Azərbaycan din sahəsində də nümunəvi ölkəyə çevrilib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024-2025-ci tədris ili üzrə müəssisəyə yüksək intellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli tədbirlərini davam etdirir.
Bu məqsədlə institutun əməkdaşlarının növbəti səfəri Şirvan şəhərinə olub. Şirvan Şəhər İcra Hakimiyyəti və Aİİ-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüş başlanarkən dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, dövlətimizin milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə göstərdiyi xüsusi diqqətdən söz açıb.
Aİİ rektoru, dosent Aqil Şirinov ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çardırıb. Bildirib ki, bu sahədə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi xətti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Rektor vurğulayıb ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib. Rektor ali təhsil müəssisəsi haqqında geniş məlumat verərkən vurğulayıb ki, institutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətləri hökm sürür. Ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılması, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində səylə fəaliyyət göstərilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov dövlət-din siyasətindən, komitənin bu sahədə gördüyü işlərdən bəhs edib.
Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib.
Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
01 May
Jan Kristof Bas: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq qabaqcıl tədbirə çevrilib...
01 May
COP28-in prezidenti İtki və Zərər Fondunun ilk tarixi iclasına sədrlik edib
01 May
Aleksandr Zuyev: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq sülhü təşviq edəcək...
01 May
Mayın 2-də bəzi rayonlarda hava yağıntılı olacaq
01 May
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qə...
01 May
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini sessiyalarla davam etdirir
01 May
Zemfira Meftahətdinova: Atıcılarımızın Dünya Kubokunda uğurlu nəticələr qazanacağına inanıram...
01 May
Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə hey...
01 May
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun aç...
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!