17 Avqust 2026 19:40
1264
SİYASƏT
A- A+
Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir


Keçən il avqustun 8-də imzalanmış Vaşinqton Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılması və TRIPP çərçivəsinin formalaşdırılması ayrıca təsbit olunub. 2026-cı ildə açıqlanan icra mexanizmləri layihənin multimodal xarakter daşımasını, rəqəmsal gömrük, risk əsaslı nəzarət, “bir pəncərə” və əvvəlcədən rəsmiləşdirmə kimi müasir alətlərdən istifadəni nəzərdə tutur.

Bunu AZƏRTAC -a açıqlamasında Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar deyib.

O bildirib ki, XXI əsrin nəqliyyat dəhlizlərində səmərəliliyi yalnız yolların uzunluğu və ya texniki imkanlar müəyyən etmir: “Bəzən yükün sərhəddə keçirdiyi bir neçə dəqiqə asfaltın əlavə kilometrlərindən daha böyük əhəmiyyət daşıyır. Buna görə rəqəmsal gömrük, əvvəlcədən rəsmiləşdirmə və risk əsaslı nəzarət kimi mexanizmlər TRIPP-in gələcək səmərəliliyi baxımından çox vacibdir. TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir. Layihəni Bakı–Tbilisi–Qars marşrutunu əvəz edən alternativ kimi deyil, mövcud sistemə əlavə bağlantı yaradan və bütövlükdə Orta Dəhlizin dayanıqlığını artıran arteriya kimi qiymətləndirmək lazımdır. Logistikada alternativ marşrut sadəcə ehtiyat yol deyil. O, həm də iqtisadi təhlükəsizlik sığortasıdır. Hər hansı istiqamətdə siyasi, texniki, iqlim və ya limanla bağlı problem yarandıqda yük axınını başqa marşruta yönəltmək imkanı bütün nəqliyyat sisteminin kommersiya dəyərini artırır. Dünya Bankının hesablamalarına əsasən, zəruri investisiya, koordinasiya və rəqəmsallaşma təmin olunarsa, Orta Dəhliz üzrə yük axınları 2030-cu ilədək üç dəfə arta, daşınma müddəti isə təxminən yarıya enə bilər. Bunun üçün dəmir yollarının, limanların və intermodal terminalların modernləşdirilməsi, logistikanın koordinasiyası və rəqəmsal həllərin tətbiqi mühüm şərtlərdir”.

A.Attarın sözlərinə görə, bu prosesdə Naxçıvanın rolu xüsusi diqqət tələb edir. Uzun illər Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı vəziyyətdə olan Naxçıvanın yeni bağlantı ilə bu imkanı iqtisadi üstünlüyə çevirmək şansı yaranır. “Əsas sual Naxçıvanın tranzitdən nə qədər gəlir əldə edəcəyi deyil. Əsas məsələ tranzitdən necə istehsal və əlavə dəyər yaratmaqdır. Əgər qatar və yük avtomobili Naxçıvandan sadəcə keçib gedirsə, iqtisadi effekt məhdud qalacaq. Amma yük burada çeşidlənir, qablaşdırılır, emal olunur, saxlanılır, sığortalanır, maliyyələşdirilir, sertifikatlaşdırılır və yenidən ixrac edilirsə, artıq nəqliyyat xətti dəyər zəncirinin bir hissəsinə çevrilir. “Regionun Dubayı” ifadəsinin iqtisadi məntiqi də məhz bu yanaşmada özünü göstərir. Naxçıvan üçün də hədəf keçid məntəqəsi modelindən dəyər yaradan qovşaq modelinə keçid olmalıdır. Tranzit yol haqqı gətirir, logistika mərkəzi xidmət gəlirləri yaradır, istehsal-logistika mərkəzi isə kapital, texnologiya, ixrac və yeni iş yerləri gətirir. Bunlar arasında ciddi keyfiyyət fərqi var. Bu istiqamətdə Naxçıvanın 2023–2027-ci illər üzrə Dövlət Proqramında investisiyaların cəlbi, ixracyönümlü dəyər zəncirlərinin yaradılması və dayanıqlı məşğulluğun təmin edilməsi kimi prioritetlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Naxçıvan Sənaye Parkının yaradılması da istehsal və xidmət klasterlərinin formalaşdırılması üçün yeni imkanlar açır. Bu baxımdan Naxçıvanda bir neçə istiqamətdə klasterlərin yaradılması perspektivlidir. Aqrar-sənaye və qida emalı, yüngül sənaye, tikinti materialları, qablaşdırma və komponent istehsalı, logistika xidmətləri, nəqliyyat avadanlıqlarının texniki xidməti və enerji sahəsi bir-birini tamamlayan iqtisadi ekosistem yarada bilər”, – deyə A.Attar söyləyib.

O, xüsusilə aqrar-sənaye və qida emalı sahəsinin Naxçıvan üçün böyük imkanlar yaratdığını qeyd edib. Meyvə-tərəvəz, konserv və içki məhsullarının istehsalı, orqanik məhsullar, soyuducu anbarlar və qablaşdırma imkanlarının Türkiyə bazarına çıxışla birləşdirilməsi Naxçıvanın xammal satıcısından hazır məhsul ixracatçısına çevrilməsinə şərait yarada bilər.

A.Attarın fikirlərinə əsasən, Naxçıvanın gələcək iqtisadi modelinin əsasını Günəş enerjisindən istifadə, istehsal və ixracı birləşdirən enerji-sənaye platforması təşkil edir. Bölgə Mərkəzi Asiya, Türkiyə və Avropa arasında mühüm nəqliyyat və loqistika qapısı rolunu oynayaraq yeni dəyər zəncirlərinin yaradılmasına imkan verir. Müasir rəqəmsal texnologiyalar və vahid ekosistem investorlar üçün Naxçıvanı çoxistiqamətli, cəlbedici bir iqtisadi platformaya çevirir. Yüklərin yalnız tranzitindən deyil, onların ətrafında istehsal, xidmət və məşğulluq imkanlarının yaradılmasından faydalanmaq əsas hədəfdir. Nəticədə, bu strateji addımlar Naxçıvanı Avrasiyanın mühüm ticarət, loqistika və enerji qovşağına çevirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!