09 Noyabr 2025 18:01
759
CƏMİYYƏT
A- A+
Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  


Vətən müharibəsində qazanılmış Zəfərinin 5-ci ildönümü qeyd etdiyimiz bu günlərdə ölkəmizin Çindəki səfirliyində Aprel döyüşlərinin iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunmuş ehtiyatda olan polkovnik-leytenant Vüqar Abduləzimov ilə Çində təhsil alan azərbaycanlı tələbələrin bir qrupu arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, V.Abduləzimov gənclərə Azərbaycan ordusunun keçdiyi şərəfli döyüş yolundan, əsgər və zabitlərinin Vətən sevgisindən danışıb. Qeyd edib ki, bədnam qonşularımız 1990-cı illərin əvvəlində Azərbaycandakı gərgin ictimai-siyasi, sosial-iqtisadi vəziyyətdən yararlanmaqla, xarici qüvvələrin böyük dəstəyi ilə Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal edərək, etnik təmizləmə aparıb, mədəni, tarixi və dini abidələr dağıdıblar. Onlar elə düşünürdülər ki, bu işğal əbədi olacaq. Amma Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, dövlətçilik bacarığı sayəsində Azərbaycan uçurumun kənarından geri dönərək, bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində inkişafa başladı. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri ən müasir silah və texnika ilə təmin olundu, hərbçilərimizin peşəkarlığının, döyüş bacarığının yüksəldilməsi üçün davamlı işlər görüldü.

Ehtiyatda olan zabit Azərbaycan ordusunun 2016-cı ilin Aprel döyüşlərində düşmənə vurduğu sarsıdıcı zərbədən danışıb. Bildirib ki, Aprel döyüşlərində igid hərbçilərimiz erməni tərəfinin keçilməz sədd adlandırdığı “Ohanyan xətti”ni cəmi 40 dəqiqəyə yarıb keçib. Azərbaycan ordusu aprel hadisələrində əldə etdiyi döyüş təcrübəsini 2020-ci ildə Vətən müharibəsində istifadə edərək, böyük qələbə əzmi ilə cəmi 44 gün ərzində xeyli ərazini, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək düşməni təslim olmağa məcbur etdi.

V..Abduləzimov bildirib ki, Aprel döyüşlərində geri aldığımız postlarda kəşfiyyat tapşırıqları yerinə yetirərkən minaya düşüb, sol ayağı dizdən aşağı amputasiya olunub. Uzunmüddətli müalicədən sonra müasir protezlə təmin olunaraq, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənc hərbçilərə təlim keçməklə məşğul olub.

Qazi dünyanın müxtəlif yerlərində təhsil alan gəncləri Vətən sevgisini daim uca tutmağı, nümunəvi tələbə olmağı, Azərbaycanın adını hər yerdə uca tutmağı tövsiyə edib.

Sonra V.Abduləzimov tələblərlə birlikdə Çin səddinə baş çəkib.

Qeyd edək ki, Azərbaycan xalqı haqlı olaraq Qarabağ zəfərinin sevincini, qürurunu yaşayır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız, dağıdılan, viran qoyulan yurdumuz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, xalqımızın həmrəyliyi, əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı, peşəkarlığı sayəsində işğaldan azad olunub. Vətən müharibəsi təkcə ərazilərimizin azad olunması, ədalətin bərqərar olunması, beynəlxalq hüququn təmin edilməsi deyildi, həm də Azərbaycan xalqının ləyaqətinin, qürurunun bərpası idi. Bu yolda neçə-neçə igid canından keçdi, sağlamlığından oldu. Onların qəhrəmanlığı, cəsarəti, fədakarlığı gənc nəsil üçün nümunədir. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak edən, qəhrəmanlıq göstərən hərbçilərlə, şəhid ailələri ilə görüşlər gənclərin vətənpərvərlik ruhunda yetişməsi, onlara Vətənə, dövlətə sədaqət hissinin aşılanması baxımından son dərəcə önəmlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən etiraf edib  

19:18
15 Sentyabr

 Merkuri düşünüldüyündən daha sürətlə kiçilir

18:57
15 Sentyabr

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik  

17:50
15 Sentyabr

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

17:47
15 Sentyabr

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir  

17:46
15 Sentyabr

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  

17:20
15 Sentyabr

Bu il Gəncənin ümumtəhsil məktəblərində 47059 şagird təhsil alacaq

17:18
15 Sentyabr

Hacıqabul şəhərində yeni məktəb binası istifadəyə verilib  

17:16
15 Sentyabr

YAP-ın Vlll qurultayına nümayəndələr seçilmişdir  

17:14
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!