14 May 2024 16:15
769
İDMAN
A- A+
Azərbaycan beynəlxalq təşkilatın yubiley konqresində təmsil olundu - FOTO   

Azərbaycan beynəlxalq təşkilatın yubiley konqresində təmsil olundu - FOTO   

 

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) dünyanın ilk jurnalist təşkilatıdır. 1924-cü il iyulun 2-də Parisdə təsis edilib. Odur ki, 2 iyul hər il Beynəlxalq İdman Jurnalisti Günü kimi bütün ölkələrdə qeyd olunur. 
Bu il yaranmasının 100-cü ildönümünü qeyd edən AİPS-in yubiley konqresinə evsahibliyini İspaniyanın Barselona əyalətinin qədim Kataloniya kurort-şəhəri Santa Susanna etdi. Aralıq dənizi sahilində qərar tutan, əsrarəngiz gözəlliklər məskəni  bu şəhər dünyanın fitnes və bodibildinq paytaxtı kimi də tanınır.
Aprelin 28-dən mayın 2-dək Santa Susannadakı beşulduzlu Atzavara Hotel & Spa məkanında idman jurnalistlərinin beynəlxalq qurumunun 86-cı konqresi maraqlı  məqamlarla yaddaşlara həkk olundu.
Ali forumun keçirildiyi salonda üzərinə 100-dən artıq ölkənin adı yazılmış lövhəciklər arasında, həmişə olduğu kimi, Azərbaycan nümayəndələrinin yeri ön cərgədə idi. 
Konqresdə ölkəmizi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təsisçisi və prezidenti əməkdar jurnalist Eldar İsmayılov, 1-ci vitse prezidenti, beynəlxalq qurumun Avropa bölməsi İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə təmsil edirdilər. Tanınmış idman mütəxxəssisi, bu sahəyə aid çoxsaylı kitabların müəllifi Kazım Əliyevin yaratdığı və uzun illərdən bəri fəaliyyət göstərən “İgid” Güləş Klubu mətbuat xidmətinin rəhbəri Azər Əliyev isə konqresdə ilk dəfə müşahidəçi statusu ilə iştirak edirdi.
Rəsmi açılış mərasimində Santa Susannann valisi Joan Campolier Montsant nümayəndələri salamladı, dünya idman jurnalistlərinin belə bir mötəbər ali forumunun onun 1976-cı ildən bəri – düz 48 il rəhbərlik etdiyi doğma şəhərində baş tutmasından iftixar hissi keçirdiyini bildirdi. 
Məlumat üçün qeyd edək ki, Joan Campolier 2003-cü ildə meriyanın təşkilatçılığı ilə şəhərdə keçirilən ilk Dünya Fitnes və Bodibildinq Çempionatını qeyd edərkən "Santa Susanna, Dünya Fitness və Bodibildinq Paytaxtı" şüarının arxasında yerli hərəkətverici qüvvə olmuşdur. Məhz buna görə o, IFBB və Bodybuilding & Fitness ilə uzunmüddətli əlaqələrinə görə 2019 EBFF Konqresində Avropa Bodibildinq və Fitnes Federasiyası adından Prezident Rafael Santoxa tərəfindən “IFBB Ruhu” mükafatı ilə ilə təltif edilib.
Daha sonra Beynəlxalq Fitnes və Bodibildinq Federasiyasının prezidenti Rafael Santoxa, Beynəlxalq Tələbə İdmanı Federasiyasının (FİSU) prezidenti Leonz Eder, LAUREUS Dünya İdman Mükafatları rəhbəri, idman əfsanəsi Edvin Mozes, FİFA prezidenti Canni İnfantino, AİPS prezidenti Canni Merlo nümayəndəlıəri salamlayaraq  yubiley konqresinin işinə uğurlar arzuladılar.
AİJA mətbuat xidmətinin verdiyi xəbərə görə, 4 gün davam edən konqresdə maraqlı şıxışlar, təqdimetmələr, panel müzakirələr, görüşlərlə yadda qaldı .Konqresin yekun sənədində qeyd edildi ki, 100 illik mövcudluğundan sonra birliyimiz bəzi peşəkar çətinliklərlə üzləşərək yeni əsrə qədəm qoyur. Təsisçilərimiz gələcəyi aydın şəkildə görür, peşəmizin təkamülünə düzgün baxışlar sərgiləyirdilər. Bunun sübutudur ki, indi qabaqcıl texnologiyaların, süni intellektin tətbiqi ilə diktə olunan yeni ehtiyaclara cavab vermək bizim üzərimizdədir. Süni İntellektin düzgün istifadə edilməməsi bizə çox ciddi ziyan vura bilər və paradoks odur ki, onlar bizim jurnalist məzmunumuzdan, illərlə işlədiyimizdən icazəmizi istəmədən istifadə edirlər. Biz beynəlxalq təşkilatların tətbiq etdiyi və ya dərindən öyrəndiyi bütün qaydaları alqışlayırıq, eyni zamanda texnologiyanın UNESCO-ya uyğun olaraq sağlam və vacib peşənin əsaslarını məhv etməmək üçün tərəqqiyə kömək etməli olduğuna inananlara reaksiya verməli və onlarla əməkdaşlıq etməliyik.  
Konqres çərçivəsində AIPS qitə birliklərinin illik toplantıları da diqqət çəkdi. İdman Mətbuatı üzrə Avropa İttifaqı AIPS EUROPE Baş Assambleyasında təşkilatın İcraiyyə Komitəsinin üzvü, Kembric Universitetinin təhsildə peşəkar inkişaf kvalifikasıiaları üzrə  proqram rəhbəri, AIPS EUROPE-nin cocial platformalarda hesablarına məsul Nərgiz Mahmudzadənin illik hesabatı alqışlarla qarşılandı.
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!