20 Noyabr 2025 20:36
537
İQTİSADİYYAT
A- A+
AZAL beynəlxalq təhlükəsizlikdə mövqeyini gücləndirir: Yeni nəsil “Leonardo” radar sistemləri və FSF ilə strateji tərəfdaşlıq  

AZAL beynəlxalq təhlükəsizlikdə mövqeyini gücləndirir: Yeni nəsil “Leonardo” radar sistemləri və FSF ilə strateji tərəfdaşlıq  


“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC “Dubai Airshow 2025” çərçivəsində uçuşların təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara sadiqliyini təsdiqləyərək həm texnoloji modernizasiya, həm də qlobal təhlükəsizlik baxımından növbəti mərhələyə keçid edib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, AZAL İtaliyanın müdafiə və aerokosmik sənayesinin aparıcı istehsalçısı “Leonardo” ilə yeni nəsil meteoroloji radar sistemlərinin alınması və inteqrasiyası üzrə müqavilə imzalayıb.

2006-cı ildən etibarən iki şirkət arasında tərəfdaşlıq mühəndislik, təchizat və aviasiya layihələri üzrə ardıcıl uğurlarla genişlənərək Azərbaycanın aviasiya infrastrukturunun Avropa texnologiyaları əsasında modernizasiyasına möhkəm baza formalaşdırıb.

Yeni nəsil METEOR 735 C-Band radar sistemi:

-Dolu, leysan, turbulentlik və külək kəsimləri kimi ekstremal hava hadisələrini real vaxtda yüksək dəqiqliklə aşkar edir;

- 200 kilometrlik müşahidə diapazonu, maqnetron tipli ötürücü və yüksək rezolyusiyalı “3D/WEB” vizuallaşdırma platforması atmosfer proseslərinin dəqiq təhlilini təmin edir;

- Dopler və dual-polarizasiya texnologiyaları sayəsində operativ qərarverməni gücləndirir.

Bu radar sistemləri hava limanlarında enmə və qalxma əməliyyatlarının fasiləsiz monitorinqinə, dəyişən hava proseslərinin əvvəlcədən modelləşdirilməsinə və təhlükəli atmosfer hadisələrinin vaxtında aşkarlanmasına imkan yaradaraq uçuşların təhlükəsizliyi və davamlılığını əhəmiyyətli dərəcədə artıracaq.

Texnoloji modernizasiya ilə yanaşı, AZAL qlobal uçuşların təhlükəsizliyi üzrə ən nüfuzlu qurumlardan biri olan Uçuş Təhlükəsizliyi Fondunun (Flight Safety Foundation – FSF) strateji tərəfdaşları sırasına qoşularaq Fondun ən yüksək üzvlük səviyyələrindən biri olan “Benefactor Member” statusunu əldə edib.

FSF-in proqramlarında tamhüquqlu iştirak AZAL üçün:

-Bilik və təcrübə mübadiləsi;

-Risklərin analizi və qabaqcıl sənaye həllərinin tətbiqi;

-Uçuş təhlükəsizliyinin idarəetmə sistemlərinin inkişafı;

-Təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi;

-Aviasiya sənayesinin regionda və beynəlxalq miqyasda səmərəliliyin artırılmasına xidmət edən strateji imkanlar yaradır.

“Benefactor Member” statusu Fondun əsas təşəbbüslərini dəstəkləyən və qlobal aviasiya təhlükəsizliyi standartlarının formalaşdırılmasına töhfə verən aparıcı təşkilatlara təqdim olunur. Bu statusa malik qurumlar beynəlxalq aviasiya sektorunun aparıcı aviaşirkətləri, istehsalçıları və sənaye innovatorları arasında xüsusi yer tutur.

Bu təşəbbüslər “Azərbaycan Hava Yolları” QSC-nin uçuşların təhlükəsizliyinə dair qlobal öhdəliklərini yeni səviyyəyə daşıyır və ölkəmizin hava nəqliyyatı sisteminin gələcəyə yönəlmiş modernizasiyasını sürətləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!