27 Oktyabr 2025 17:34
2892
COP29
A- A+
Avropa Parlamenti “COP29 Bakı Çağırışını” qlobal iqlim, sülh və təhlükəsizlik gündəliyinin əlamətdar hadisəsi kimi qiymətləndirib  

Avropa Parlamenti “COP29 Bakı Çağırışını” qlobal iqlim, sülh və təhlükəsizlik gündəliyinin əlamətdar hadisəsi kimi qiymətləndirib  


Avropa Parlamenti ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul olunmuş Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışını (Bakı Çağırışı) iqlim fəaliyyəti, sülh və təhlükəsizlik sahəsində qlobal gündəliyin irəliləməsində mühüm mərhələ olduğu qənaətindədir.

AZƏRTAC xəbər verir ki, Braziliyanın Belem şəhərində keçiriləcək COP30 konfransı ilə bağlı Parlamentin qəbul etdiyi xüsusi qətnamədə (https://www.europarl.europa.eu/doceo/document/TA-10-2025-0254_EN.html) “iqlim, sülh və təhlükəsizlik gündəliyinə artan diqqət COP konfranslarında öz əksini tapmış, xüsusilə COP29 zamanı ‘Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı’nın qəbul olunması ilə aydın şəkildə nümayiş olunmuşdur” deyə qeyd edilir.

Avropa Parlamentinin bu dəyərləndirməsi Bakı Çağırışının iqlim dəyişikliyi, münaqişələrin qarşısının alınması, humanitar yardım, sülh və münaqişədən sonrakı bərpa prosesləri arasındakı qarşılıqlı əlaqələrin həlli istiqamətində qlobal səyləri birləşdirən mühüm beynəlxalq təşəbbüs kimi artan əhəmiyyətini bir daha təsdiq edir.

Eyni zamanda, bu qiymətləndirmə qlobal iqlim diplomatiyasında Azərbaycanın lider mövqeyinin və beynəlxalq iqlim fəaliyyətində sülhə və dayanıqlı inkişafa verdiyi mühüm töhfənin bariz göstəricisidir.

COP29 çərçivəsində ölkəmizin təşəbbüsü ilə təqdim edilmiş Bakı Çağırışı dünyanın 50-dən artıq dövlətini və beynəlxalq təşkilatını, iqlim və inkişaf maliyyəsi üzrə təsisatlarını, həmçinin 300-dən artıq vətəndaş cəmiyyəti institutlarını və elmi qurumları bir araya gətirərək, xüsusilə ən az inkişaf etmiş və kiçik ada dövlətlərində dayanıqlılığın, sülhün və iqlim ədalətinin təşviqi məqsədilə birgə öhdəlikləri ehtiva edir.

Bununla yanaşı ölkəmizin COP29-a Sədrliyi dövründə BMT-nin Baş Assambleyası kimi mötəbər platformalarda keçirtdiyi yüksək səviyyəli tədbirlər, Bakı Çağırışına əsasən təsis edilmiş Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin iqlim fəaliyyəti və sülh sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin iqlim dəyişikliyi və münaqişələrin təsirinə məruz qalan ölkələrin dəstəklənməsi sahəsində istiqamətverici çərçivə mexanizmi olduğuna dəlalət edir.

Ölkəmizin bu ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP30 iştirakı çərçivəsində, Bakı Mərkəzi tərəfindən İllik Yüksəksəviyyəli Dialoq təşkil ediləcək. İqlim diplomatiyasının lider ölkələrinin dövlət rəsmiləri, beynəlxalq təşkilatların və ekspert mərkəzlərinin nümayəndələrini bir araya gətirərək tədbirdə Bakı Çağırışının qoyduğu hədəflərdən irəli gələn konkret fəaliyyətlərə start verilməsi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!