09 İyul 2025 15:00
768
CƏMİYYƏT
A- A+
Ali Məhkəmədə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib  

Ali Məhkəmədə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib  

Azərbaycan Respublikasının Ali Məhkəməsində “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib.

Ali Məhkəmədən AZƏRTAC-a bildirilib ki, ailə mübahisələri üzrə nikahın pozulması hallarının artan tendensiyası fonunda təşkil edilən tədbirin məqsədi bu istiqamətdə məhkəmə təcrübəsinin təhlili, mübahisələrin məhkəmədənkənar həlli üsullarına xüsusi yanaşmanın və beynəlxalq təcrübənin tətbiqi məsələlərinin müzakirə edilməsi olub. Tədbirdə Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Türkiyə Respublikası Ali Məhkəməsi (Yargıtay) sədrinin müavini Adem Albayrak, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, eləcə də hakimlər, mediatorlar və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı ailə institutunun əhəmiyyətinə toxunularaq qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasında ailə cəmiyyətin əsas özəyi kimi əks olunub. Bu baxımdan hər kəs ailə institutunun qorunmasına, ailədaxili münasibətlərin sağlam əsaslarda qurulmasına və mübahisələrin dinc, məhkəmədənkənar yollarla həllinə töhfə verməlidir. Bildirilib ki, alternativ mübahisə həlli mexanizmlərinin tətbiqi tərəflər arasında qarşılıqlı anlaşmanın və sosial barışın təmin olunmasına, habelə məhkəmələrdə iş yükünün azaldılmasına xidmət edir.

Bununla yanaşı, boşanmaların azalması məqsədilə ailə mübahisələrinin həllində xüsusi yanaşmanın tətbiqinin zəruriliyi vurğulanaraq, alternativ həll üsullarının önəmi qeyd edilib. Həmçinin bildirilib ki, boşanmaların sayının azaldılması və qanunvericiliyin və məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üçün birgə əməkdaşlıq əsas prioritetlərdəndir. Bu istiqamətdə qardaş Türkiyənin müsbət təcrübəsinin faydalı olduğu vurğulanıb.

Sonra Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev “Azərbaycanda mediasiyanın tətbiqi və inkişaf dövrü” mövzusunda təqdimatla çıxış edərək, ölkəmizdə mediasiya institutunun formalaşma mərhələləri və əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirilib ki, bu gün ailə mübahisələri mediasiya sahəsində 80 faiz yer tutur və onların 30 faizi barışıqla həll olunur.

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayeva isə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin effektivliyi və məhkəmə təcrübəsində rast gəlinən problemlər” mövzusunda təqdimatla çıxış edib, bu sahədə mövcud olan çətinliklər və mediasiyanın potensial faydaları barədə iştirakçılara geniş məlumat verib.

Türkiyə Respublikası Ali Məhkəməsinin sədr müavini Adem Albayrak “Türkiyədə ailə mediasiyası təcrübələri və mediasiya müqavilələrinin hüquqi qüvvəsi” mövzusunda çıxış edərək, mediasiyanın tarixi və qardaş ölkənin təcrübəsi haqqında iştirakçılara ətraflı məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova ailə institutunun əhəmiyyəti və onun cəmiyyətdəki rolunu qeyd edib. Məhkəmələrin ailə mübahisələrinin həllindəki əhəmiyyəti vurğulanıb və bu sahədə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına mühüm töhfə verildiyi diqqətə çatdırılıb.

Tədbir müzakirələrlə davam etdirilib, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

19:15
13 Avqust

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

19:10
13 Avqust

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

19:05
13 Avqust

Toxumçuluq haqqında

19:00
13 Avqust

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

18:55
13 Avqust

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər 

18:50
13 Avqust

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

18:45
13 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:40
13 Avqust

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat başlayıb

18:35
13 Avqust

Gürcüstanlı gənclər Diaspor Gənclərinin VII Yay Düşərgəsindən zəngin təəssüratlarla qayıdıblar

18:30
13 Avqust

Sabahdan Bakıda 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır 

18:25
13 Avqust

Böyük Britaniyada sığınacaq axtaranların daha bahalı ərazilərdə yerləşdirilməsi planlaşdırılır

18:20
13 Avqust

Naxçıvanın yeni inkişaf modeli: iqtisadi tərəqqi və geniş logistik imkanlar

18:15
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!