21 Oktyabr 2025 08:25
469
İQTİSADİYYAT
A- A+
Avropaya yeni mənbədən və yeni marşrutla qaz axını

Avropaya yeni mənbədən və yeni marşrutla qaz axını


TAP-ın tikintisi 5 il əvvəl - Vətən müharibəsi davam etdiyi günlərdə yekunlaşdı


2020-ci ilin oktyabr ayında, Vətən müharibəsinin davam etdiyi, bir-birinin ardınca düşməndən azad olunan şəhər və kəndlərimizin zəfər soraqlarını eşitdiyimiz günlərdə daha bir qələbəmizin müjdəsini aldıq. Bu, Azərbaycanın neft-qaz tarixində qazanılan, qlobal layihələr salnaməsinə yazılan bir qələbə idi. Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisi sona çatmışdı.

TAP Azərbaycan qazını Xəzərin sahilindən İtaliya torpağınadək nəql edən  3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi, sonuncu seqmentidir. Başqa sözlə, bu kəmər Avropaya yeni mənbədən və yeni marşrutla qaz axınını təmin edir. TAP Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Xatırladaq ki,  "Cənub qaz dəhlizi" üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya bu dəhliz  vasitəsilə daşınır.

Trans-Adriatik Qaz Boru Kəməri "Şahdəniz-2" qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Belə ki, TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər həmin ölkənin  istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşir.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki  şəhərində qoyulmuşdu. Həmin vaxtdan da kəmərin tikinti işlərinə başlanmışdı. Kəmərin çəkilişi inşaatçılardan böyük səriştə və məsuliyyət tələb edirdi. Çünki xəttin keçdiyi yol fərqli coğrafi şəraitdə yerləşir. Marşrut boyu kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdədir. Ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə çatan zirvələrdən keçir.

TAP-ın bir sıra yerüstü obyektləri, məsələn, ölçmə və kompressor stansiyaları da var. Tikinti işlərinin çətinliyi həm də onunla bağlı idi ki, digər kəmərlərdən fərqli olaraq, TAP-ın bir hissəsi suyun altı ilə uzanır. Xəttin diametri əsasən 48 düymdür, yalnız dənizdən keçən hissəsində 37 düymlük borular düzülüb.

Kəmərin inşaatçıları öhdələrinə düşən  vəzifəni müvəffəqiyyətlə yerinə yetirərək tikinti işlərini dörd ilə başa çatdırdılar. Bir neçə  ay bundan sonra - 2020-ci ilin son günündə  isə kəmər fəaliyyətə başladı. Elə  həmin vaxtdan da fasiləsiz və  təhlükəsiz olaraq  işləyir. TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləridir.

Məlum olduğu kimi, yeni çağırışlar qarşısında Avropanın qaza tələbatı getdikcə artır. Odur ki, Azərbaycandan mavi yanacaq idxal etmək istəyən ölkələrin də sayı çoxalır. Yeri gəlmişkən: bu gün Azərbaycan 14 ölkəyə qaz ixrac edir. Bunlardan 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür.  

Azərbaycandan qaz almaq üçün yeni müraciətlər də var. İxrac coğrafiyasının genişləndirilməsi üçün isə ən vacib şərtlərdən biri  müvafiq infrastrukturun olmasıdır. Yəni indi TAP-ın genişləndirilməsi məsələsi gündəmə gəlib. Bu baxımdan 2022-ci il oktyabrın 1-də Sofiya şəhərində Azərbaycan təbii qazını Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılışı mühüm addım oldu. Belə ki, IGB-nin reallaşması TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, "Cənub qaz dəhlizi"nin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirilir. 2023-cü il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması da göstərdi ki, nəzərdə tutulan işlər uğurla reallaşır. 

Bir sözlə, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq nəzərdə tutulur. Bu məsələ 2022-ci il iyulun 18-də imzalanmış Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda da öz əksini tapıb. İndi həmin hədəfə doğru uğurlu addımlar atılır. 

Bu il oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında  Prezident İlham Əliyev demişdir: "Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir".

Deyilənlərə onu da əlavə edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbii qaz hasil olunub. Energetika Nazirliyinin bu məlumatında bildirilir ki, qazın 10,2 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun, 20,9 milyard kubmetri "Şahdəniz"in, 1,2 milyard kubmetri "Abşeron" yatağının, 5,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

9 ay ərzində xaricə qaz ixracı 18,3 milyard kubmetr təşkil edib. Bunun 7,3 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını Gürcüstana, 9,4 milyard kubmetri Avropaya ixrac  olunub.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!