Asiya ölkələri isə aclıq təhlükəsi ilə üz-üzə qalıb
Avrozonada inflyasiya illik hesablamada 8,1 faizlə yeni rekord həddə çatıb. Avropa Statistika İdarəsinin (Eurostat) son məlumatına görə, bu, 1999-cu ildə vahid Avropa valyutası olan avronun dövriyyəyə buraxılmasından bəri ən yüksək göstəricidir. Bundan əvvəl iqtisadçılar Avropada inflyasiyanın ən yüksək səviyyəsini 7,7 faiz həddində qiymətləndirmişdilər.
Bununla da Avropada inflyasiya tavanını 2 faiz müəyyən edən Avropa Mərkəzi Bankının (AMB) bütün hədəflərinin üstündən xətt çəkilib.
Ən pis vəziyyət hələ qarşıdadır
Belə kəskin sıçrayışın əsas səbəbləri arasında Ukraynadakı münaqişə və COVID-19 epidemiyasının növbəti dəfə alovlanması ilə bağlı Çindəki sərt karantin tədbirləri var. İnflyasiyanın əsas hərəkətverici qüvvəsi enerji daşıyıcılarının qiymətlərindəki artım olub ki, bu da illik hesablamada, demək olar ki, 40 faizə çatıb. İkinci amil isə ərzaq məhsullarının bahalaşmasıdır.
Avropa mətbuatı son aylar Almaniyada ərzaq qiymətlərinin kəskin artdığını bildirir. Qeyd edilir ki, bu il supermarketlərdə qiymətlər əlavə olaraq ən azı 10 faiz və yəqin ki, daha çox artacaq. Bir nəfər üçün hesablandıqda, bu, ildə 250 avro təşkil edəcək.
Nüfuzlu "Die Zeit" qəzetinin yazdığına görə, ərzaq məhsulları 16,6 faiz, o cümlədən yağlar və piylər 53 faiz, un 28 faiz, makaron məhsulları 19 faiz bahalaşıb. Ukraynada baş verən hadisələr ərzaq məhsullarının bahalaşmasının əsas, lakin yeganə səbəbi deyil, lakin bu, artıq COVID-19 epidemiyası ilə zəifləmiş Avropa iqtisadiyyatının üzərinə əlavə yük olub.
Almaniyanın İFO İqtisad İnstitutunun araşdırması göstərir ki, ölkənin hər on pərakəndə və topdansatış müəssisəsindən doqquzu xammal və enerjinin qiymətinin artması səbəbindən ərzaq qiymətlərində kəskin artım planlaşdırır. Analitiklərin fikrincə, ən pis vəziyyət hələ qarşıdadır.
Ekspertlər deyirlər ki, Almaniyanı ikirəqəmli inflyasiya gözləyə bilər. Bu ölkədə işləyənlərin üçdə biri yüksək xərclərə görə onsuz da dolana bilmirlər. İlk növbədə, bu, ayda iki min avrodan aşağı əməkhaqqı olan işçilərə aiddir. Almaniyada inflyasiya rəsmi olaraq 8,1 faiz hesablansa da, almanların özləri istehlak səbətinə əsaslanaraq real inflyasiyanı 14 faiz qiymətləndirir və tezliklə bunun 20 faizə çatacağını gözləyirlər.
Britaniya hökuməti üçün əsas çağırış "qida yoxsulluğu" ilə bağlıdır
Ərzaq qiymətləri Böyük Britaniyada nəzərəçarpacaq dərəcədə artıb. Buna səbəb eyni anda üç amildir - Ukraynadakı münaqişə, Breksit və COVID-19 epidemiyası...
Milli Statistika Bürosunun (ONS) məlumatına görə, aprel ayında Britaniyada inflyasiya 9 faizə çatıb ki, bu da Avropada ən yüksək göstəricidir. Makaron məmulatlarının qiyməti 14,9 faiz, ətin qiyməti 14 faiz, süd və yumurtanın qiyməti təxminən 10 faiz, kərə yağının qiyməti 12,5 faiz artıb.
