12 Avqust 2025 15:03
576
CƏMİYYƏT
A- A+
AHİK: Sanatoriya və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır  

AHİK: Sanatoriya və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır  


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə həmkarlar ittifaqlarının fəaliyyətində son bir il ərzində tətbiq edilən yenilikləri, həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra AHİK nümayəndələri tərəfindən media mənsublarına həmkarlar ittifaqlarının fəaliyyəti, əmək hüquqlarının qorunması, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması istiqamətində reallaşdırılan tədbirlər və sosial layihələr barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib və hazırda strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri əhatə edən Tədbirlər Planı icra olunur. Konfederasiyada “Çağrı Mərkəzi”, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi, həmçinin “Kurort” Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlayıb.

Konfederasiyanın sanatoriya və istirahət mərkəzlərində yenidənqurma və təmir işləri aparılır, şərait yaxşılaşdırılır. Qida təminatı sahəsində də yeniliklər edilib, menyular qida təhlükəsizliyi standartlarına uyğunlaşdırılıb, sanitariya və gigiyena qaydalarına nəzarət gücləndirilib.

Sanatoriya və istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi istifadəyə verilib. 2025-ci il yanvarın 1-dən iyulun 31-dək 32 minə yaxın yollayış verilib ki, bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə çoxdur.

Media təmsilçilərinə “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç”, “Görməyə dəyər” layihələri barədə məlumat verilib. Bildirilib ki, yeni layihə - “AHİK Plus” üzərində də iş aparılır. Layihə sosial tərəfdaşlarla birgə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur.

Tədbirdə media nümayəndələri Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə də məlumatlandırılıb. Belə ki, Akademiyada 5 ixtisas üzrə bakalavr, 2 ixtisas üzrə magistr təhsili həyata keçirilir. Ali təhsil ocağında ittifaq üzvlərinin bilik və bacarıqlarının artırılması, ixtisasartırma kurslarının təşkili, həmçinin dövlət qurumları və özəl sektorun sifarişi əsasında təlimlərin keçirilməsi məqsədilə İxtisasartırma və Kadrların İnkişafı Mərkəzi yaradılıb.

Tədbirdə vurğulanıb ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına dəstək məqsədilə tədbir həyata keçirilir, layihələr reallaşdırılır. Qeyd edilib ki, konfederasiyanın himayəsində olan 209 şəhid ailəsinin 378 övladına hər ay maddi yardım göstərilir. 148 şəhid ailəsinə isə alış-veriş kartları təqdim edilib. Bundan başqa, 20 Yanvar şəhidlərinin 95 ailə üzvünə birdəfəlik maddi dəstək göstərilib. Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində şəhid övladları üçün “Abşeron” sanatoriyasında “Texno Qəhrəmanlar” master-klası təşkil olunub.

Konfederasiya və üzv təşkilatlar tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, Novruz bayramı və digər əlamətdar günlər münasibətilə mədəni-kütləvi tədbirlər təşkil olunur. Üzvlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə teatr tamaşalarına, konsert proqramlarına kollektiv baxış, həmçinin idman yarışları təşkil olunur. Keçirilmiş tədbirlər çərçivəsində həmkarlar ittifaqı üzvlərinin uşaqlarına 800 minə yaxın hədiyyə təqdim edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

Media nümayəndələrinə AHİK-in beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər, beynəlxalq həmkarlar ittifaqları ilə əlaqələri barədə də ətraflı məlumat verilib.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!