29 Avqust 2025 17:30
438
DÜNYA
A- A+
Aİ-nin ali nümayəndəsi: Moskvanı sülhə məcbur etmək üçün təzyiqi artırmaq lazımdır  

Aİ-nin ali nümayəndəsi: Moskvanı sülhə məcbur etmək üçün təzyiqi artırmaq lazımdır  


Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas cümə günü bildirib ki, Rusiyanın Kiyevə mülki vətəndaşların ölümünə və Aİ Nümayəndəliyinin binasına ziyan vurmasından sonra Ukraynanın təcili olaraq daha çox hərbi dəstəyə ehtiyacı var.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Aİ müdafiə nazirlərinin görüşündən əvvəl bəyantla çıxış edən Kallas Rusiyanın son hücum dalğasının Moskvanın sülh səylərinə məhəl qoymadığını göstərdiyini vurğulayıb. O deyib: “Bu hücumlar göstərir ki, Putin hər cür sülh səylərini ələ salır. Beləliklə, əsas vəzifə Rusiyaya təzyiq göstərməkdir. Onların başa düşdüyü budur, təzyiq”.

Ali nümayəndə təsdiqləyib ki, nazirlər diqqəti hərbi yardımın sürətləndirilməsinə yönəldəcəklər. O əlavə edib: “Ukraynanın hazırda güclü hərbi dəstəyə ehtiyacı var və buna görə də biz məsələni müdafiə nazirləri ilə də müzakirə edirik. Sursatla bağlı təşəbbüsümüz var və biz bu ilin sonuna qədər vaxt təyin etmişik”

O, hər hansı bir sülh razılaşması əldə olunduqdan sonra da görüləcək tədbirlərə toxunub: “Avropa İttifaqı səviyyəsində bizim təhlükəsizlik zəmanətlərinə verdiyimiz töhfə təlim missiyası, hərbi missiya, həmçinin Ukraynanın müdafiə sənayesinə verəcəyimiz dəstəkdir. Biz bu gün hər hansı sülh sazişi bağlandıqdan sonra hazır olmaq üçün bütün bu missiyaların mandatını necə dəyişdirəcəyimizi müzakirə edirik. Bəzi üzv dövlətlər artıq öz qoşunlarını göndərmək istəyir. Bəziləri buna hazır deyil. Amma bu müzakirələr hələ də davam edir”.

Kallas bir daha vurğulayıb ki, yalnız təzyiq Moskvanı sülh sazişi bağlamağa məcbur edə bilər. O əlavə edib: “Rusiya sülh istəmir. Bu, hazırda etdikləri hücumlardan da çox aydındır. Ona görə də biz onlara təzyiq etməliyik ki, onlar da sülh istəsinlər. Onlara ən çox mənfi təsir edən enerji və maliyyə sanksiyalarıdır”.

Ali nümayəndə qeyd edib ki, nazirlər Ukrayna ilə yanaşı, İran da daxil olmaqla daha geniş təhlükəsizlik məsələlərini də müzakirə edəcəklər: “İrana gəldikdə, siz bilirsiniz ki, dünən “snapback” (beynəlxalq sanksiyaların bərpası mexanizmi) başladılıb. Beləliklə, biz bu 30 gündə yeni bir mərhələyə qədəm qoyuruq. İranla bağlı narahatlığımız onların nüvə proqramı, ballistik raketləri, həmçinin Rusiyaya dəstəyi ilə əlaqədardır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!