Yanacağın, gübrənin və yemin qiymətləri də kəskin bahalaşıb. Britaniya supermarketlərinin rəflərində günəbaxan yağı defisitə çevrilib. Bu yağ əsasən Ukrayna və Rusiyadan tədarük edilirdi.
Ərzaq qiymətlərinin artması bütün mümkün vasitələrlə sosial sabitliyi qorumağa çalışan Boris Conson hökuməti üçün əsas çağırışa çevrilib. İngiltərə Bankı hazırkı ərzaq qiymətlərini "apokaliptik" adlandırıb. Böyük Britaniyada adlandırılan "qida yoxsulluğu" ilin əvvəlindən 57 faiz artaraq 7,3 milyon böyük yaşlı insanları, 2,6 milyon uşağı əhatə edib.
Asiyada da vəziyyət ürəkaçan deyil
Ərzaq böhranı təkcə Avropaya deyil, dünyanın bir çox ölkələrinə təsir edən zəncirvari reaksiyaya səbəb olub. Yaponiyanın "Nikkei Asia" qəzeti qeyd edir ki, Asiya ölkələri də aclıq təhlükəsi ilə üz-üzə qalıb və onların ərzaq təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlərin görülməsi zərurəti yaranıb.
Dünyanın ən böyük buğda istehsalçılarından biri olan Hindistan ölkəni bürüyən quraqlıq səbəbilə taxıl ixracına qadağa qoyub. Nəticədə Avropa bazarlarında buğdanın qiyməti bir ton üçün 435 avroya qalxıb. Hindistan rəsmiləri deyirlər ki, artan enerji qiymətləri, gübrə və yem çatışmazlığı inkişaf etməkdə olan ölkələrin ərzaq təhlükəsizliyini sarsıdır.
Ukrayna elevatorlarında yığılan taxılın ixracının mümkünsüzlüyü səbəbindən ərzaq bazarlarında yaranan təşviş də artıb. Qəzet xatırladır ki, dünyada əsas buğda ixracatçılarından biri hesab edilən Ukrayna 2021-ci ildə 400 milyona qədər insanı taxılla təmin edib. Əsas ixrac Odessa və Mariupol limanları vasitəsilə həyata keçirilirdi ki, hazırda bu məntəqələr bağlanıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib
Kamran Əliyev: Pirallahı Rayon Prokurorluğu həm vətəndaş məmnunluğunu, həm də prokurorluq fəaliyyətinin səmərəliliyini artıracaq
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlarda 158 şübhəli saxlanılıb
Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Mövlud Çavuşoğluya
İşğaldan azad edilmiş ərazilərimizin dirçəlişi ümummilli məqsədimiz və vəzifəmizdir
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
Birinci Qarabağ müharibəsinin itkin düşən şəhidi Mübariz Hüseynov Suraxanıda dəfn olunub
“Prezident Kuboku-2025”: Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək
Türkiyə hökuməti Azərbaycanla qaz Sazişini təsdiq edib
İtaliyada kanat yolunda qəza nəticəsində ölənlər var
Xüsusi nümayəndə: Azad olunmuş ərazilərdəki dəyişikliklər sadəcə inşaat fəaliyyəti deyil - bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır
Müdafiə Nazirliyi: Qazaxıstanlı nümayəndə heyəti Komando və XTQ hərbi hissələrində olublar
Polşa nüvə silahına sahib olmaq istəyir
FHN: Yağışlarla əlaqədar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir
Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar
Hikmət Hacıyev: Müharibə cinayətləri törətməkdə təqsirləndirilən şəxslər şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar
Ötən il Vəkillər Kollegiyası 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib
Ukraynanın Xarkov, Sumı və Dnepr şəhərlərinə hava zərbələri endirilib, ölənlər var
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri ilə bağlı paylaşım edib
DİN: Ötən gün 7,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!