb elmləri doktoru Əziz Əliyevin alim kimi həyat yolu və ölkənin səhiyyə təşəkkülündə uğurlu fəaliyyətindən danışıblar.

Kitabın müəllifi Leyla Talışınski AZƏRTAC-a müsahibəsində deyib: “Hazırladığım dərs vəsaiti Azərbaycan dövlətçilik tarixində görkəmli xidmətləri olmuş Əziz Əliyevin ictimai siyasi və elmi fəaliyyətinə həsr edilib. Onun fəaliyyəti haqqında ümumiləşdirilmiş əsərin yazılmasına çox böyük ehtiyac vardı. Bu dərs vəsaitinin yazılmasında müxtəlif mənbələrdən, o cümlədən arxiv sənədlərindən, tarixi materiallardan, bədii mətnlərdən geniş istifadə edilib. Dərs vəsaitinin Azərbaycan dövlətçilik tarixinin öyrənilməsində əhəmiyyətli rolu olacağına inanıram.

Nəşrdə Əziz Əliyevin XX əsrin 1920-1930-cu illərdəki dövlətçilik tarixində və tibb sahəsində uğurları ətraflı araşdırılıb. Həmçinin İkinci Dünya müharibəsi illərində Əziz Əliyevin İrandakı missiyası da təhlil edilib və ətraflı məlumat verilib. Eləcə də 1942-ci ildən sonra Əziz Əliyevin Dağıstan Respublikasına rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi mühüm təşkilatçılıq və yaradıcılıq missiyası barədə məlumat verilib. Bu dərs vəsaitinin Azərbaycan dövlətçilik tarixinin öyrənilməsi ilə maraqlanan tələbələrə, aspirantlara, ümumiyyətlə, geniş oxucu kütləsi üçün dəyərli nəşr olacağına ümidvaram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

23:54
16 Avqust

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

23:23
16 Avqust

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

21:39
16 Avqust

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

20:59
16 Avqust

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

20:13
16 Avqust

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

19:43
16 Avqust

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

18:09
16 Avqust

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

15:29
16 Avqust

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

15:17
16 Avqust

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

14:31
16 Avqust

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

14:27
16 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

13:29
16 Avqust

Həftənin ilk iş günündə hava necə olacaq?

13:07
16 Avqust

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

12:23
16 Avqust

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

11:17
16 Avqust

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

10:59
16 Avqust

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

09:07
16 Avqust

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!