15 Yanvar 2022 21:45
549
İQTİSADİYYAT
A- A+

Almanlar getdikcə bahalaşan təbii qaz üçün alternativi günəş enerjisində görürlər

 

Almaniyada ailə təsərrüfatlarının get-gedə daha çox hissəsi dərk edir ki, günəş enerjisi artıq elektrik enerjisinin istehsalının ən qənaətli və ekoloji təmiz vasitələrindən biridir. Bununla belə, dünya bazarında qazın qiymətinin artması ona gətirib çıxarıb ki, Almaniya sakinləri artıq bu yanacaq növünün daha sərfəli alternativi barədə düşünməyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, almanların əksəriyyəti bahalı istilik və işıq mənbələrindən imtina etməyə başlayıblar. Ailələrin bir hissəsi elektrik cihazlarından istifadəyə keçiblər. Düzdür, indi elektrik enerjisi üçün ödəmələr çox yüksək olsa də, əvəzində qaza xərclər azalıb. Təkcə bir il ərzində Almaniyada enerji daşıyıcılarının qiyməti 35 faiz artıb. Almanların üçdə ikisi enerjinin qiymətinin artmasından narahatdır. Onlar artıq qazanxanaları və qaz plitələrini nə ilə əvəz edəcəklərini bilirlər. Mərkəzləşdirilmiş enerji təchizatı sistemindən gələn elektrik enerjisindən qismən də olsa imtina etməyə fürsət axtaran hər dördüncü ev sahibi günəş sistemindən istifadəni planlaşdırır. Əgər evdə günəşlə işləyən enerji sistemi varsa, o halda ucuz və eyni zamanda, xidmət xərcləri minimal olan ekoloji enerji istehsal etmək mümkündür. Mərkəzləşdirilmiş şəbəkədə enerji hər kilovat-saat üçün təqribən 32 sentdir. Günəş enerjisi istifadəçiləri isə hər kilovat-saat üçün cəmi 8-11 sent ödəyirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video