09 Noyabr 2025 08:40
2353
Mədəniyyət
A- A+
Azərbaycan bayrağının əbədiyyət nəğməsi

Azərbaycan bayrağının əbədiyyət nəğməsi


Bu gün müstəqil, suveren Azərbaycanın göylərinə ucalan üçrəngli, ay-ulduzlu bayrağımızı görmək qürur və səadətdir. Neçə-neçə azərbaycanlını ölkəmizə uzanan xain əllər, işğalçı xislətlilər bu xoşbəxtlikdən məhrum etdi. Ancaq heç bir qüvvə bu xalqın ölkəsinin azad, işıqlı sabahına, dövlətinin rəmzi olan bayrağının başı üzərində asudə dalğalanacağına ümidini, inamını qıra bilmədi...


İlk qərar, ilk təntənə


Bu şanlı bayraq möhtəşəm bir tarixin şahididir...

1918-ci il mayın 28-də Azərbaycan xalqının ən böyük arzusu gerçək oldu. Müsəlman Şərqində ilk müstəqil, demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycanda dövlətçilik ənənələrinin bərpası reallaşanda əsas dövlət atributlarından, simvollarından olan bayrağın hazırlanması mühüm məsələlərdən biri oldu. 1918-ci il iyunun 21-də cümhuriyyət hökuməti bayraq haqqında ilk qərarını verdi. Həmin qərara əsasən qəbul olundu: "Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin".

Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında təsdiqləndi. Həmin ilin dekabr ayının 7-də Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı zamanı binanın üzərində dalğalandı. 

Qəlbləri fərəhlə, sevinclə, qürurla dolduran bu bayrağa elə həmin günlərdə şeirlər həsr olundu. Cəfər Cabbarlı "Sevdiyim" dediyi Azərbaycan bayrağını belə vəsf etdi: 


Altun köksün hilal-yıldız, işıqları öpüncə,

Zirvəsindən Şah dağının gündoğuşu dinilür.

Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,

Bir siyaqla könüllərə hey salamlar söylüyür.

O yerlərdə qardaşları, dostları var, pək sevir,

Yaşıldonlu, mavigözlü, alyanaqlı sevdiyim.


Yetmiş ilin həsrəti... haqqın qələbəsi...


Təəssüf ki, o zaman Azərbaycan xalqının sevinci uzun sürmədi. 1920-ci il aprelin 27-də ölkəmiz bolşeviklərin işğalına məruz qaldı. İşğalçılar Azərbaycan Parlament binasının üzərindəki bayrağı endirdilər. Azadlığımızın, müstəqilliyimizin rəmzi olan müqəddəs bayrağımızın yerinə öz bayraqlarını asdılar.

Üçrəngli bayrağımızın həsrəti, nisgili şair Əhməd Cavada bu misraları yazdırdı:


Çoxdandır ayrı düşdüm

Üç boyalı bayraqdan.

A dostlar, mən yoruldum,

Bu gizli ağlamaqdan.


Şair Ümmügülsüm Sadıqzadə 1920-ci ildə müqəddəs bayrağımızın işğalçıların əlləri ilə endirilməsinə belə yas tutdu:


Sən, Bayrağım! Yüksek şanlarınla enərkən,

Mavi göyə bir duman gəldiyini gördüm bən.

Qoynundakı ağ nurlu ay-ulduzum sönərkən,

Üzərimə doğacaq günəşlərdən bezdim bən.


Azərbaycan uzun illər sovet imperiyasının işğalında qaldı. Azərbaycan xalqı dövlət müstəqilliyinin rəmzi üçrəngli, ay-ulduzlu bayrağına həsrət qaldı. Ancaq sonunda yenə haqq, ədalət qalib gəldi. 1980-ci illərin sonlarında meydan hərəkatında üçrəngli, ay-ulduzlu bayrağımız yenidən qaldırıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Qanun qəbul etdi.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, eləcə də dövlət bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.

2009-cu il noyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla 9 Noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.


Üçrəngli bayrağınla məsud yaşa


Azərbaycan XX əsrin sonlarında müstəmləkə altında qalmaqdan qurtuldu. Üç rəngli bayrağı yenidən ucaldıldı. Ancaq bu böyük ümumxalq sevincini arzumuz, istəyimizcə yaşaya bilmədik. Çünki Azərbaycanın müstəqillik tələbləri can üstə olan sovet hökumətini hiddlətləndirdi. SSRİ (Sovet Sosialist Respublikalar İttifaqı) rəhbərliyi 1990-cı ildə respublikamıza qoşun hissələrini yeridərək 20 Yanvar faciəsini törətsə də, Qarabağ bölgəsində onsuz da xislətində qəsbkarlıq, vandallıq olan ermənilərə hər cür yardım göstərərək münaqişəyə rəvac versə də, Azərbaycan xalqı müstəqillik yolundan çəkilmədi.

Ermənistan hökuməti o zaman yaranmış siyasi vəziyyətdən istifadə edərək quldurlarının əlləri ilə Qərbi Azərbaycanda, öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımızın qovulmasına nail oldu. Bununla yanaşı, yenidən Azərbaycandan ərazi qoparmaq planını da dəhşətli cinayətlər, soyqırımları, qətliamlar törədərək reallaşdırdı. Ərazilərimizin iyirmi faizini işğalçı Ermənistan zəbt etdi və otuz ilə yaxın işğal altında saxladı. Bu barədə Qarabağın və Şərqi Zəngəzurun torpaqları əzəli, əsl sakinlərinə, səması isə üç rəngli, ay-ulduzlu bayrağına həsrət qaldı. 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə başlayan Vətən müharibəsi noyabrın 8-də müzəffər Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı. 44 gün davam edən müharibədə qəhrəman əsgər və zabitlərimizin şiddətli döyüşlərdə yağılardan geri aldıqları, azad olunmuş ərazilərimizdə bayrağımızı ucaltdılar.

Təəssüf ki, Vətən müharibəsindən sonra da Ermənistan üçtərəfli Bəyanatla öhdəsinə götürdüyü vəzifələrini yerinə yetirmədi. Silahlı qüvvələrinin hissələrini Qarabağdan geri çəkmədi, terror və təxribatlar törətməkdə, separatçılara dəstək verməkdə, istiqamətləndirməkdə davam etdi.

2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun apardığı lokal xarakterli antiterror əməliyyatı ədalətin tamamilə bərqərar edilməsi, ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələndi.

Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində lokal antiterror tədbirlərinin başlandığı anlardan hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstərərək qısa müddət ərzində bütün istiqamətlərdə əhəmiyyətli dərəcədə uğurlara nail olduqlarını bəyan etdi.

2023-cü il oktyabrın 15-i Azərbaycan xalqı üçün daha bir tarixi gün oldu. Azərbaycan Respublikasının Dövlət Bayrağını Xankəndi şəhərində ucaldan Pezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etdi: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Bu gün dövlət müstəqilliyimizin, suverenliyimizin rəmzi olan bayrağımız respublikamızın digər əraziləri kimi, Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Ağdərədə, Xankəndidə də ucalır...

Müqəddəs bayrağımız sanki Vətən göylərində dalğalandıqca Azərbaycanımıza: "Üçrəngli bayrağınla məsud yaşa", - deyir.. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!