31 Oktyabr 2025 00:36
600
Mədəniyyət
A- A+
“Art Weekend” çərçivəsində daha bir sərgi - “Əcdadlar”  

“Art Weekend” çərçivəsində daha bir sərgi - “Əcdadlar”  

Oktyabrın 30-da İçərişəhərdəki “Q Gallery”də “Əcdadlar” sərgisi açılıb. Sərgi Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtda keçirilən “Art Weekend”ə daxil edilən ekspozisiyalardandır.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva sərgi ilə tanış olublar.

Burada Azərbaycan sənətinin müasir nümayəndələri – Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulov öz yaradıcılıqları vasitəsilə keçmişin izlərini bu günə gətirərək, ziyarətçilərə milli ruhun dərin qatlarını yenidən hiss etdirməyə çalışır.

AZƏRTAC-a müsahibəsində rəssam Rəşad Ələkbərov həmkarlarının fərqli üslubda işlədiklərini bildirib. Öz əsərlərində daha çox kölgə effektindən istifadə etdiyini qeyd edən fırça ustası həmkarları ilə birgə sərgi təşkil etmək fikrinə gəldiklərini deyib: “15 il əvvəl birgə layihəmiz olub. Lakin zaman keçib, biz dəyişmişik, düşüncələrimiz dəyişib. Qərara gəldik ki, indiki sərginin mövzusu əcdadlarımız haqqında olsun. Düşündük ki, insanlar üçün köklərimiz, əcdadlarımız barədə fərqli bilgi almaq maraqlı olar”. Sərgidə üç əsərinin nümayiş olunduğunu bildirən Rəşad Ələkbərov hər birinin atalar sözündən ilhamlanaraq ərsəyə gəldiyini, rəsmlərdə onlara olan baxış bucağının əks olunduğunu diqqətə çatdırıb.

AZƏRTAC-la həmsöhbət olan rəssam Fərid Rəsulov əsərlərində yağlı və sulu boyalardan istifadə etdiyini bildirib. İşlərində əcdadlarımızın kultu olan qoyun haqqında danışan rəssam bütün dövrlərdə bu heyvanların bizim yaşam tərzimizin bir hissəsi olduğunu qeyd edib. “Köçəri olan, dağlarda yaşayan vaxtlarda bizim əcdadlarımız hər zaman qoyunçuluqla məşğul olublar. Ona görə bizim üçün qoyun bir növ totemdir. Qoyunlar bir çox mədəni abidələrimizdə də təsvir olunub”, - deyə o əlavə edib.

Qoruyub saxladığımız hər bir adət, ötürdüyümüz hər bir hekayə, hətta üz cizgilərimizdə əks olunan xüsusiyyətlər bizdən əvvəl yaşamış, xəyal qurmuş və yaratmış saysız-hesabsız nəsillərin mirasıdır. Evimiz adlandırdığımız torpaq həm həyatın beşiyi, həm də bizi biz edənlərin izlərini səssizcə qoruyub saxlayan bir məkandır. Güclü və fərqli bədii ifadələr vasitəsilə “Əcdadlar” ziyarətçiləri yaddaş, ənənə və mədəni irs qatlarından keçən düşüncəyə dəvət edir. Bu sərgi bizi bu davamlı silsilə içindəki yerimiz barədə düşünməyə, həmçinin bir gün bizim də gələcək nəsillərin formalaşmasında zəncirin bir halqasına çevriləcəyimizi xatırlamağa çağırır.

Faiq Əhməd “Əcdadlar” sərgisində təqdim etdiyi əsərləri daha çox minimal formada işləyib. Sənətçinin yaratdığı insan portretləri zahirən sadə olsa da, tamaşaçını öz daxili hisslərini görməyə vadar edir.

Rəşad Ələkbərov sərgidə “Atalar sözləri” konsepti üzərində işləyir. O, xalqın dərin hikmətini əks etdirən sözləri vizual sənət vasitəsilə təqdim edir. Sənətçi əmindir ki, bəzi atalar sözləri yalnız müəyyən zaman üçün deyil, gələcək nəsillər üçün də aktual qalır, illər sonra belə mənasını itirməyəcək hikmətləri daşıyır.

Fərid Rəsulov müəllifi olduğu işlərdə əsas mövzu kimi qoyunları təsvir edir. Onun fikrincə, qoyunlar bir totem rəmzidir. Qoyun və quzu qədim zamanlardan bizim həyatımızın bir parçası olub və sərgidə əsas məqsədi məhz bu əlaqəni – əcdadlarımızdan günümüzə gələn həyat və simvolizmi göstərməkdir.

Orxan Hüseynov tamaşaçını gündəlik həyatda çoxlarının artıq diqqət yetirmədiyi detalların içindən tarixə aparır. Əsərlərində Vətən mənzərəsi, doğma diyar, torpaq, göl və insanların yaşadığı, öyrəşdiyi ərazilər canlanır. Coğrafiya və məkanlar bir zamanlar əcdadlarımızın yaşadığı, izlər qoyduğu yerlər kimi təqdim olunur, indi isə biz həmin yerlərdə yaşayır, onları yenidən kəşf edirik.

“Əcdadlar” sərgisi hər bir fərdin mənsub olduğu nəsillər zəncirindəki yerini dərk etməyə, gələcək nəsillərin formalaşmasında da iz buraxacağımızı xatırlamağa çağırır. Eyni zamanda, sərgi məkanın – yəni, torpağın – təkcə həyat beşiyi deyil, həm də sükutla əcdadlarımızın izlərini qoruyan bir yaddaş daşıyıcısı olduğunu vurğulayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!